Qapı astaca döyüldü. Müəllim gir deməmiş qapı açıldı. İçəri girən Samir idi. Yasəmən özündən aslı olmayaraq başını aşağı saldı. Samir gülə-gülə
- Salam. Olar məndə oturum bu dərsdə?
- Salam. Necə? Samir səndən çıxmayan iş. Nə olub?
- Heç nə müəllim.
-Yaxşı. Keç otur.
Yasəmənin canına qorxu çökdü. Diqqətlə Samirə baxmağa başladı. Yasəmənim qorxduğu kimi Samir keçib Yasəmənin yanında oturdu. Gülümsəyərək Yasəmənə baxıb dedi.
-Salam...
Yasəmən başını aşağı əydi. Səbəbsizcə alma yanaqları qızarmışdı. Samir Yasəmənə bic-bic baxıb gülümsədi.
Yasəmən bunu hiss edib özünü topladı. Eləbil ağlı başına sonradan gəlmiş kimi dilləndi.
-Sənə kim icazə verdi burda oturmağa?-Müəllim. Dedi keç otur.
-Ola bilər...Amma mənim yanımda otur demədi.
-Boş yer bura idi.
-Yox. Sadəcə bura deyil, başqa yerlərdə var.
-Yaxşı, yaxşı... Mənim bura biyə gəldiyimidə, burda niyə oturduğumuda özün çox yaxşı bilirsən...
-Onda mənim bu dəqiqə nə etmək istədiyimidə çox yaxşı bilirsən. Hə...?
-Yox.
-Göstərim?
-Yox.
-Amma mən göstərəcəm.
Yasəmən ağzını açıb qışqırmaq istəyirdiki, müəllimin...
-Yasəmən, Samir... siz orda nə danışırsız? Biraz sakit.
Samir qalib gəlmiş kimi gülümsədi, Yasəmən isə pərt olmuş başını aşağı əydi.
Yasəmən səbirsizliklə zəngi gözləyirdi, saatsa keçmək bilmirdi. Samir gözlərini dikib Yasəmənə baxırdı. Amma fikirli idi. Zəngin səsi ilə Yasəmən yerindən sıçradı. Yasəmənim bu hərəkəti Samiri fikirindən oyatdı. Qaçıb çölə çıxan Yasəmənin arxasında baxaraq Samir astaca pıçıldadı "Mən bunu sənə necə deyəcəyəm"
YOU ARE READING
SƏSSİZLİYİ DİNLƏ...
FantasyYeni bir gələcə məcbur qalmaq və ya elə bunu özünüzün az da olsa istəməyi necə bir hissdir...? MARAQLIDIR Bu taleyi çox fantastiq bir şəkildə yaşayan bir qızın həyatı... sizi nə qədər cəlbedər...?