Nnn

2 0 0
                                    

           Hər şeydən üstün

Bu həyatda nə və ya nələr sizin üçün önəmlidir? Pul? Xoşbəxtlik? Ailə? Nə???
Hə, bir də sevgi var.Asan-asan hamının başına gəlmiyən bir şey.Sadə bir söz, amma eşidiləndə onu yaşamış insanların qəlbininin atışını sürətləndirir.Sürətlə döyünür ürəyin, az qala yerini dəyişsin, ağzına qədər gəlir.Qəlbinin boğazında atdığını sanırsan. Nəfəs almaq çətinləşir.Həyəcandan öləcəyini sanırsan.O qədər həyəcan olur ki, az qala özünü itirəsən, amma o anı yaşamaq üçün çabalayırsan, Allahım bir də olsun, bir də görüm deyirsən.Tərifi mümkün olmayandır sevgi,ağ başladığın , qara bitir.Tükənirsən, dərd çəkirsən, gözlərin dolur, ağlamaq, içindən gəldiyi qədər qışqırmaq istəyirsən.Bəzən niyə deyir insan, niyə? Əgər bu qədər əziyyət çəkəcəkdimsə, nəyimə gərək idi sevgi, O, gözəl gözləri...
Yox, əsl sevən şikayətlənməz, niyə? Deməz, bunu deyən varsa, ya heç sevməmişdir, ya da uğruna öləsinə qədər sevmişdir.Həyata yeni atılmışdı,çox sevinirdi ki Universitetə qəbul olub, ağ başlamışdı həyata...
Gəncədən Bakıya gəlmək , ailəsini, dostlarını, ətraf mühitini tərk etmək kimi bir şey idi buraya gəlmək, Bakıya, paytaxta, amma bunu etməli idi, anasının əziyyətini az da olsa geri qaytarmalı idi, ən azından qaytarmağa çalışmalı idi...
Gəldi Bakıya, indi fərqli bir həyat vardı qarşısında və geridə buraxdıqları...
Qarşısına hər cür çətinliklər çıxdı, amma bu çətinliklərin ən böyüyü isə, sevgi idi.Onu hiss etdiyi an kim deyə bilərdi ki sevgi onun üçün hər şeydən üstün olacaq?

           Hər şeydən üstün....

Günəş, quşlar, az sayda insanlar, hələlik sakit olan küçələr...
Çox gözəl bir mənzərə, Günəş buludların arasından elə bir nazla sıyrılmışdı ki, görən , baxan bir də baxmaq, görmək istəyirdi.Quşlar, onların cəhcəhəsi, bir-birilərindən şıltaq qaçışı, bu mənzərəni , bu gözəlliyi heç kim ifadə edə bilməz, çünki gözəllik adındakı şeyi çox az dadmışıq bu dünyada.Qüsursuzluqdur- gözəllik, həyata doyunca baxmaqdır.Gəncə küçələrində hələ insanlar az idi.Bəlkə də, uşaqların imtahan həyəcanını bilib,çıxmırdılar küçəyə...
Hə, bu gün imtahan günü idi, ürəklərində Universitet arzusu olan gənclər, fərqli məktəblərdə imtahan verəcəkdilər.Kimisi həyəcandan, kimisi sevincdən ağlayırdı.Dua edənə, əlindəki duaları bərk-bərk sıxana, anlamsızca göyə baxana, su şüşəsinin qabağını açıb-bağlayana, hamı burda idi.
Səhər böyük həyəcanla oyanmışdı Murad, müəllimlərinin sözü hələ də ağlında idi."Murad, tələsmə!" , " Hər şey yaxşı olacaq , fikir etmə.", "Yazmalısan, daha sən yazmasan , kim yazsın, a bala" ...
Namazını qıldı, Ayətəl-kürsü'nü oxudu , hər tələbənin etdiyi kimi, getdi imtahana anası ilə.Uşaqlığından itirmişdi atasını, əslində Universitetə girməsi, el arasında deyilən " oxuyub-adam oldu" atasının ruhunu sevindirəcəkdi.Nəhayət, o həyəcanlı anlar, dəqiqələr başladı, imtahan gəldi- keçdi, hər anın gəlib-keçdiyi kimi...
Gəldi evə, üstündə böyük bir həyəcan, televizordan cavabların açıqlanmasını gözləyirdi.Bu həyəcana dözməyib, vərəq və qələmini qardaşi, Fərid'ə verdi," Al sən yoxla , dözə bilmirəm" deyib, çıxdı eyvana.Eyvanda həyəcanla durmuşdu, qonşuları və eyni zamanda sevgilisi olan Nərgizi gördü.Hələ 10-cu sinifdə oxuyan Nərgiz axşamdan ona, uğurlarını diləmişdi.Aralarında böyük bir sevgi  var idi, bu iki gəncin.DEMƏK olar ki, binada hamı onların sevgili olduğunu bilirdi, uşaqlar " sevdililəl" , orta yaşlılar " Allah həmişə mehriban eləsin", qocalar isə " sevişirlər" deyirdi onlara...
Kim nə desə də, sevirdilər bir-birilərini...

*********************************
Nərgizə baxmağa fikri getmişdi, həyəcanını unutmuşdu, qardaşının qəfil səsinə, ayıldı." Murad, ayə gəl, 9 səhvin çıxdı". Murad həyəcanla içəri qaçdı. 125 sualdan , 116-sını düz yazmışdı, bu onun Universitetə girməsinin qarantiyası idi.Çox sevinmişdi, qardaşını öpməkdən az qala öldürürdü, ilk öncə anasına, sonra isə Nərgizə zəng edib xəbər verdi, anası sevincindən ağladı iş yerində.Kiçik butikin süpürgəçisi idi, Səlma xala.Həyatın çətinliklərini görmüş, dadmış birisi idi.Muradı nə çətinliklərlə oxutmuşdu.O qədər kasıbçılıq çəkmişdilər ki, bir-iki dəfə Murad,  yol pulu olmadığına görə məşğələsinə gedə bilməmişdi.Müəllimlərinə isə hər dəfəsində bir bəhanə uydurmuşdu.Bu çətinliklərə rəğmən, sırf bu əziyyətlərə inad olsun deyə,əzmlə çalışlb Azərbaycanın ən yaxşı Universitetlərindən birinə daxil olmuşdu...
Nərgiz də , Səlma xala kimi ağladı, amma onun ağlamağında, sadəcə sevinc yox idi, dəli kimi sevdiyi sevgilisini itirmək qorxusu da vardı.

You've reached the end of published parts.

⏰ Last updated: Dec 12, 2016 ⏰

Add this story to your Library to get notified about new parts!

MsmsmWhere stories live. Discover now