Kölgəsindən qorxan uşaq

239 25 7
                                    

Saat 22 : 24dür. Təxminən yarım saat əvvəl  Bakıya qayıtmaq üçün maşınla yola düşdük . Pəncərədən kəndimizin işıqlı küçəsini ötüb keçdiyimizi izləyərkən  anidən bir neçə gün əvvəl baş vermiş  hadisəni xatırladım .
***
 Axşam düşmüşdü  . Ailəm və qonşularım kənd evimizin   həyətindəki  çardaqda  oturub  söhbət edirdilər . Mən isə hər zamankı kimi söhbətə qoşulmaqdansa kənardan  dinləməyə üstünlük vermişdim .
Bir müddət sonra  hələ bir yaşı belə tamam olmamış  nəvəsiylə aramıza qatılan  qoca qadın diqqətimi cəlb etdi . Daha dogrusu ,    qucağındakı sevimli körpəsi...
Uşaq nənəsinin qolları arasından çıxmağa çalışır , körpə əlləri ilə qadına müqavimət göstərir və istəyinə nail olmadıqca da mızıldanırdı . Nəhayət , qoca qadın təslim oldu və balacanı qucagından yerə düşürdü . Uşağın ayaqları yerə dəyər- dəyməz sürətli addımlarla ətrafımızda gəzməyə , maraqla bizi izləməyə , məqsədsizcə çardaqda dövr etməyə başladı .
Oğlanın yöndəmsiz yerişi məni güldürdü .  Səbəbsizcə çardaqda   oturanlara baxdım .Başları söhbətə qarışmışdı ,  körpənin sevimli davranışlarının fərqində deyildilər .
Uşaq bir neçə dəqiqə sonra enerjisini itirdi və döşəmədə oturaraq ayaqqabılarının ipləri ilə oynamağa ,  gözlərini yerə zilləyərək barmaqlarını sürətlə döşəməyə toxundurmağa başladı . Bir neçə saniyə keçdikdən sonra  ayağa qalxdı , iki-üç  addım atar-atmaz qışqırmağa başladı . Digərləri  " vay , uşağı arı sancdı ." deyib narahat halda körpəyə yaxınlaşdılar .
Nənəsi uşagı qucaqlıyıb yenidən stulda əyləşdi . Körpənin  gözlərini ovuşduraraq hələ də ağladığını görən insanlar bunun səbəbiylə maraqlanmağa başladılar . Çünki uşağı arı sancmamışdı .
Bayaqdan uşagı izləyən tək adam mən olduguma görə  " Deyəsən , kölgəsindən qorxdu. " dedim. Qadınlar gülərək körpəyə baxdıqda " Yerdə oturanda azca hərəkət edən qaraltısını görüb kölgəyə toxunurdu .Ancaq ayaga qalxıb yeriməyə başladıqda kölgənin hərəkətləri də sürətləndi , bu da uşağı qorxutdu." söylədim.
***
Maşın artıq mənimcün tanış olmayan bir yolla irəliləyir və bizi Bakıya daha da yaxınlaşdırır .
Nədənsə o uşagın məsum siması gözlərimin önündən çəkilmir . Əslində  o məsum körpədən heç bir fərqimizin olmadıgını düşünürəm  .
Onun nənəsinin qucagından xilas olmaq  istədiyi kimi biz də arzularımızın qarşısına sədd çəkən maneələrdən qurtulmaq istəmirikmi ? Bu maneələri aradan qaldırdıqdan sonra həyatda "fərəhlə və sürətlə" addımlayır ya da ən azından addımladığımızı düşünürük . Amma bir gün dizlərimiz üzərinə çökdüyümüz zaman  bir qaraltıyla qarşılaşırıq . Keçmişimizi , xətalarımızı , günahlarımızı  xatırladan bir kölgəylə...  Ayaga qalxır , bu qaraltıdan qurtulmaq ümidiylə addım atırıq . Amma lənətə gəlmiş " kölgə " hələ də arxamızca sürünür , bizi qarabaqara izləyir... O zaman hər şeyi anlayırıq  ,  "Axı nəyə görə keçmişindən xilas ola bilmir insan." düşünərək həyatımıza üsyan edirik.
" Bəlkə də ən yaxşısı 'nənəmin' qucagından ayrılmamaqdı." deyib  təəssüf edirik .
Nə fərqimiz var ki, o körpədən ? Bu gün sadəcə kölgəmizdən  qorxuruq ... Bəs insanı özündən soyudan digər "kölgələr" ?... Onlarla qarşılaşmayacagımıza bizi  kim və necə əmin edəcək ?...

Has llegado al final de las partes publicadas.

⏰ Última actualización: Jul 18, 2018 ⏰

¡Añade esta historia a tu biblioteca para recibir notificaciones sobre nuevas partes!

Kölgəsindən qorxan uşaqDonde viven las historias. Descúbrelo ahora