yaşlı gözlər

17 1 0
                                    

Dörd ildir ki AYDAN ilə tanışam amma  hələ də onu gülərüz, şən, xoş əhval da görməmişəm . həmişə kədərli həmişə dolğun baxışlı baxışlara seyr edir  insanı. Sanki ayrılıqlar nifrət duyğularına qarışıb bütünləşib.    Nə qədər çalışsaq da onun ayrılıqları dalaşan qəlbini, nifrətlə bütünləşən fikrini dəyişə bilmədik. Çox mehriban qızdır lakin nə qədər mehriban olsada  hər görüşdüyümüz də  gözlərində dərin bir hüzün, simasına  oturmuş kədər görünür.  Sanki gözlərinə gəlmiş damlalar   bu an süzülüb fəğan edəcək. Amma nə olursa olsun biz Aydanın yalnız  buraxmırıq.  Günümüzün çoxunu onunla keçiririk.
Bu gün həmişə olduğu kimi  universitetdən  çıxdıq amma adəti üzrə evə getmədik  yolun kənarındakı avtobus dayanacağından avtobusa minib bir başa məzarlığa doğru yola düşdük.  bu gün Aydanın  ata və anasının ölüm günü  idi. Ona görə onların məzarını ziyarətə  gedirdik. Hər il Aydan la bərabər gəlib valideynlərinin məzarına baş çəkirdik.
Avtobus durdu. Məzarlığın önündə endik. Aydan girişdə ki gül satandan bir dəstə qərənfil  alıb  ana atasının qəbrinə doğru gedirdi. Artıq valideynlərini itirməsindən bir ildə  keçdi.
Gözü yaşlı Aydan ata anasının  məzarları arasına keçib bəyaz  qarın üzərində oturdu. Heç bir şey söyləmədən susqun susqun ağlamağa başladı sanki yenidən canlanmışdı gözündə ailəsini itirdiyi o gecə. Dilində yalnız:
-hara getdiniz məni tək qoyub bu qoca dərdlə hara getdiniz, sözləri vardı onun halı bizi də göz yaşlarına boğmuşdu.
Dərdlər paylaşılmaz deyilir.  amma biz ən yaxın dostumuzun dərdini paylaşmadan  dura bilmərik.
   Onun dərdlərinə şərik  olmaq üçün yaxınlaşıb onu qucaqladım:"sakit ol aydan ağlama,    o günləri xatırlayırsan mı?  anlat bizə  o həyatının   acı  günlərini". Aydan sa yuxudan ayılmış kimi gözünü sildi  və anlatmağa başladı  












Yalnız ÇiçəkHikayelerin yaşadığı yer. Şimdi keşfedin