Bölüm 1: "Gülü"

306 25 30
                                    

Bu hekaye en yaxin refiqemin heyatindan bir alintidi.Dediyi kimi her wey 4 il bundan qabag baw verib .InwAllah beyenersiz ❤

Telefonun səsinə yuxudan oyandım

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Telefonun səsinə yuxudan oyandım.Gözümü gücnən açıb ətrafa baxdım,dünənki gün ağlıma geldi.Anamla birlikdə Bakıya gəlmişdik artıq burda qalmağ məcburiyyətindəydim.

"Offf bu gün universitetdə ilk günümdü "deyə düşündüm.

Hava çox istidir.Universitetin qarşısına gücle çatdiğ.Daha iki gün idi gelmişdim amma Bakının tıxacları boğaza yığmışdı meni.İnsanlar burada nece yaşayır?!Daha doğrusu men nece yaşayacam burada ?..Rayonda bu qeder insanı ve maşınları bir arada görmey qeyri-mümkündür.
İlk günümdə anam məni tək buraxmamışdı.Ətrafda o qeder telebe vardıki,hamısı valideyinlerinen gelmişdi.Uşaqlarından çox onlar heyecanlı görünürdü..

Beynimdəki səsləri dayandıra bilmirdim"Görəsən ailəmdən uzağ bu şəhərdə tək yaşaya biləcəyəm ?
"Azadlığdı bu yoxsa nə?! Deyesən qorxuram amma qorxmaqda da haqlıyam.17 yaşındayam və tanımadığım bir şəhərdə.İki gün deyildi gəlmişdim Bakıya,hələ gəzməyə vaxdımda olmamışdı amma eşitdiyimə görə gözəl və bir o qədər də təhlükəliydi.Bəlkədə qardaşım məni qorxutmaq üçün belə demişdi.O qeder ses var idi ki, başımı götürüb qaçmağı bele düşündüm.

Birdən sessizliy bürüdü her yanı.Bir kişi mikrafonu götürüb hamımızı salamladı və bizə yeni ilimizdə "uğurlar "arzuladı.

Boyu hardasa 1.70 olan və bir o qədərdə kök olan bu kişinin üzündə sanki nur vardı.Bir şeyler deyib sonra hamımıza qapını göstərdi.Tələbələr yavaş yavaş içəri keçməyə başladı anamla sagollaşıb məndə içəri keçdim.Qapıda adımı deyib 4cü mərtəbəyə qalxdım.Uzun qaranlığ dəhliz və otağlar..."elədə pis deyil "dedim öz-özümə. Gözlədiyim kimi idi görəsən? Əslində nə gözlədiyimidə bilmirdim ,heç düşünməmişdim bu haqda.

Sinif otağına keçib etrafa gözucu nezer saldım.Hamı bir-biriyle söhbət eliyirdi."Nə tez bir-birlərini tanıdılar,bəlkədə çoxdan tanışdılar "deye düşündüm.

Yanıma bir qız oturdu və mənə baxmağa başladı.Uzun qara saçları belinə kimi düşürdü hündür daban ayaqqabıları və qısa donunda çox gözəl görünürdü.Ona nisbətən mən çox sadə görünürdüm.İlk günə görə o qədərdə hazırlanmamışdım,rahat boz şalvar və sadə v yaxalı çəhrayı köynəy seçmişdim ayağımda Nİke idman ayaqqabılarım ,sarı uzun saçlarımı isə arxadan rahat yıgmışdım.

Bu qız mənə baxıb güldü və həyəcanlı səs tonunan
"Mən Nərgiz"deyə davam etdi.Bir anlığ çəkindim.

"Gülü" deyib gülümdədim.Səsim çox sakit və eşidilməyəcəg dərəcədə alçağ çıxdı tez özümü topladım ve bir az söhbət eləmeye başladığ.Yaxşı qıza oxşayır amma hər ehtimal qardaşımın sözlərini xatırladım.Mənden iki yaş böyüg olan Nicat insanlar haqqında məni bir az qorxutmuşdu."Tanımadığım insanlara çox güvənməməliyəm"deyə öz -özümə təkrarladım.

İlk günü beləcə bitirdim.Çox yorqunam və qarnımın səsi ac olduğumu xəbər verir.Evə çatan kimi ayaqqabılarımı çıxartıb özümü tez yemek yeməyə çatdırdım.Evdə mənlə öz rayonumuzdan olan Aidə qalırdı.Anamla uzağdan qohumluğu vardı .Belə olmasa anam birlikdə qalmağımıza icazə verməzdi.

Anam 3 günlüg qonağımız idi.
"Səhər onu rayona yola salmağımız lazım gələcəydi ".Mətbəxdən özümə yeməy çekib masaya oturdum.

Anam sevincli və marağ dolu gözlərlə "necəsən ? günün necə keçdi ?"deyə soruşdu.Gözlərindən "bütün günü danışmadan əl çəkməyəcəm "deyə oxunurdu.
Aidənində fikri məndə idi.Məndə onu göz ucu süzməyə başladım.Uzun boy ,qara saçları olan gözəl qız idi.Yeməydən bir qaşıq agzıma qoyub günümü danışmağa başladım.İkisi də həyəcanla mənə baxırdı.Danışıb bitirdikdən sonra yeməyimi yeməyə davam elədim.Anamın yemeyleri heqiqeten de dadlıdır.Bu barede mende anama oxşamışam deyesen.Bitirib boşqabımı mətbəxə qoydum.Tez otağıma gedib dincəlməy isrəyirəm.

.Otağım balaca amma çox şirin görünür.Ev özü də balacadır,2 otağ bize bəs edər məncə

Yeni başlanğıc..Hikayelerin yaşadığı yer. Şimdi keşfedin