Oneshot

63 9 9
                                    

Bəzən "Zaman hər şeyin dərmanıdı" deyirlər. Boş söz olduğunu anlamaq o qədər çətin deyil. İçimdəki qisas hissi o günki kimi, hələdə öz alovunu söndürməyib. O günki kimi xatırlayıram bütün hər şeyi. Halbuki, on yeddi yaşında, böyük xəyalları olan bir gənc idim.
1992, 24 fevral...
Gözümü parıldayan günəşlə xoş bir günə açdım. Anam alnımdan öpüb, səhər yeməyinə çağırdı. Anam otaqdan çıxdıqdan sonra, bacım hopbana-hopbana gəlib, yatağıma qalxdı.-
Dur, dur, dur.- deyib yatağımda hopbanmağa başladı. Qucaqlayıb, qıdığlamağa başladım.
- Səni balaca dəcəl. Sevimli kiçik bir qız da, qardaşını belə oyadar?
- Mən balacayam və qızam. Mənə hər şey olar!- deyib gülməyə başladı. Saçlarını qarışdırıb, otaqdan çıxartdım. Hazırlaşıb mətbəxdə masa kənarında öz yerini almış, ailəmin yanında oturdum. Çayımı içərkən, atam mənə baxdı
- Əzizlərim, Xocalıda yayılmış xəbərləri eşitmisiz yəqin. Əsgərlərin şəhərə hücm edib, etməyəcəyi bilinmir. Xəbəri eşidənlər və ya Bakıda yaxınları olanlar, artıq gediblər. Burda qalanlar, şəhəri qorumaq üçün qalanlar və ya getməyə yeri olmayanlardı. Əsgərlər şəhər sakinlərini, qısa yoldan Ağdama aparmaq istəyirlər. Ona görə, hazır olun.-Boğazımı islatmaq üçün çayımdan bir qurtum aldım, atama baxıb.
- Bəs mən?- deyə soruşdum. Yeməyinə dəvam edərkən.
- Mənim oğlum olduğunu göstər sadəcə.- dedi. Başımı tərpətdim. Atam hər zaman, onun kimi igid bir əsgər olmağımı istəyirdi, mən elə deyildim. Mən həyat almaq yox, həyat vermək istəyirdim, həkim olmaq istəyirdim...
Səhəri gün gözlərimi, silah səsləriylə açdım. Artıq başlamışdı! Səbəbini belə bilmədiyim bu müharibənin, ilk işarətləri idi silah səsləri. Ayağa qalxıb, aşağı qaçdım. Bacım yatırdı, anam əşyaları yığırdı.
- Zaur, atan səni yanına çağırtdırdı. Əlavə gücə ehtiyacları var. Gözlənilən ordu gəlmədi. Tez ol, atanın sənə ehtiyacı var.- dedi. Tələsərək.
- Bəs siz?
- Biz axşam çıxacaq adamlarla bir yerdə gedəcəyik- dedi, əllərimi tutub.
- Hər şey yaxşı olacaq. Bu reallıqdı. Real həyatda hər zaman yaxşı şeylər olmur, amma yaxşı olacaq hər şey. Sadəcə atana qulaq as.- deyib, yenə öz işinə qayıtdı. Hazırlaşıb, müharibənin, güllələrin daha gur olduğu yerə dogru getdim. Atam qaçaraq yanıma gəldi.
- Vaxdında gəldin.- deyib əlimə silah tutuşdurdu.
- Valehi izlə, o səni lazım olan yerə aparacaq.- qardaşım kimi olan Valeh, məni yönləndirməyə başladı.Səssizlikdən sıxılmış olan Valeh
- Zaur, bilirəm həyat hər zaman gözlədiyin kimi olmur. Biz burda küncə qısılmış kimiyik, yardım belə gəlmədi. Yolları bağlayıblar, ən son eşitdiyim bu idi. Heç kim, sabah nələr olacağını bilmir. Hər şey gözləməliyik və güclü olmalıyıq. Güvənirəm sənə Zaur.- dedi, arxaya çönüb mənə baxarkən- güvənimi boşa çıxartma!- deyib, əli ilə çiynimə vurdu və geri dönüb getməyə başladı. Meşədə dar bir cığırla gedirdik. Tərs gedən bir şeylər vardı, hər şey çox səssiz idi. Quşlar belə ötmürdü, silah səsləri də gəlmirdi. Düşərgədən çox uzaqlaşmışdıq. Əsgərlərin bizdən nə qədər uzaqda olduğunu bilmək üçün, kəşfiyyata çıxmışdıq. Hələ də, heç kimə rast gəlməmişdik, şübhəli idi. Gözləmədiyimiz bir anda silah səsi gəldi və Valehin gözlərim önündə, yerə yığılaması, bütün duygularımı söndürdü, silah səsləri gəlirdi, amma mən tərpənə bilmirdim. Qolumu cızan güllə hislərimi geri döndərdi. Əlimdə tutduğum silahı sıxıb, ağacların arxasında gizləndim, qardaşım ölmüşdü! Artıq sadəcə boşluqla boguşan və bizi dövrəyə almış əsgərləri gözü qapalı güllələyən mən vardım. Reallıq beynimə dolduqca, məni öz həqiqətləri ilə qorxudarkən, artıq əsgərlərin hamısını öldürdüyümü gördüm, bağırmaq gəlirdi içimdən, bağıra bilməzdim, nə qədər uzağımızda yeni bir dəstə olduğunu bilmirdim. Bu səsləri eşidib, bura gələ də bilərdilər. Gizləndiyim, ağacın arxasından çıxıb, Valehi belimə aldım, ölmüşdü, amma onu burda buraxa bilməzdim. Qardaşım ölmüşdü, illərdir, məni hər şeydə dəstəkləyən tək insan ölmüşdü. Ağlamamaq üçün özümü çətinliklə tuturdum. Düşərgəni görəndə, gücdən düşdüyümü hiss etdim. Bizi görən, tibb bacısı idi, əsgərləri çağırıb, bizə kömək etdilər. Valeh üçün hər şey artıq gec idi.Özümü saxlamağım boşa idi, göz yaşlarım axmağa başlamışdı. Gəldiyimizi eşidən atam, yanıma gəldi, ağladığımı görəndə, üzümə şillə vurdu.
- Səni qorxaq axmaq. Ən güclü əsgərlərimizdən biri sənin üzündən öldü hə. Yenə üzümü qara elədin! Necə sənin kimi oğlum olduğunu belə bilmirəm. Olmaz olaydı sənin kimi oğul.- deyib yana tüpürdü və yanımdan uzaqlaşdı. Əllərimi sıxarkən, artıq böyümək vaxdı gəldiyini anladım. Gözlərimi silib, silahı əlimə aldım. Artıq axşam olmuşdu. Silah səsləri yaxından gəlirdi, arada atılan bombalar da vardı, şəhər sakinləri artıq getmiş olmalı idi, ümid edirəm, bacım yaxşıdı. Gözlərimi yumub, qarşıdan bizə tərəf gələn əsgərləri bacardığımız qədər dayandırmağa çalışırdıq. Arxalarından gələn tankın atdığı bomba düşərgənin olduğu yerə düşəndə, digərləri ilə qaçaraq, onlara köməyə getdik. Atamın səsini eşitdim. Bir ağacın altında idi, ayaqları yox idi, partlayışda olmuşdu. Qaçaraq yanına getdim. Məni görəndə, zorla gözlərini daha da açmağa çalışdı. Öskürərək
- Oğul, bağışla hər şeyə görə- dedi və yenə öskürdü, ağzından axan qanı silməyə çalışdı, amma gücü qalmamışdı, əlimlə ağzını sildim, gözlərimə baxdı və dəvam etdi- sənin qorxaq olmağını istəmirdim oğul. Yaşamağa çalış və ananla bacını tap.- dedi, gözləri yumularkən- söz ver, yaşayacağına.- dedi dolu gözlərlə mənə baxarkən. Başımı sallayıb,
- Söz verirəm ata.- dedim. Bu vaxt əsgərlərdən biri, məni çiynimdən tutdu.
- Tez ol, getməliyik. Burda durmaqla, nə ona, nə də bizə kömək edə bilərsən.- dedi, silkələnib, silahımı sıxdım və ayağa qalxdım. Açılan atəşlərə, qarşılıq verməyə çalışırdıq, boşuna idi, onlar bizdən çox idi və tankları da var idi. Ən azında camaat şəhərdən çıxana qədər vaxt qazanmalı idik. Səhər açılanda daha da güclü hücuma başlamışdılar. Bizim güllələrimiz azalmışdı. Güllə səsləri qulağımı artıq yormuşdu. Günorta onlardan uzaqlaşdığımızı düşünəndə, arxadan açılan silahla ayağımdan yaralanmışdım. Yoldaşlarım güllələnmişdi. Tanklar yanımızdan keçərkən, güllüşən əsgərlər, sağ qalan bir oğlanı yerdən qaldırdı, yaralanmışdı, amma yaxşı idi. Orta yaşlı bir erməni əsgəri bıçağını çıxarıb, oğlana əzab verməyə başladı. Üzündə dərin yaralar açırdı, bunu görən yanındakılar, qəhqəhələrlə gülürdülər. Ona kömək etməyi nə qədər istəsəm də, edə biləcəyim bir şey yox idi. Atama verdiyim sözü tutb, anamı və bacımı tapmalı idi. Oğlan ağrılar içində, qıvranaraq can verdikdən sonra, gülüşərək, artıq uzaqlaşmış tanka çatmaq üçün qaçaraq uzaqlaşdılar. Yerdən qalxıb axsayaraq yoluma dəvam etdim. Getdiyim yol boyu, çox vəhşiliyin şahidi oldum. İnsan dilə gətirə bilməyəcəyi şeyləri, onlar gülərək etmişdilər. Hava qaralanda, şəhərdən çıxmaq istəyənlərin getdiyi yolda, üst-üsdə yığılmış, cəsədləri gördüm, bəziləri ətrafa atılmışdı. İşgəncə verilmişdi, ürəkləri sızlamadan işgəncə etmişdilər, dinc əhaliyə. Ordan bir az uzaqlaşanda, qanlar içində, uzanan anamı və onu qucaqlayan bacımı gördüm. Qaçaraq yanlarına getdim. Ölə bilməzdilər, belə asan ölə bilməzdilər. Atama söz verişdim, onları tapacağıma və qoruyacağıma. Alınmadı, qoruya bilmədim. Kiminsə eşidəcəyini düşünmədəm, bağırmağa başladım. Həyatı hələ qabaqda olan biri idim. Bu şəhərdə ölənlər içində, tanıdığım bacarıqlı və gözəl insanlar vardı, onlar da yaşamalı idi. Ağlayaraq ayağa qalxdım, uzaqlaşmaq istəyirdim burdan, titrəyərək, bir neçə addım atmışdım. bacımın səsini eşitdim.
- Qardaş sənsən? Qardaş!- deyib bacım mənə qaçdı və qucaqladı. Onu qucaqlayarkən, gülməmək üçün özümü tuturdum. Yaşayırdı, ən dəyərlim yaşayırdı. onunla danışanda öyrəndim ki, erməni əsgərləri onlara tələ qurmuşdu. anamla qaça bilmişdi, amma anam yolda onu qorumaq üçün güllənin qabağına atılmışdı. Bacımı da öldü bilib, gediblər. Səhərə yaxın, əli silahlı bir neçə əsgər bizə tərəf gəldi, silahımı onlara tərəf tutanda, bizim əsgərlərdən olduqlarını dedilər, amma yalan dediklərini bilirdim, onlara atəş açmağa başladım, amma silah işləmirdi. Bizi tutub öz düşərgələrinə apardılar...
24 il sonra...
Həkim tələbələrə psixologiyadan dərs izah edirdi. Bu vaxt tələbələrdən biri, yan otaqdakı xəstdən danışmağa başladı.
- Bağışlayın, 123 nömrəli otaqdakı xəstənin problemi nədir?- həkim eynəyini düzəldib. Bir az düsündü, sanki keçmisdə olanları xatırlayırmıs kimi, sonra bogazını təmizləyib
- Xocalıda öz yaxınlarını itirib. Həmin vaxtlar yaşadığı stresslər, psixalogiyasının pozulmasına gətirib. Onu tapanda, öz özünə danışırdı, dediyinə görə bacısı ilə danışır, amma bacısını anasının yanında ölü tapmışdılar və bununla yanaşı hələ də xocalıda, müharibədə olduğunu düşünür. Həkimlərə, tibb bacılarına zərər yetirməyə çalışıb, ona görə bağlı otaqda tutulur...
İlk dəfədi müharibə haqqında yazmısam. Ümid edirəm öz yorumlarınızla, hekayəyə yön verərsiniz.

Xocalı (One-shot)Where stories live. Discover now