Sirli xəzinəmiz

65 6 11
                                    

Mən dünyanı böyük bir ürəyin daxilində yerləşən yer kimi təsəvvür edirəm.Hansı ki,dünyanı bu böyük ürək idarə edir.Bütün ürəklər əl-ələ verib birləşiblər və gözəlliklərlə dolu olan bu gözəl dünyanı bizə bəxş ediblər.
Bəzən həyatımızda elə hadisələr baş verir ki,bu bizi hər şeydən küsdürür və biz heç nə etmək istəmirik.Sadəcə oturub hər şeyi dərindən düşünmək gəlir içimizdən.Bu vaxt biz ürəyimizlə danışırıq.
Bəzən insanın daxilində elə bir boşluq olur ki,heç nə bu boşluğu doldurmağa qadir olmur.
Ürəyimiz bizim ən vəfalı dostumuzdur.Biz ağlayanda ağlayır,güləndə gülür,qorxanda isə qorxur,yəni biz hansı emosiyadayıqsa ürəyimizdə o emosiyadadır.Sanki ürəyimiz bizim aynadakı əksimizdir.Əslində,bizi hamıdan yaxşı ürəyimiz tanıyır.Və bizi hamıdan çox sevir.
Bəzən bizim nəfəs yollarımız bağlanır və biz nəfəs ala bilmirik.Bu vaxt ürəyimiz dərd çəkir və ağlamaq istəyir.Amma biz ağlamayaq deyə buna dözür,bizim gözümüzdən yaş damlası axmasın deyə.
Bəzən isə o problemlərdən,dərdlərdən çıxış yolu tapmadıqda ağlayır.Bizdə onunla birlikdə ağlayırıq.Yəni,ürəyimizlə bu qədər bağlarımız var.
Bir çox vaxtlarda biz nə isə edəndə içimizdən bir səs "etmə"deyir.Dünyanı ürəyimiz idarə etdiyinə görə o dünyanın bizə qurduğu oyunları bilir və bizi bu oyunlardan qorumaq üçün dil açıb bizlə danışır.Çünki sonra bizim etdiyimiz səhvə görə o əzab çəkir.
Bizim kiçik bildiyimiz ürəyimiz çox şeyə sahibdir.Bizim bildiyimizdən də çox.Bunu sözlə ifadə etmək mümkün deyil,çünki bu dörd hərfli sözün çox dərin mənası var.Buna görə də ürəyimiz bizim sirli xəzinəmizdir.

Sirli xəzinəmizHikayelerin yaşadığı yer. Şimdi keşfedin