" öldü " etiketi

18 2 0
                                    

Sonra biri barmaqlarının arasından qum kimi süzülüb gedər. " öldü " etiketi yapışdırarlar üstünə. Hər şey dözülməyəcək qədər ağrılı gələr..və heç vaxt keçməyəcəkmiş kimi hiss edərsən.. Gəl gör ki ,bir müddət sonra səsini belə xatırlayamayacaq həddə çatarsan . Yavaş - yavaş unudarsan simasını , gülüşünü , yerişindəki özəlliyi.. işin qəribə yanı ;hər nə qədər xoş günlər yaşayırsan yaşa və ya illəri arxanda qoyursan qoy o bir! nəfərin  yoxluğunun varlığı heç zaman  zərrə qədər əksilməz. .Bəlkə toz basar üstünü ,  bəlkə ilk baxışda görə bilməyəcəyin qədər köhnələr amma hər zaman  bir "üfürmə" qədər yaxında olduğunu bilərsən.. orada..dərinin altında , qabırğalarının arasında bir yerdə..

Yalnız QadınHikayelerin yaşadığı yer. Şimdi keşfedin