2. Bölüm "Mənasız sözlər və duyğular."

7 1 0
                                    

"Mənasız sözlər və duyğular."

______________________________

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

______________________________

Səhər açıldı, amma mənim üçün başqa bir gecə də uzanıb davam edirdi sanki. Yuxusuz bir gecə keçirmişdim, o kiçik "təsadüf" və Minho’nun sözləri beynimdə təkrar səslənirdi. "Bəzən təsadüflər çox şeyi dəyişir." Bu sözləri xatırlamaqdan gözümə yuxu getməmişdi.

Gözlərimi tam açmadan, yatağımdan sürünərək qalxdım. Mətbəxə keçib, hər gün olduğu kimi səhər yeməyimi hazırlamağa başladım. Bir istəkan süd – tost. Başqa bir şey yeməyə həvəsim yox idi.

Səhər yeməyini bitirdikdən sonra otağıma keçib geyinməyə başladım. Güzgüyə baxıb özümə gülümsədim: "Jisung, sən bu gün də öz cazibəni bütün məktəbə göstərəcəksən!" Öz-özümə zarafatlaşmağı sevirdim, çünki bu məni hər günə hazırlayırdı.

Bir az sonra, anam mətbəxdən səsləndi: "Jisung, dərsə gecikmə." Həmişə olduğu kimi mənim ləng olduğumu düşünürdü. Mən də ona zarafatla cavab verdim: "Anacan, narahat olma. Gecikmərəm."

Anam mənim bu sözlərimə gülüb dedi: "Bəlkə bir gün sən də Minho kimi ciddi olarsan, əzizim."

Geyinib çantamı götürərək qapıya tərəf keçdim. Öz-özümə fısıldadım: "Ciddi olmaq mı? Mən, Han Jisung? Bu gün də əyləncəli bir gün olacaq!.. Minho kimi ətrafımdakılara soyuq davranmaq?.. yox.."

Məktəbə çatanda, hələ də səhərki yorğunluq üzərimdən getməmişdi. Ancaq məktəbin qapısında Minho'yu gördüm. Həmişəki kimi ciddiydi, sanki onun üçün hər şey bir qaydaya bağlıydı. Mənim kimi biri üçün isə qayda-qanun çox da vacib deyil. O’nu görən kimi dodağımda kiçik bir gülümsəmə yarandı.

Onun yanına yaxınlaşıb zarafatla dedim: “Minho, hər zaman belə ciddi olmaq üçün bir dərs alırsan, yoxsa doğuşdan belə idin?”

O, mənə yan baxışla nəzər yetirdi və sakitcə cavab verdi: “Jisung, hər kəs sənin kimi dərsləri zarafatla qəbul etsəydi, məktəb bir teatr səhnəsinə çevrilərdi.”

Gülüb dedim: “Olsun, bəlkə həyatımıza bir az əyləncə qatmış olarıq. Həm də, sən çox ciddi olunca mənim fikrimi daha çox çəkirsən Minho.”

Bu sözləri deyərkən onun gözlərində qəribə bir parıltı gördüm. Amma heç bir şey demədən çantamı masaya qoyub dərs üçün hazırlıqlara başladım.

Dərs başlayanda, Minho həmişəki kimi ön sırada oturmuşdu və diqqətlə müəllimi dinləyirdi. Mən isə arxa sırada oturmuş, dəftərimə gözucu nəzər yetirirdim, amma fikrim başqa yerlərdə idi. Dünəndən bəri onun “Bəzən təsadüflər çox şeyi dəyişir” sözləri beynimdən çıxmırdı.

Dərs ortasında müəllim birdən mənə tərəf dönüb soruşdu: “Jisung, bu mövzu ilə bağlı nə düşünürsən?”

Həmişə zarafatla hərəkət etsəm də, müəllimin qarşısında bir anlıq nə deyəcəyimi bilmədim. Minho arxaya dönüb gözlərini mənə dikdi. Ciddi bir səslə cavab verməyə çalışdım, amma düşüncələrim o qədər qarışmışdı ki, səsim qeyri-adi yumşaq çıxdı.

Müəllim yenidən başqa bir şey soruşdu. Düşündüm ki, zarafatla cavab versəm yaxşı olar. Sinifdəki bəzi uşaqlar güldülər, amma Minho'nun baxışlarında ciddiyyət vardı.

Dərs bitəndə, Minho yanıma gəlib astaca dedi: “Bir gün həyatında ciddiyyəti də görməlisən, Jisung. Zarafatla hər şeyi keçmək olmur.”

Gülümsəyərək ona baxdım: “Amma zarafatsız da yaşamaq olmur, Minho. Sən də bir az gülsənə, bax mənə!..”

O, mənə bir neçə saniyə baxıb, dodaqlarının kənarında kiçik bir təbəssüm yarandı. İlk dəfəydi ki, onu belə görürdüm, amma bu, uzun sürmədi.. Yenə ciddiyyət maskasını taxıb yanımdan keçib getdi.
Onun bu qəribə kişiliyini heç başa düşmürdüm.

Günortadan sonra növbəti dərs arası idi və mən Minho’nun dərsdən çıxıb kitabxanaya getdiyini gördüm. Bunu fürsət bildim. Onun bu qədər ciddi bir insana çevrilməsi mənə həmişə maraqlı gəlib. Aramızda hər şey zarafata döndərmək vərdişimə baxmayaraq, onun soyuq divarlarının arxasında nə gizləndiyini öyrənmək istədim.

Kitabxanaya keçib, onun masada başını aşağı salıb bir kitabı diqqətlə oxuduğunu gördüm. Səssizcə yanına yaxınlaşıb, sanki bir sual vermək istəyirmiş kimi önündə dayandım. Minho mənim varlığımı hiss edib başını qaldırdı.

“Yenə nədir, Jisung?” deyə o ciddi tonda soruşdu.

Gülümsəyib əyləşdim və dedim: “Minho, bu axşam dərsdən sonra bir yerlərə gedək. Sadəcə sən və mən. Belə bir şeyə ehtiyacın var, məncə.”

Minho bir anlıq təəccüblə mənə baxdı, amma sonra soyuq bir ifadə ilə dedi: “Mənə təklik kifayətdir, Jisung. Hər şeyin zarafat olmasına ehtiyac yoxdur.”

Mən isə bu dəfə ciddiləşdim və ona baxdım: “Sənə zarafat etmək üçün demədim, Minho. Sadəcə bir az səninlə danışmaq istəyirəm. Hər zaman belə ciddi olsan da, mən sənə yaxın olmaq istəyirəm, dostum.”

Minho bir anlıq susdu, sanki bu sözlər onu düşündürdü. Gözlərini mənə dikib yenidən sakitcə dedi: “Hə, yaxşı. Bu dəfə mənim qaydalarımla oynayacağıq. Mənim gedəcəyim yerə gələcəksən.”

Bu cavab mənə qəribə gəldi, amma həyəcanlandım. İlk dəfə idi ki, Minho mənim təklifimi qəbul edirdi, özü də məni özü ilə bir yerə dəvət edirdi. Bu vəziyyət mənim zarafatyana hərəkətlərimlə başladı, amma indi başqa bir şeyə çevrilirdi.

______________________________

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: a day ago ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

My Pretty Boyfriend //MinsungHikayelerin yaşadığı yer. Şimdi keşfedin