Gözləri danışım size. Rəngarəng gözləri. Bizim daxilimizi göstərən gözləri. Eşqi tərənnüm edən gözləri. Qəribədir. Yüzlərlə forma, onlarla rəng var. Hamisinin məqsədi birdir. Məncə göz həm cismə həmdə ruha xidmət edən orqandır. Göz sənin yolunu göstərərkən, qəlbinidə qidalandırır. Qəlbdə ruha aiddir. İnsan aşiq olarkən ürəyindən yox, qəlbindən istifadə edir. Gözlərimizdə anlamadigimiz, deyə bilmədiyimiz minlərlə cumlə sığışır. Rəngin fərqi yoxdur əslində. Bəzən çəmən kimi yaşıl gözlərə baxarsan məna görməzsən. Sanki yasil mamırlı dasa baxırsanmış kimi. Nə yasil, nə qara nə ala.. Bəzən gecədən daha qara olan gözlərə baxarsan ve dəniz misalı boğulduğunu his edersen. Birdə gözlərdə olan parıltı var. Diqqətlə baxsanız görməzsiniz qəmgin insanlarda o işığı. O işıq sanki ancaq aşiqlərlə,uşaqlara aiddir. Birdə xoşbəxtlərə. Amma xoşbəxtlik qısa müddetli olduğundan o isığın varlığı ile yoxluğu fərq etmir. Maraqlıdır.Niyə bədbəxtlik uzun çəkərkən xoşbəxtlik qısa olur,bəzən saniyələrlə hüdudlanır. Alimlər təsdiq edib ki, insan sevdiyi insanı görəndə göz bəbəkləri böyüyür. Bilirsiniz bu nədir? İnsanın ruhunun sevincdən o an bədənə sığışmayıb çıxmağa çalışmasıdır. O an bədənində sanki minlərlə kəpənək uçur, sanki başından isti su tökülür amma səni yandırmır. Sanki ayağının altındakı torpağ səninlə rəqs etməyə başlayır. Sanki gözlərin sözünə baxmayıb oğrun-oğrun ona baxır. Tanrım, bu hissi ancaq aşiqlər bilir. Günlərlə məşq edib onu görəndə kəkələmək. "Yox, daha bitdi"- deyib hər dəfə yenidən başlamaq. Şəkilləri silib beynində canlandırmaq. Sizə hansını deyim mən? Mahnılar məsələn. Bir mahnı cəmi orta hesabla 3 dəqiqə çəkən səs, necə olur qəlbimizi parça- parça edir? Necə olur ki, qəlbinin seyfinə yıgıb saxladığın minlərlə xatirəni bir andaca açıb tökür qarşına. Bəlkə qəlb seyfinin açarı musiqilərdir? Yox, qətiyyən! Bir insan niyə ən gözəl xatirələrini gizlətsin? Niyə onları xatırlamamaq üçün məhv etməyə çalışsın? Niyə insanın qəlbində seyf olsun ki? Məncə qəlbimizdə bu seyfi inşa edən o xatirələrdə gizlətməyə çalışdığımız şəxslərdi. Sanki lənətlənmiş torpaqdadır xatirələr. Və bütün lənətin açılması ancaq O'nun bir toxunuşundan aslıdır...
