Addım səsləri getdikcə uzaqlaşıb blokun sükuta qarışdı. Bir az gözləyəndən sonra Leyla gözlərini silib gülməyə başladı. Bu an telefona zəng gəldi:
-Alo-Alo Nərgiz qızım hardasan?
- Damdayam ata. Binamızın damında.
-Nə edirsən orada? Düş gəl evə.
-Heç quşlara baxıram. İndi gəlirəm.
Nərgiz telefonu bağladı. Əslində Nərgiz bu binanın sonuncu mərtəbəsində qalırdı. Hər dəfə dama kimsə çıxanda evlərindəki çilçıraq əsirdi. Nərgiz bir ildən çox idi ki, eyvanlarında oturub, həmişə damlarına çıxan iki gəncin söhbətlərinə qulaq asırdı. Onlar Nərgizi tanımasalar da, o onlara çox bağlanmışdı. Dünən televizorda Əlinin öldüyünü eşidəndə bildi ki, Aysel yenə bu dama çıxacaq. Qalxacaq ki, özünü atsın.
ŞİMDİ OKUDUĞUN
Qaraqanın "A" romanı
Short StoryBu Qaraqanın "A" romanı deyil. Bu sadəcə A romani əsasinda yazilan hekayedir