Anam ölərkən necə də kədərə boyanmışdı divarlar.
Necə də sızlayırdı küçəmizin işıqları.
Mənim isə 9 yaşım var idi.
O günün sabahı mən böyüdüm və sonra bir daha uşaq olmaq istəmədim.Sanki, onun ilə bərabər bütün dünyada ölmüşdü. Bütün küçələri yığışdırmışdı anam. Silib - süpürmüşdü divarına ürək rəsmləri çəkdiyim hasarları.
Mənim isə 9 yaşım var idi.
O günün sabahı mən böyüdüm.
Sadə bir üfürtü ilə toza çevrildi dünya. Yox oldu bütün xoşbəxtliklər. Səni məzara, sevincləri də gömdük içimizə.
Sizin heç göz yaşlarınız alnınıza axdımı ?
Heç çevrildimi dünyanız başıaşağı ?
Mənim isə 9 yaşım var idi.
O günün sabahı mən böyüdüm.Yağışlar da fasilə vermir heç. Nədir axı buludların bizimlə dərdi ? Torpaq da nəm qoxur.
Qalx, anam. Qalx gedək. Buz kimidir oralar, bilirəm.
Üşümə bu qədər. Tanrım, üşütmə onu bu qədər.
Qalx gedək. Bütün lobyaları yığmışam bağçadan.
Mətbəx də buxarlanır. Hər şey hazırdır amma təkcə bir sən əksiyimiz var.
Üzr istədilər məndən. Dedilər ki, aylığı verə bilmədiyinizə görə daha işıqları söndürməyəcəklər.
Bilmədilər ki, mənim 9 yaşım var idi. Və o günün sabahı bizim işıqlar əbədi sönmüşdü.Bir daha uzaqlardan ' oğlum ' deyə heç kim səslənə bilmədi sənin kimi. Gözüm həmişə oralarda qaldı amma heç dönüb baxmadım. Heç kim tuta bilmədi balaca əllərimi sənin kimi.Danışdığın nağıllar da yarımçıq qaldı və mən bir daha o kitabların üzünə baxa bilmədim.
Böyümüşəm. Oğlun şair olub, gəl bax. Amma hələ də sənsizliyi qusa bilmir səhifələrə.
Hələ də gözüm qalıb o hasarlarda. Yarımçıq nağılların sonunu gözləyirəm.Bu dünyada hərə bir cür ölərkən, biz sənsiz hər gün öldük.
Niyə bu qədər yoxsan, ana ? Necə də yoxsan ?
Nə çox yoxsan ? Üşüyürəm, ana, ört üstümə xatirələrimizi ...
YOU ARE READING
Və Bir Daha Uşaq Olmaq İstəmədim
RandomSizin heç göz yaşlarınız alnınıza axdımı ? Heç çevrildimi dünyanız başıaşağı ?