Keçən il o biri küçədə keçirtmişdim bayramı,
Bu il. bu küçədə qeyd eliyəcəm...
Salam, mən kimsəsizəm
Ona görə də bu bayramda yenə də kimsəsizəm
Hər il olduğu kimi. ənənələr pozulmur ki,
Birdəki o alın yazısı varha..
Nə silinmir, nə də təzədən yazılmırki (bura Bakıdır)
Hər şey yaxşıdır, bircə bu küləklər olmasa
Əslində çox şey olmamalıydı, kaş ki olmasa..
Ən ucuz araq hansıdır, verin!
Qəpiklərimə də bir iki dilim kolbasa
Düşmürsə, eybi yox əsas içkidir..
Bugün bayramdır axı..
Bugün hər yerdə bər-bəzək
Yalan-doğur hamı gülür axı
Bugün hər yerdə yolkalar,
Şaxta babalar gülməli geyimlərini geyiniblər
Bugün şampanlar, fontanlar, şənliklər
Bugün ən bahalı geyim dükanlarında endirimlər.
Mən xəbərləri ötüb keçənlərin ağızından eşidirəm
Bəzən dəli oluram ağlayıram, gülürəm... əşi diyirəm...
Bəzən yarımçıq qalır xəbərlər, şeflər tez çağırır işçilərini
Məsələn, mən bilmirəm nə oldu axırı həmin neftçilərin...
Bahalı restoranların önündə dayanıb baxıram..
İnsanlar niyə yedikəri yeməyin şəklini çəkir?! anlamıram!
Bəzən qışqırıqlar eşidirəm xoşbəxt evlərdən..
Deyəsən Facebook'da xəbərlər daha doğru olur, nəinki Tv'lərdə...
Nəisə... hələlik bu qədər
Bayramınız Mübarək!