1. Bölüm "Tanışma və təsadüf."

9 1 0
                                    

"Tanışma və təsadüf."

______________________________

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

______________________________

Han Jisung səhərin erkən saatlarında məktəb həyətində böyük bir təbəssüm ilə addımlayır, hər kəsin gözləri üzərində idi. Sürətli addımları, üzündəki daima qayğısız ifadə ilə birləşdikdə, ətrafındakı dünya bir an üçün onun ətrafında dövr edirmiş kimi görünürdü. Amma onun üçün heç bir şeyin əhəmiyyəti yox idi; hər şey sadəcə bir əyləncə, bir oyun kimi görünürdü.

Jisung öz sinifinə girmişdi. Müəllimə hələdə gəlməmişdi. Sakit, çalışma masasında özünü itirmiş olan Lee Minho heç nəyi bilmədən sakitcə dərslərinə fokuslanmışdı. Minho disiplinli bir insandı.

Bir təsadüf anı… Yoxsa bəlkə də bir tanışlıq.

Jisung birdən Minho'nun qarşısına atıldı, əlini qaldırıb kiçik bir zarafat etdi. “Salam, Minho! Necədir çalışma seansı?” deyə sinfin qapısının qabağında qışqırdı. Minho başını qaldırıb eynəyini düzəldərək ona baxdı, amma heç bir gülümsəmə olmadan sakitcə cavab verdi.

“Ne istəyirsən, Jisung?..” deyərək yenə dərslərinə geri döndü. Həmişə olduğu kimi çalışmağa fokuslanmışdı. Amma Jisung bir anlıq bu soyuq və məntiqli adamın içindəki bir şeyi kəşf etməyə başlamışdı.

Jisung Minho’nun yanına gəldi. Başını çevirib ona baxmadan dayana bilmirdi. Hər dəfə onun soyuq üz ifadəsini gördükcə içində qəribə bir istilik duyurdu. Bu, Jisung üçün çox təzə bir hiss idi.

Günlər keçdikcə Jisung, Minho ilə daha çox vaxt keçirməyə çalışırdı. Hər dəfə zarafatlar edir, Minho’nu güldürməyə çalışırdı, amma o, həmişə soyuq və ciddi qalırdı. Jisung’un zarafatlarına ancaq qısa cavablar verir, başını yenə dərslərinə çevirirdi. Amma Jisung bilirdi ki, bu adamın içində fərqli bir dünya var.

Bir axşam dərslərdən sonra Minho ilə birlikdə məktəbdən çıxarkən Jisung yavaşca soruşdu: “Minho, səncə biz niyə belə yaxın dostuq?” Minho bir anlıq duruxdu, amma sonra səssizcə cavab verdi, “Bəlkə də təsadüfən... Amma bəzən təsadüflər çox şeyi dəyişir, Jisung.”

Bu sözlər Jisung'un ürəyini daha da həyəcanlandırdı. Bəlkə də bu, sadəcə dostluq deyildi. Bəlkə də, Jisung’un Minho'ya olan hissləri daha dərin idi...

***

O axşam Jisung yata bilmədi. Minho’nun dediyi o bir neçə kəlmə beynində təkrar-təkrar səslənirdi: "Bəzən təsadüflər çox şeyi dəyişir." Bu sözlərdəki dərinlik və Minho'nun baxışlarındakı o anlaşılmazlıq onu düşünməyə vadar etmişdi. Gecəni onunla keçirdiyi hər bir xatirəni xatırlayaraq gözlərini tavana dikdi.

My Pretty Boyfriend //MinsungHikayelerin yaşadığı yer. Şimdi keşfedin