Az qaldığı üçün beləydi bəlkədə hər aldığı nəfəs hər ürək döyüntüsü hər addımı hər sözü başqa idi onun üçün özünü artıq bir möcüzə olaraq görürdü və bunda sonuna qədər haqlıydı bütün yaradılan hər kəs möcüzəydi hamı bunu axır-əvvəl başa düşürdü .Həyatı anlamaq onun dəyərini bilmək bu imiş demək özünü sevmək bu imiş o çox gec başa düşdü bunu sona az qalmıs tanıdı içindəki "məni" . Gözünü yumub bir az dincəldi xəstəliyi ilərlədiyi üçün narahat hiss edirdi amma buna belə sevinirdi bunu anlamaq çətin gələ bilər amma son anı yaşamaq ölümü yaşamaq doğurdan qorxuncdu bu dünyadan ayrılmaq həyatda qorxduğunuz hər şeydən puluna varına gücünə görə qorxduğunuz insanlardan belə qorxuncdu cünki ölüm sondu .
Dincəldikdən sonra fotoaparatla ətrafı və özünü çəkməyə davam etdi yaşadığını sübut etmənin tək yolu şəkillərdir deyə düşünürdü. Ətrafda gəzdikdən sonra kalendara baxıb artıq ailəsinin yanına qayıtmağın vaxtı olduğunu anladı. Əvvəllər ailəsindən qaçırdı amma ölümün yaxınlaşması ilə ailəsinin yanında olmasını istədiyi qərarına gəldi. Yenə o çox sevdiyi çamadanını yığırdı amma bu dəfə səyahət üçün yox evə qayıdış üçün hazırlayırdı çamadanını əvvəlcə hədiyələri yerləşdirdi hər kəsə kiçikdə olsa 1 hədiyə almışdı bu onun ailəsindən üzr istəmə yolu idi sonra şəkillərini qoydu bütün şəkillərdə gülürdü ailəsinə ən böyük hədiyəsidə bu idi .Masaya yaxınlaşıb kağızlara baxdı məktub yazmaq istəyirdi amma gözyaşları icazə vermədi . Nə qədər baxsada bezmədiyi filmi açdı digər filmlərin adını unutsada bunu əsla unutmazdı "Rockin on Heavens door " adı belə onu istədiyi yerə aparırdı. Film bitdiyi kimi gözyaşlarını silib məktubları yazmağa başladı bu səfər tamalaya bildiyi üçün sevincli idi
Qapı açıldı anası hıçqıra-hıçqıra ağlayaraq onu qucaqladı bu onun üçün çox çətin idi amma yenədə gülümsədi ailəsinin bu halını görməmək üçün onlardan qaçsada yenidən evə qayıtdığı üçün xoşbəxt idi .Axşam yeməyi vaxtı hamı stolun ətrafında oturub ona diqqətlə baxırdılar sanki beyinlerində onun son şəklini çəkirdilər. Ayağa qalxıb məktubları ailəsinə paylayıb divanda oturaraq onları izlədi ancaq məktubları o "istirahətdəykən" açmalarını istədi O aləsinin yanında ölüm sözünü işlətmir istirahətə gedəcəyini deyirdi bu söz arxasında çox şey gizlətdiyinə görə ailəsnə ağır idi elə onun özündə sadəcə özünü güclü göstərməyə çalışırdı.
Xəstəliyi ağırlaşdığı üçün ailəsinin istəyi üzrə xəstəxanada qaldı amma yenədə öz evinə getmək istəyirdi ölümü hiss etdiyi o an ailəsinə onu evə götürmələri üçün yalvardı. Həyatını yaşadığı yerdə sonlanmasını istəyirdi buna görədə ailəsi onu evə qaytarmağa məcbur oldular .
Hər kəs yatağın ətrafına toplanmış gözyaşlarını zorla gizləməyə çalışırdı gözünü açıb gülümsədi "məni bu qədər sevdiyinizi bilsəydim istirahətə daha sonra getmək üçün Allaha daha çox yalvarardım" dedi. Hər kəs bir anda gülməyə başladı və o bu anı ölsədə unutmayacaqdı. Anasını yanına çağırıb məktubları gətirməsini istədi onların arasından birini açıb düzəliş etdi və yenidən anasına verib səssizliyə gedən bir səslə "Bağışlayın belə getmək istəməzdim " deyib gözlərini yumdu.
Sabah oldu hamı üçün ondan başqa hamı üçün
Bütün məktublarda eyni cümlələr yazırdı:"mənsiz xoşbəxt yaşayın mən xoşbəxtəm sizinlə yaşadığım və sizin yanınızda öldüyüm üçün". Sadəcə kiçik bacısının məktubuna düzəliş etmişdi " Mənim kimi yaşama, həyat 1 dəfə olur .
YOU ARE READING
Kagizdan xeyallar
Short StoryYene her seher oldugu kimi gunesin onun ucun dogduguna inanaraq qalxdi yataqdan .Gözlərini açıb böyük bir gülümsəməylə ətrafına salam verdi sonra telefonun ekranına baxıb 1 günün daha geridə qaldığını və bir daha geri gəlməyəcəyini düşünüb bu günü...