Üsyan başlasın

0 0 0
                                    

15 gün əvvəl

- Nə? Siz dəli olmusunuz? Hansı dövrdə yaşayırıq?
- Belə olmalı idi, qı...
- Siz mənimlə zarafat edirsiniz? Bu haradan çıxdı eee? Nənə? -deyib çarəsizcə nənəmə baxdım.
- Onsuz vaxtdır uje, balam
- NƏNƏ? ZORLA BİRİNİ EVLƏNDİRMƏK NƏDİR AXI?

Artıq özümü idarə edə bilmirdim. Gözü dönmək, başından qaynar qazanla sular tökülmək, beyninə qan sızmaq dediklərini şeylərin hamısını eyni anda yaşayırdım, deyəsən. Səhər yuxudan durasan, sakit-sakit işə gedəsən, günün əla keçsin, gələsən evə, evdə də nənən, anan, bacın qabağına qoysun desin ki, 1-2 aya evlənirsən.

İlk öncə həmişəki zarafatlarından başa düşdüm. Çünki evlənmək məsələləri bizim evdə daima aktualdır. Hətta nənəm bu il universiteti bitirənə gəlib demişdi ki, əgər master oxumasan, səni evləndirəcəm. Mənsə, zarafatyana "get yoldaşından boşan sən evlən" demişdim. Amma bu dəfəki zarafat deyil.

- Evlənmirəm, qurtardı. Zorla evləndirəcəksiniz? Getsin başqa adam tapsın özünə. Aaa dünyada qız qurtarıb. - dedikdən sonra nəsə deyib qəlblərini sındırma ehtimalım olduğunu bildiyim üçün otaqdan çıxmaq qərarına gəldim. Tam həyətə çıxacaqkən anamın sözü ilə yerimdə donub qaldım.
- Artıq evlənmisən. Biz sənin kəbin nikahını etdirmişik.

Nəəə? NƏƏƏ? NƏƏƏƏ??? Yox, Nəsrin, səhv eşitdin. Elə bir şey demədi.

- Necə? - sakitcə geri çönüb anama baxaraq dedim. Heç eşitdiklərinə də inanmıram düzü. Səsim o qədər zəif çıxmışdı ki. Normalda tək başına dünyanı sallayacağına inanan Nəsrin indi özünü ayaqüstə saxlaya bilmirdi.
- Bir dinləsən, hər şeyi başa düşəcəksən. Sabah da oğlanla görüşə aparacağıq səni.
- Üzr istəyirəm, amma sizin başınız qaçıb və mən heç yerə getmirəm. - deyib özümü çölə atdım.

İlk etməli olduğum şeyi düşünməyə çalışdım. Amma beynim durmuşdu. Heç cür düşünə bilmirdim. Sadəcə addımlayır, amma hara getdiyimdən xəbərsizdim. Anidən özümü nənəmgilin həyətindəki söyüdün qarşısında tapdım. Mən bilməsəm də, beynim nə istədiyimi bilirdi: hər kəsdən qaçmaq və düşünmək.

Özümü toparlayıb ağacın çıxa biləcəyim max yerinə çıxıb oturdum. Öncə sadəcə boş-boş oturdum. Beynim heç nə düşünə bilmirdi. Ağlımda sadəcə bir şey var idi: bu mənim uzun illərdir sahibi olduğum xəyal dəftərimə yazılmış heç bir xəyal ilə üst-üstə düşmürdü. Hətta bu bütün xəyallarımın qatili idi.

Əlimin üstünə düşən damcı ilə diksindim. Öncə yağış yağdığını düşündüm, amma yağış deyildi bu. Bu göz yaşı idi. Ağlayırdım. Çünki bu gün xəyallarımın hamısı öldü və bu ağac onların məzarıdır.

Bu düşüncələrlə əlimi üzümə tutub hönkürtü ilə ağlamağa başladım. Hər şey bitdi? Nəsrin və xəyalları adlı hekayə 20 il sonra belə yarımçıq bitəcəkmiş?

Bir müddət belə ağladıqdan sonra hönkürtülərim yavaş-yavaş özünü iççəkişlərlə əvəz etdi. Beynim yenə düşünməyə başladı. Amma bu dəfə ümidli tərəfim də ona qoşuldu.

- Heç nə bitməyib. Sən normal, hər deyilənlə razılaşan biri deyilsən. Sən fərqlisən. Sən üsyankarsan. Bu zamana qədər çox şeyə üsyan edib qalib gəlmisən. Buna da üsyan edə bilərsən. - göz yaşlarımı silərək düşünməyə başladım. Bu zaman çöküşdə olan tərəfim baş qaldırdı yenidən.

- Hər şey bitib artıq. Kəbinim belə kəsilib.
- Amma bu son deyil. Poza bilərsən bunu. Sən dəyər görməsən, 10 illik evli olsan belə, boşanmağa özünü hazırlamış birisən. Səndən xəbərsiz edilmiş kəbini poza bilməyəcəksən?
- Bəs kəbini pozandan sonra nolacaq?
- Çıxıb gedərik buralardan.
- Gedərik?
- Gedərik - dedim öz-özümə səsli şəkildə. Göz yaşlarımı sildim.

Artıq beynim düşünməyə başlamış, göz yaşlarım dayanmışdı. İçimdəki güclü qadın ayaqlarını yerə basmış, qərarını vermişdi: hər zamankı kimi üsyan edəcəkdi.

Qərar verildi, indi isə dincəlmək lazım idi.

Sakit-sakit, heç düşünməməyə çalışaraq ağacın başında oturdum. Bir az sonra qulaqlarım da fəaliyyətə davam edənlər siyahısına qoşuldu. Çünki artıq anamın məni səsləyişini eşidirdim. Və bu o demək idi ki, özümlə keçirdiyim bir sakitliyin daha sonuna gəlirik. Məni burada tapmaqları uzun çəkməyəcəkdi.

Elə də oldu. 1 neçə dəqiqə sonra anam artıq ağacın altından məni səsləyirdi.
- Nəsrin, düş aşağı.

Sakitcə başımı aşağı salıb anama baxdım. Əmrə tabe olan bir qul kimi 0 reaksiya ilə bir anda ağacdan tutlandım. Gəlib anamla üz-üzə dayandım.

- Sabah oğlanla tanışmağa gedirik. Orada bütün məsələni başa düşəcəksən.
- Okay

Hadisələri qəbullanırmışcasına sakitcə verdiyim reaskiya anamı da təəccübləndirdi. 0 reaksiya ilə gözlərinin içinə baxdım.

Bu dəfə deyəcək söz tapa bilməmə sırası onda idi. Özünü hər cür reaksiyaya hazırladığına əminəm: qışqırma, ağlama, sakitcə izah etməyə çalışma. Bir şeyə hazır deyildi, o da reaksiya verməmək idi.

Onu orada donmuş halda qoyub yanından keçdim. Evə gəlib, otağıma keçdim. Paltarlarımı sakitcə dəyişdiyim müddətdə nənəm və bacım gəlib koridordan mənə baxdığını hiss edirdim. Pijami geyindikdən sonra yerimə uzandım.

Telefonumu götürüb Google-a girdim. Axtarış yerinə sualımı yazdım: Kəbin nikahı necə pozular?

Və budur. Üsyan başlayır. Bu gecə sakit keçirdiyim bəlkə də son gecə olacaq, amma bu üsyan mənim xeyrimə bitməyənəcən dayanmayacam.

You've reached the end of published parts.

⏰ Last updated: Aug 18 ⏰

Add this story to your Library to get notified about new parts!

ÜsyanWhere stories live. Discover now