İnsanlar

25 3 0
                                    

Însanlar çox qəribə varlıqlardır. Cox insan özünü qüsursuz sayır , ən düzgün qərarı verdiyini hesab edir, ən yaxşı insan olduğunu düşünür və yaxşı bir şey olanda öz əməyinin bəhrəsi olduğunu düşünür , amma ki pis bir şey olanda isə ya ətrafındakılar günahkardır yada ki bəxti yoxdu . Amma heç düşünmürlər ki mən yaxşılıq etmirəmsə qarşımdakından yaxşılıq gözləməyə nə haqqım var ? Mən bağışlaya bilmirəmsə hansı haqla kiminsə məni bagislamagini gozduyurem? öz edə bilmədiklərimi başqalarından niyə tələb edirəm ? Mən bir addım atmıramsa niye başqaları mənə tərəf qaça-qaca gəlməlidilər ki ? Axı biz niyə bu qədər düşüncəsiz oluruq ? niye hər şeyi başqalarından gözdüyürük ki ?
Və bir gün insanların bizə qarşı nə düşündüklərini bilmək istəyirik , kiminsə bizə qarşı olan hislərini öyrənmək istəyirik , ya da ki çətin vaxtımızda kimin yanımızda olduğunu görmək istəyirik . Bu hisləri yəqinki hamı 1 dəfədə olsa yaşayıb , Bəlkə düz demirəm , hə ? Kiminsə ürəyindən keçənləri oxumaq arzunuz heç olmuyubmu? Düzünü deyin , sevdiyiniz insanın ya da ki yaxın dostunuzun ağlından keçənləri heç bilmək istəməmisiniz? Sizə qarşı nə dərəcə dürüst olduqlarını yəqinki bilmək istəmisiz.

Psixoloji test Where stories live. Discover now