Hər şey parkda təsadüfən 2hamilə qadinin taniş olmasindan baslayir.
Parka gəzməyə gəlmiş qadinlar arasinda xoş dialoq yaranır və dost olurlar.Analardan biri Rehime ,digeri ise Aytekindir.tanisliqlari ise Rehimenin boyuk qizini parka getirmesi ve Aytekinin yaninda eylesib sohbete baslamasi ile olur.Demek olar ki, her gun ,gun asiri analar gorusurler ve gozel dosta cevrililer.Gələcək anaların bir istəyi vardi"Payiz fəslində dogulacaq usaqlarının gələcəkləri də bir olsun"...Bir muddət dostluq edən analar zamanla bir-birilərilə görüşə,əlaqə saxlaya bilmirlər...Və hər iki ana üçün gözlənilən zaman gəlmişdi artıq. 9Sentyabr.Körpələrdən biri qiz,digəri oglan dogulur anaların zamaninda dedikləri kimi qiza-Aydan.Oglana isə Fərid adi verilir.Hər ikisi boyuyur və bu tanişliq anini analar övladlarina xoş xatirə kimi danışırlar, lakin gencler bir-birlərindən ixtiyarsiz neçə dəfə rastlasirlar bir-birlərni tanimadan..Nə bilsinlər ki,onlar doğulmamışdan əvvəl analari təsadufən rəfiqə olmus,doğulacaq körpələri üçün Allahdan eyni taleni istəmiş və sonra Əlaqələri kəsildiyi üçün bu istəkdən daşınmışlar... Lakin Taledən qaçmaq olmaz...
Aydan və Fərid başqa məktəblərdə hətta Fəridin atasinin işi ilə əlaqədar basqa bölgələrdə məktəbi bitirib,universitetə daxil olurlar.Təsadufe baxın eyni Universitet!
Zamanla Fərid və Aydan tez-tez qarşılaşirlar.Uzun baxişmalar nəticəsində Aydan qarşiliqsiz səkildə aşiq olur,hər gun daha həvəslə dərsə gəlir.səbəbi məlumdur...))) Aydan -utancaq,sakit xarakterli,arix,sarisin yasil gozlu bir qiz olsa da,Ferid isə tam əksinə qiz düşkünü davakar,erköyun ,ucaboy,esmer ve birazda kilolu oglan idi.Aydan artiq dozə bilməyib,lakin, sevgisini etiraf edəcək qədər cəsarətli deyildi. Bir neçə aydan sonra Fəridin adini dostlari cagirarkən esidir,çox xoşbəxt olur.Bir yol tapib sevgisini bildirmeli idi,ancaq nə?
Facebook hesabindan qeydiyyatdan keçir və bunu təbii ki,Fərid üçün edir.Bir necə dəfə tədbirlər də qarsilaşsalar da Fərid fikir vermediyi üçün Aydan cox üzülür.Facebookda uzun axtarislar nəticəsidə ortaq dostlaran Fəridi tapir,onun paylasimlarini bəyənir.Başqa çarə yox idi bir şəkildə Fəridin diqqətini cəkməyə çalişir.Fərid status və.səkillərini bəyənən Aydana dostluq teklifi göndərir və Aydan görən zaman çox xoşbəxt olur,dostlugu qebul edir.
İlk mesaj Fəriddən gəlir və danisiqlari baslayir..
ŞİMDİ OKUDUĞUN
Qürur xoşbəxtlikdən uzaqdir
ChickLitHekayem-bir yaxin rəfiqəmin həyati ilə baglıdır.