2-ci bölüm

34 2 0
                                    

  Yavaş-yavaş addımlayarkən, arxadan incə və kövrək bir səs gəldi.-Çox sağol yardım etdiyin üçün, amma məcbur idim, niyyətim ölmək deyildi, sadəcə azad olmaq istəyirdim.Addımlarımı yavaş-yavaş azaldıb dayandım. Və yenədə sözlərinə davam etdi..- Hər şey göründüyü qədər sadə deyil, bilirəm bu çıxış yolu olmasada, bunu etmək məcburiyyətindəyədim, çünki sığınacaq heç kimim yox idi..Özümü saxlaya bilməyib, arxaya çönərək gülümsədim. Yavaş tonla danışmağa başladım.- Ulduza bax, gör necə gözəldi. Düzdür azdır, amma çox gözəl görsənirlər. Hər gün bura gəlib, bu daşın üzərində oturaraq onunla dərdləşirəm. Gələn kimi, ilk sözüm nə olur bilirsənmi?- Xeyr, nə ?- Salam Allah!O an gözləri doldu qızın. Nə demək istədiyimi görünür anladı. Ürəyim tit-tir əsməyə başladı sanki.Dözə bilmirdim, çünki mən payızın qadınını ağladırdım. İçimdə elə bir hiss yarandı ki, istədim qucaqlıyıb, göz yaşlarını baxışlarımla silim. Özümü güclə saxlamışdım "ağlama" deyə..."Yaxşı, mən gedim, Allah amanında" deyib kiçik addımlarım ilə biraz uzaqlaşdım ordan. İçim-içimi yeyirdi. Çox qorxurdum, birdən ruhunu yenidən dənizə qovuşdurmaq istər deyə. Nə qədər əmin olsamda, bu qorxunu üzümdən yığışdıra bilmirdim. Onun o gözləri necədə dərin idi İlahi, hər gün o gözlərdə boğulmağım gəlmişdi. Dəniz belə çox sevinmişdi, o mavi gözlər, dənizin rəngini qatılaşdırmağa malik idi.. Onun əllərindən tutanda, bir daha xoşbəxtliyə sarıldığımı hiss etdim. Özümü saxlaya bilmədim, ürəyim qal deyir, ayağlarım dur deyir, bəs mən niyə dayanmıram?! Gücümü toplayıb, geri çevrildim.Susub, susub baxdım. Düz üz-üzə gəldim. Əllərim titrədi, gözlərim güldü, ürəyim toy-düyün etdi. Xoşbəxtliyi görmək, ona toxunmaq beləmi asanddır yəni? ...- Nolub, niyə gəldin ?- Bəs sən niyə geri çevrildin?- Mən, mən... Elə bil dilim istirahətə getmişdi, dilsiz qalmışdım..- Hə, sən, sən?- Məni boş ver! Mənə maraqlı gəldi onunçün. Sən niyə gəldin?- Qorxdum.- Nədən?- Qaranlıqdan, həmdə Allahdan qorxdum. - Anladım. Yolun axrına çatdıq demək olar, hansı tərəfdən gedirsən evə?- Sağ tərəfdən, bəs sən?- Mən sol tərəfdən gedirəm, biraz qabaqda qalıram elə.- Çox gözəl, Allah razı olsun. - Cümləmizdən.Yavaş-yavaş yolun qırağı ilə özümü qınıya-qınıya addımladım. Niyə məndə sağ tərəf demədim, niyə evlərinə ötürmək təklifini irəli sürmədim, səfeh ağlım?! Uzaqdan baxıldıqda, iki ayrılan adam təsviri görünür elə bil. Addımları saxlayıb, geri dönərək, onun gedişini izləmək istəmişdim, amma onun mənim gedişimi izlədiyini gördüm. Gülümsəyərək əl uzadıb, yoluma davam etdim...  

Bax, buna eşq deyərəm.Hikayelerin yaşadığı yer. Şimdi keşfedin