Başlanğıc

13 3 0
                                    

Bəzi şeylər sözlərlə ifadə edə bilmiyəcəyimiz qədər gözəl ,ağlınıza gələ bilmiyəcək qədər mükəmməldir. Kimisə özünüzdən daha çox sevdiyinizi,daha çox dəyər verdiyinizi ,daha çox inandığınızı xəyal edin. Bilirəm bunu xəyal etmək çətindir. Ama düşünməyə, xəyal etməyə cəhd edin. Nə vaxtsa belə bir şey yaşamısız? Bəlkədə sizə belə hiss etdirən insanı itirdikdən sonra bu hissin dəyərini anlamısız. Əslində bu mövzuda şanslıyam. Mən o insan mənim yanımda ikən mənimlə birlikdə ikən anlamışam. Aranızda 1,2 km məsafə olduğunu ama hər nəfəs aldığınızda onun üçün darıxdığınızı, onun nur üzünü görə bilmədiyinizə görə nəfəsinizi boşa xərclədiyinizi düşünün. Bu bəlkə sizə heç bir məna vermir. Ama məni qorxudur həmdə heç olmadığı qədər.
Bəzən super güclərimin olmasını onun sayəsində saniyəsində onun yanında olmaq istiyərdim. İçimdə olan hissləri heç bir kəliməylə ifadə edə bilmirəm. Bəzən bu məni sıxır. Ona sevgimi yetərincə göstərə bilmədiyimi hiss eliyirəm. Hər zaman onun üçün mükəmməl olmağa çalışıram. Bilirəm oda məni çox sevir. O hisslərini hərəkətləri gözləri vasitəsi ilə mənə izah edə bilir . Ama mən........

Uşaqlığımdan bəri çox sevgi görərək böyümüşəm

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Uşaqlığımdan bəri çox sevgi görərək böyümüşəm . Hər kəs məni çox sevib çox dəyər verib amma mən onların sevgilərini kiçik ürəyimə sığışdıra bilmirdim(deyəsən hələdə bacarmıram). Doğulduğum muhitə görə özümü tanıdığımnan bəri nələrisə öyrənməyə çalışmışam. Hər kəsdə mənə bunu etməyə kömək edib . Amma heç kim bunu sevdiyimi bunnan zövq aldığımı soruşmurdu. Hər valideyn uşaqlarına cürbəcür oyuncaqlar alıb cizgi filmi açdıqda mənim ailəm mənə kitablar alıb baxmaq üçünsə hansısa sənədli filmi açırdı. O vaxt bu halımdan şikayətçi deyildim. Çünki mən onu tanıyana qədər əylənməyin zövq almağın nə demək olduğu hakkında heç bir fikrim yox idi ,bu mənim üçün normalı idi. Biz ilk dəfə bir birimizi təhsil ocağımıza ilk addım atdığımız gün tanımışıq. Düzünü desəm o vaxt ondan heç xoşum gəlmirdi. Eyni zamanda onunda məndən. Deyirlər e "en güzel aşklar nefretle başlar". Bizimkidə bu cür oldu.

Biz birbirimizə çox gec isinmişik

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Biz birbirimizə çox gec isinmişik. Bu tam tamına 4 il çəkib. Bəzən gecə yatanda düşünürəm nəyə görə. Nəyə görə mən 4 il boyunca bu hisslərdən məhrum olmuşam. Halbuki buna çox ehtiyacım var imiş. Nəysə hər dəfəsində bu sözü deyərək şükür edirəm. Şükür edirəm ki gec də olsa bir birimizi tapmışıq. Yaşadığım ölkəyə,şəhərə,küçəyə,evə təşəkkürüm sonsuzdur. Onların sayəsində bir-birimizlə ünsiyyət qurmuşuq. Artıq böyümüşdük, məktəbdən evə tək gedə biləcək qədər böyümüşdük. Həmin gün... həmin gün evimizin yolunun eyni küçədən keçdiyini öyrəndik. Mən çox soyuq bir uşaq idim. Ona heç nə deyə bilməyəcək qədər çəkingən idim. O- o mənə evə birlikdə getməyi təklif etdi. Hekayəmiz burdan başladı.................

İlk birlikdə evə getdiyimiz günü üstündən illər keçməsinə baxmayaraq hər bir saniyəsini xatırlayıram

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

İlk birlikdə evə getdiyimiz günü üstündən illər keçməsinə baxmayaraq hər bir saniyəsini xatırlayıram. Mən sinifin ən əlaçı, ən ağıllı, ən mədəniyyətli, ən olgun,ən soyuq uşağı idim. O isə sinifin ən prenses, ən gözəl, ən keyfinə düşkün ,ən istiqanlı, oxumayan, ən sosyal uşağı idi. Bəli biz bir-birimizə tamamiylə zidd idik. Yenə məsəl çəkəcəm "zıt kutuplar bir-birini çeker". Danışa biləcək heç bir ortaq məsələmiz yox idi. Ama mən sanki onun mənim ♡kurtarıcı meleğim♡ olduğunu hiss etmişdim. Aramızda keçən bir sükut var idi. Ama o eyni zamanda həmdə səbirsiz idi. Artıq dəyana bilməyib öz marax dairəsində danışmağa başlamışdı. Hər dediyi kəliməsində onun mənə nə qədər zidd olduğunu daha yaxşı başa düşürdüm. O unicornlu dəftər ,sadəcə ışıq tutanda mürəkkəbi görünəm qələm dərdində idi. Mən isə sakitcə onu dinliyirdim. Çünki həmin zaman üstümə düşən böyük məsuliyyətlər var idi. Onun danıştığı şeylər hakkında heç bir fikrim yox idi desəydim yalan demiş olmazdım. O baxtığı seriallardan danışırdı mən isə o yaşımda ilk dəfə bir cizgi filminə baxmağa başlamışdım. Ama yenədə sakitliyimi qoruyaraq dediyi sözləri dinliyirdim . Düzdü hədəfim heç vaxt onun kimi olmaq olmuyub. Dediyim kimi mən özümü tanıdığımnan bəri olgun olmuşam. Buna görə dediyi sözlər mənə çox uzaq gəlirdi. Bir anlıq onun kimi olmaq istədim. Demək olarki nəslin ən məntiqli uşağı olaraq elan edilmişdim. Və onların dediyinə görə nəslin ən məntiqli uşağının, sinifin ən yaxşı oxuyan uşağının ağlına bir sual gəldi indiyə qədər cavabını tapa bilmədiyi sual. Mən onun kimi ola bilərdim?........

___________________________________________Mən bu hekayəni ən dəyər veridiyim insanın arzusunu həyata keçirtmək üçün, ona hərəkətlərimlə, gözlərimlə izhah edə bilmədiyim hisslərimi sətirlər üzərində kilometrlərlə uzaqdan hiss etdirmək üçün yazıram

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

___________________________________________
Mən bu hekayəni ən dəyər veridiyim insanın arzusunu həyata keçirtmək üçün, ona hərəkətlərimlə, gözlərimlə izhah edə bilmədiyim hisslərimi sətirlər üzərində kilometrlərlə uzaqdan hiss etdirmək üçün yazıram. Və bir daha demək istiyirəm ♡SƏNİ DÜŞÜNDÜYÜNDƏN DÜŞÜNƏ BİLƏCƏYİNDƏN DAHA ÇOX SEVİRƏM♡
Öz fikrimi sənə 691 söz üzərindən izah edə bildiyimə ümid edirəm♡♡♡

ARDI VAR

Həyatımın Gözəlləşmə Səbəbi❤️‍🩹Hikayelerin yaşadığı yer. Şimdi keşfedin