1-ci bölüm

121 12 1
                                    

Əynimə qara palto geyinib çıxdım evdən. Hava çox soyuq idi, gecə düşmüşdü artıq. Dərindən nəfəs alıb, yorğun addımlarla irəlləməyə başladım dənizə tərəf. Sözün əsl mənasında yalnızlıq soyuğu gəzirdi küləklərdə. Yağışda bir yandan insanın üzünə çilənib, ordanda xatirə şəklində insanın içinə axırdı. Heç bir yaxınımı itirməmişdim, nədə sevgilimdən ayrılmamışdım, amma ağlamaq istəyirdim hönkür-hönkür. İçim dolmuşdu, indi anlayıram ağrı çəkənləri, lakin bunun üçün özünü yormaq mənasızdır.
- Şair yaxşı deyib,
"Yağış yoxsulluğun rəmzi
deyildir,
Yağış xatirələr rəmzi sayılır."
- İşdən evə qayıdan adamlar başına iş çantalarını tutub qaçması maraq doğurdu məndə. Uzaqdan gözəl rəsm alınardı, təəssüf ki, bacarmıram çəkməyi. Fikirləşə-fikirləşə axır çatdım dəniz sahilinə. Həmişəki yerimə gəldim, oturub coşub-daşan dəniziə baxıb gülümsədim. Göz qapaqlarımı yumub, dərindən nəfəs alan vaxt, addım səsləri eşitdim. Çox qorxdum, amma sakitcə dayanıb gözlədim. İncə səsli bir qızın ağladığını hiss etdim. Sol tərəfimdə, ayaq üstə dayanıb dilinin altında nəsə pıçıldayırdı. Sanki məni görmürdü, elə bilirdi burda tək özüdür. İstədim ki, yaxınlaşıb kömək edim və birdən özünü dənizə atdı. Tez əlimi paslı dəmirdən, və o biri əlimlə qızın qolundan yapışdım. Bəxtdən çox yüngül idi. Qız qışqıraraq "burax məni, ölmək istəyirəm" deyib kövrək gözləri ilə göz bəbəyimi dəlib keçdi. İlahi bu nə gözəllik, bu kimdir?!
- Gözlə ay qız! Buraxacam səni, sadəcə yavaş-yavaş. Dərdin nədir bilmirəm, amma onu bilirəm ki, ölmək üçün yetərli bir səbəb ola bilməz, çünki belə bir səbəb yoxdur.Fikrindən döndərməyəcəm səni, çox qəddaram inan.
- Qız qorxub susdu, gözlərimə baxdı.
- Yavaş-yavaş aşağı endirəcəm səni. İstəyirəm hiss edəsən bu acını, sənin ölməyin maraqlı deyil mənimçün. Qız qorxu içərisində donub qalmışdı, bir yandan soyuq külək, bir yandan ucu-bucağı bilinməyən yağış damlaları...
- Əlimi biraz aşağı endirib, qızın ayağlarını dənizə saldım... İçimdə özüm-özümə "bağışla məni, sənə görə" deyib gözlərimi yumdum.
Qız bum-buz suya dözə bilməyib, qışqırdı,
- Nolar belə etmə, donuram kömək et.
Qıza məhəl qoymayıb aşağı endirməyə davam etdim. Hər endirdikcə, qışqırıqlar, yalvarışlar artmağa davam edirdi.
- Belə etmə xahiş edirəm, çox donuram. Etmə belə, Allahın olsun!
- Özümdən çıxıb dilləndim:
- İndi de, ölmək üçün dəyərdimi?! İndi düşdüyün vəziyyətə bax, Allahsız kimdir?! Mən?!
- Yox, yox balaca xanım, mən sadəcə istəyini gerçəkləşdirirəm. Sənmi qazandın o canı, indidə ona qıyırsan?!...
- Qız susub, ağlamağa başladı. Tir-tir əsirdi. Qolundan tutub yuxarı çəkdim, gözlərinin içinə zillənərək "Nə edirsən et, özün bilərsən" deyib, arxama baxmadan irəlilədim. Çox əmin idim, o qız birdə bunu təkrarlamayacaq.

Bax, buna eşq deyərəm.Hikayelerin yaşadığı yer. Şimdi keşfedin