Həyatında bir çox problemləri,uşağlıq travmaları olan gənc bir oğlan nəhayət ki,onun yaralarını sağaldacaq insanı tapır.Həyatının yaxşıya doğru getməsinə kömək olan ilk sevgisi ilə onun həyat hekayəsi necə davam edəcək?Onları nələr gözləyir?
Səhər oldu..Hələ də cavab yazmamışdı.Yazmaqdan yoruldum,amma yazmağa davam edirdim səbəbsizcə.Ona yazdıqdan sonra hazırlaşıb evdən çıxdım.Dayanacağa doğru getdim.Düşüncələrim məni dəli edəcəkdi.Çox narahat idim.Onu avtobusda görmək ümidilə avtobusu gözləməyə başladım.Bu gün biraz gec çıxdığım üçün 2ci gələn avtobusu gözləyirdim.Bir müddət sonra gəldi.Avtobusa mindim və ətrafa nəzər saldım.Gözüm onu axtarırdı.Görmədim onu...
Oturmaq üçün yer tapdım.Gözlərim dolmağa başlamışdı.Qorxurdum.Özdə çox..
Telefonu əlimə aldım.Yazmağa başladım
Ahu-məni adam yerinə qoysan zərər görmərsən
Ahu-sənin üçün nə qədər narahat olduğumu kaş görsən
Ahu-çıxışda səni gözləyəcəm,keçən dəfəki dava olan yerdə olacam
Ahu-xaiş edirəm gəl
Ahu-yaxşı
Ahu-?
Ahu-elə də yazıram ki,eləbil cavab verəcəksən
Ahu-nəysə,mesajlarımı oxuduqda məktəbin çıxışına gəl,nə vaxt çıxdığımı bilirsən
Ahu-hələlil,görüşərik
Gələnə kimi onu gözləyəcəm çıxışda.Nə olur olsun.Gələcəyini ümid edirəm...
Məktəbə çatdım.Sinifə daxil olub çantamı partaya qoydum.oturub başımı çantama qoyub gözlərimi yumdum.Sadəcə yatmağa ehtiyacım var.Kefim olmayanda,stressli və ya pis olsam,yatmaq istəyirəm.Saatlarla,günlərlə yatmağa ehtiyacım varmış kimi hiss edirəm. Addım səsləri eşitdim.Yarı yuxulu idim.
"Ahu?"
"Qoy yatsın,yəqin ki kefi yoxdu."
"Kimə görə görəsən?"
deyib ah çəkdi Damla.Qızlar idi.Bu qədər pis olduğum üçün narahat idilər.Amma bu gün məsələ həll olacaq.İnanıram...
Dərslər bitdi,tənəffüslər başladı.Tezliklə,bütün dərslər bitdi və çıxmaq üçün çantamızı hazırladıq.Mən heç bir kitab-dəftər çıxartmadığım üçün,çantamı çiynimə asıb qapıda qızları gözlədim.1 dəqiqə sonra gəldilər.
"Dərslərini vecinə almayacaq qədər narahatsan yəni?"
"Bilmirəm.Həm bu gün hazırlığım ləvğ olundu.Rahat şəkildə yata bildim."
"Yenə də əlavə işləyərdin həmişə.Amma bugün-"
"Siz fikir vermiyin çox da mənə.Bu gün danışacam onunla."
"Gələcəyinə inanırsan yəni?"
"Şəxsən mən inanmıram.Həm evə gec getsən ailənə necə açıqlama verəcəksən?məşğələnin ləvğ olunduqlarını bilirlər."
"Bugün heçkim yoxdu evdə.Bakıya gediblər."
"Nə üçün?"
"Xəstəxanaya..."
"Ciddi bir şey var?"
"Yox,həmişəki kimi həkimlərdədilər"
deyib çətinliklə də olsa gülümsədim. "Əminsən?"
"Hə,həmişəki vəziyyətdi.Narahat olmuyun yəni."
"Nəsə olsa danışa bilərsən bizə."
"Hə,düz deyir.Biz həmişə sənin yanındayıq."
"Sevirəm də sizi"
deyib hər ikisini qucaqladım.
Qızlarla sağollaşdıqda öz yoluma getdim.Mesajda yazdığım yerə çatdım.Küncdə oturub gözləməyə başladım.Gələcəkdi,əminəm...
Yarım saat keçdi,hələ də gəlmədi.Bir müddət sonra kolluq arasından bir səs gəldi.O olduğunu zənn edib o tərəfə baxdım.Amma mən ora getdikdə heç kimi görmədim.Pişik falan olar deye düşünüb yenidən oturdum.
1 saatdan çox idi ki,onu gözləyirdim.Amma gəlmədi.Narahat qalmağa başladım.Telefonu açıb yazmaq istəyərkən,mesajlarımı oxuduğunu gördüm.Ən azınnan oxuyub,yəqin ki gələcək.Hə?
2 saat keçdi.Yağış yağmağa başladı.Nə üst geyimi,nə də çətir götürmüşdüm.Daha az islana biləcəyim bir yerə keçdim.Amma hələ də islanırdım.Yağışları çox sevirəm.Payız yağışları da,gözəl olur.Amma xəstələnmək ehtimalım çox idi.Çünki,yağış şiddətlənməyə başlamışdı.
3 saat keçdi.3 saat...
Donurdum.Çox islanmışdım.
"Bu qədər dəyərsizəm onun üçün?mən burda donuram amma onun vecinə belə deyil.Yəqin elə bilib ki,bir müddət sonra evə gedəcəm..."
öz özümə danışırdım.Oturmaqdan sıxıldım.Ayağa qalxdım.Ətrafıma baxdım.Addım səsləri gəldi.Kimsə qaçaraq bu tərəfə gəlirdi sanki.Arxaya çevrildim.Adam yavaş-yavaş bura yaxınlaşırdı.Yaxınlaşdıqca onun kim olduğu görünürdü.
Gəlmişdi.O gəlmişdi...
Aramızda 6-7 addımlıq məsafə qaldı.Onu gördükdə gözlərim doldu.Heç nə deyə bilmədim.Ancaq ağlamaq istədim.
"Sən dəlisən?bu yağışda 3 saat məni niyə gözlədin?"
deyə-deyə mənə doğru gəldi və qucaqladı.Bədənlərimiz birləşdikdə gözlərimdən süzülən yaşları dayandıra bilmədim.Səsli şəkildə ağlamağa başladım.Mənim ağlamağım artdıqca,daha da bərkdən qucaqlayırdı məni.Mən də onu qucaqladım.Bir neçə dəqiqə sonra bir-birimizdən ayrıldıq.
"Yaxşısan?çox islanmısan!Ayrı yerə gedək.Amma gözlə"
deyib pencəyini mənə verdi.
"Orda bir kafe var.Sənə isti bir şeylər alıb gəlirəm."
deyəndə qolundan tutdum.Tutduğumu görüb mənə doğru çevrildikdə sadəcə
"getmə.."
deyə bildim.
"Xəstələnəcəksən axı!"
"Amma-"
"Narahat olma,gələcəm.Yağış yavaşlayır,gəl burda otur.Burda otur,gələcəm."
Deyib qıraqdakı üstü örtülü oturacağı göstərdi.
Oturdum və o getdi...
İstəməsəm də,getdi...
Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.