Cəmiyyət və "aktual elitizm"

2 1 0
                                    

Cəmiyyət şüurunun, toplumsal əqlin formalaşması həmin cəmiyyətin, toplumun, yaxud kobud dil ilə desək, kütlənin mənsub olduğu coğrafiyadan (əgər həmin coğrafiya özünütəcrid siyasəti yürütmürsə) asılı olur. Belə ki, həmin coğrafiyada tarixin fərqli vaxt dilimlərində höküm sürən avtoritar gücün qəbul etdiyi "izm" cəmiyyət tərəfindən, həmin "izm"-in qəbul edilməsinə gətirib çıxarır. Bu hadisə zorla, və ya uğurlu təbliğat metodu ilə cəmiyyətə ötürülməsindən asılı olmayaraq, hər yeni nəsil üçün artıq həqiqət, yaxud həyat tərzi formasını almağa başlayır. Yəni, bu gün cəmiyyətə doğru olaraq qəbul etdirilən şey, sabah o cəmiyyətin "doğru tabusuna" çevrilir. Bu prosesin baş verməsi yüz illər, bəzən də min illərlə davam edir  Cəmiyyətin texnoloji inkişafından asılı olmayaraq, kütləvi informasiya vasitələri, yaxud cəmiyyətin etibar etdiyi kəslər- aristokratiya, son dövlər üçün, mediya orqanları da, əsasən, bu doğruların təbliğatına xidmət göstərir, yaxud bu doğruların mübahisəli olduğunu göstərmir. Beləliklə, həmin doğrular, yaxud "izm"-lər empirik, və ya analitik düşüncəyə sahib olmayan kəslər tərəfindən radikallıqla müdafiə olunmağa başlayır. Çünki bu "həqiqətdir, "doğrudur", "mütləqdir". Onun tərəfdarları isə "çoxluqdur".
  Bəzən avtoritarın qəbul etdiyi "izm"lər aktuallığını itirir. Yeni düşüncənin cəmiyyətdən tələbi köhnə "həqiqəti" budamaq və yeniyə uyğunlaşdırmaq olur. Motiv əsasən dəyişmir, dəyişən obyektlər, yaxud obyektlərin adı və tərəfdarlar, və ya "yeni həqiqətə" bağlılıq dərəcəsinə görə fədailər olur. Tabuya "həqiqət" toxunuşları fəlsəfi şüurun, elm və texnologiyanın inkişafı elə, əsrlər daxilində, qismən olur.  "Həqiqətin" əvvəki versiyasına bağlılıqda davamlılıq göstərən qruplar mühafizəkarlar, "yeniliyin" tərəfdarları isə modernistlər adlanır. Motiv eyni qalır (motivin birbaşa dəyişdirilməsi xaos yaradır), obyektlər, və ya obyektlərin adları dəyişir. Zənnimcə, modernizm həmin qrupu izah etmək üçün uyğun söz deyil. Çünki modernizm yeniliyi sorğulamalı, müsbət və mənfi tərəflərini qarşılaşdırmalı, ilk öncə özünü qane edəcək sübutlara sahib olmalı, daha sonra yeniliyi müdafiə etməlidir. Bununla belə, fikrin dəyişkən olduğunu və nisbiliyi qəbul etməli, fədai roluna sahib olmamalıdır. Ona görə də, ikinci qrupu bu mətində "aktual elitistlər" adlandıracam. Çünki onlar sunulan arqumentlər əsasında sorğulayır, "yeni" fikirləri verilən arqumentlər əsasında təbliğ edir. Onlar yeni avtoritarın düşüncəsini, yaxud hazırki avtoritarın yeni düşüncəsini onun fikirləri, medianın, kütləvi informasiya vasitələrinin dili ilə, əzbər şəkildə müdafiə edirlər. Müdafiə tərəflərinin tərəfdarları öz tərəflərinin arqumentlərini öyrənir, qarşı tərəfin arqumentlərinə kifayət qədər nəzər yetirmir, yaxud özünə lazım olan şəkildə nəzərə yetirir, empatiya qurmur, Beləliklə, cəmiyyətdə vahid motiv, iki fikir, şablon arqumentlər, əzbər müzakirə, araşdırılmayan arqumentlərdən qaynaqlı yeni mübahisə yaranır. Bu mübahisəni  yaranmasının bir səbəbi psixolojidirsə, digər səbəbi isə məhz araşdırılmayan arqumentlərdir. Çünki tərəflər bir-birini anlamır. A tərəfi B tərəfinin niyə B tərəfində olduğundan çox, B tərəfini "sındırmaq" üzərində düşünür. Eyniylə B tərəfi də həmçinin. Halbuki, iki tərəf də əsasən eyni motivi fərqli obyektlərlə, və ya obyektlərə avtoritar tərəfindən verilmiş fərqli adlarla müdafiə edirlər. Mühafizəkarı mühafizəkar edən şey avtoritarın köhnə fikri, yaxud köhnə avtoritarın fikridirsə, "aktual elitizm"-i "modernist" edən şey isə yeni avtoritarın fikrini, yaxud avtoritarın yeni fikrini müdafiə etməkdir. Bu mübahisədə say çoxluğu və üstünlük ilk başlarda mühafizəkarlarda olsa da, texnoloji inkişaf və kütləvi informasiya vasitələrinin hər keçən gün inkişafı nəticəsində "aktual elitistlərə" Yəni modernlistlərə keçir. Onlara modernist adını verən də, avtoritar özüdür. Lakin, həmin modernistlər də bir müddət sonra mühafizəkara çevrilir və yeni "aktual elitistlər", modernistlər meydana gəlir. Çünki obyektlər və ya obyektlərin adı zamanın tələbindən asılı olaraq dəyişir. Bu proses həmin cəmiyyətin empirik və analitik səviyyəsindən asılı olaraq bir neçə dəfə davam etdikdən sonra, motiv dəyişir. Yeni motivin başlanğıcı, köhnə motivin ən son halına kifayət qədər bənzər olur. Bu proses cəmiyyətin formalaşması prosesidir və cəmiyyət var olduqca, bu proses sonsuzdur.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Aug 07 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Sorğulayanları sorğulaHikayelerin yaşadığı yer. Şimdi keşfedin