Hjaj

5 0 0
                                    


Həyatı boyu neçə dəfə aşiq olar bir insan,ya da heç aşiq olarmı?
Mən aşiq oldum ona,necə bir insan olduğunu görmədi eşq koru olan gözlərim...
O mənə nə etsədə,çox sevdim onu,çox...

Rahib Qasımov'dan
                         "Unut   Getsin"
Həmşəki kimi gözəl bir Bakı səhəri,quşların səsi,insanların işə getmə təlaşı,adət halını almış hərəkətlər...

Bu qədər insan içində , balaca ,bir o qədər də cılız olan Aytac,bu qarmaşanın içində ,məktəbə çatmağa çalışırdı,Metroya minə bilmişdi,çox sevinirdi,çünki 1-2 dəfə bu yollarda əzilmə təhlükəsi yaşamışdı...

Qafqaz Universitetinə,el deyimiylə "öz biliyinə"girənlərdən idi Aytac,hələ o ,uşaq ikən itirmişdi valideynlərini,nənəsi Məsmə  xala ilə  yaşayırdı keçən ilə qədər,yəni nənəsinin ölümünə qədər...
Zorluqlarla böyümüşdü Aytac,həyatın ona   nə qədər acımasız davrandığını bilirdi,amma yenə də hər şeyə qarşı anlayışlı olmağa çalışırdı,bəlkə də,bu idi onu başqa qızlardan fərqləndirən...

Çətin bir həyatı vardı qarşısında, əmisinin arvadı ilə yaşayırdı,əmisi Rusiya'ya pul qazanmağa gedib gəlməyənlər klubundan idi...
Əmisi arvadı Cahanə ,əmisinin heyfini yazıq qızdan çıxarırdı.
Dərsdən gəlib,kafedə "offisiant"kimi işləyirdi ,bu sevimli qız...Qazandığı pul isə Cahanənin bordadığı oğlu Səlimə xərclənirdi...

Hər axşam ana-atasının şəkillərinə baxır,hüzünlənirdi,o gözəl gözlərindən axan gözyaşlarının səbəbi alçaq insanlar və həyat ,ya da el arasında deyilən "alın yazısı" idi...

Bir gün yenə hazırlaşaraq gəldi məktəbə Aytac.Bu günün digər günlərdən fərqli və həyəcanverici olacağını bilmədən başlamışdı günə...

Tənəffüsdə düşdü həyətə,oturdu yaşıl otların üzərində.Az keçməmiş yanına elə bir oğlan oturdu ki,üzünü çevirib baxsaydı görərdi onun necə yaraşıqlı olduğunu...
Birdən Aytacın yanındakı oğlandan səs gəldi " Salam,mən Samir"
Cavab vermədi Aytac...
"Bu qədər gözəl bir xanımın adının olacağını düşünürəm"
Üzünü çevirdi Samirə doğru "Salam,mənim də adım Aytac,məmnun oldum,icazənizlə dərsə girməliyəm"

Xoşu gəlmişdi oğlandan Aytacın,amma onun qəlbində belə şeylərə yer yox idi,ya da o,özü özünü aldadırdı...

Samir ,Aytac yanından gedən kimi durdu otların üzərindən və dostlarının yanına getdi...
"Sarış noldu? Tuta bilmədin qızı?"

"a kişi,qız məndə,narahat olmuyun"

"Ə,indiyə kimi heç bir oğlana üz vermiyib o qız,sənin başının razmeri deyil)))"

"Başım yekədi mənim"

Aytacın Samirdən xoşu gəlmişdi,dərsdə onun üzü gəlirdi gözünün qabağına,özünü neçə dəfə ayıltmağa çalışırdı,amma nafilə,artıq sevgi deyilən şeyin bir tərəfində o vardı...
Samirin niyyətini bilmirdi,bu alçaqlığı bilsəydi,onun üçün çox daha yaxşı ola bilərd.

Günlər ,həftələr keçir,Samir getdikcə Aytaca yaxınlaşırdı,Bu gün sözləşmişdilər,şəhərdə görüşüb,sinemaya gedəcəkdilər...

Sinemaya getdilər , "Delibal" filmi nümayiş olunurdu,filmin sonlarında Aytac hönkürtüylə ağlamağa başlamışdı,Samirlə çox yaxşı vaxt keçirirdi,yetimin bu həyatda üzünü Samir güldürmüşdü sadəcə,amma Samirin niyyəti heç də yaxşı deyildi...

Sevgili olmuşdular artıq,hər şey Aytaca görə çox yaxşı gedirdi,
Samir varlı bir ailənin uşağı idi,axır vaxtlarda məktəbdə dərslərə girmir,evə gec gəlirdi,ona görə də atası maşınını ,pulunu əlindən aldı.

MsmsmWhere stories live. Discover now