Amherst Kolleci və Fillips-Ekseter Akademiyasının məzunu olduqdan sonra bir müddət elə bu təhsil mərkəzlərində ingilis dili müəllimi kimi çalışıb. Şifrə açma və gizli hökumət orqanlarına olan marağı 1996-cı ildə ilk romanı Rəqəmsal Qalanın (Digital Fortress) meydana gəlməsinə səbəb oldu. Roman yayımlanmasından dərhal sonra Den Braun bir anda elektron kitab reytinqlərində birinci yerə qalxdı.
Yazıçının ikinci romanı olan "Xəyanət nöqtəsi" (Deception Point) də siyasət əxlaq, təhlükəsizlik və gizli texnoloji mövzuları əhatə edir.
Mükafatlar almış riyaziyyat üzrə professor ilə ilahiyyat musiqiçisinin oğlu Den Braun elm və din kimi bəzən bir-birinə qarşı duran fəlsəfələrin hakim olduğu bir mühitdə böyüyüb. Bu, bir-birini tamamlayan fikirlərdən aldığı təsirlə məşhur romanı "Mələklər və İblislər"i ( Angels & Demons) yazdı. Bu əsərdə bir İsveçrə fizika laboratoriyası ilə Vatikan arasında baş verən, elm ve din mövzularının hakim olduğu romandır.
Den Braun babasının da mason olduğunu bir çox proqramda açıqlamışdır. Evlərində qəribə önlüklər və ağ əlcəklər tapdığını söyləmişdir. "İtirilmiş simvol" (The Lost Symbol) adlı romanını da buna görə yazdığı ehtimal olunur. Kitabın mövzusu da masonluqdur. Bundan əlavə, 2003-cü ildə bitirdiyi və bütün dünyada satış rekordları qıran "Da Vinçi Şifrəsi" (The Da Vinci Code) kitabının da müəllifidir. "Da Vinçi Şifrəsi" və "Mələklər və İblislər" kitablarının filmi də çəkilmişdir.
Sənət tarixçisi və rəssam olan həyat yoldaşı da araşdırmalarına kömək edir.