MEDİADA ÖZ SƏSİMLƏ SƏSLƏNDİRMİŞƏM DİNLƏYƏ BİLƏRSİZ;)
Mənim ömrüm gözlədiyim yollar kimiymiş:
Azdırmı,çoxdurmu gözlədiyim bilər.
Mənim sevgim üfüqün rəngləri kimidir:
Səhərin ilk müjdəsinə sevinər,parlayar,
Gecənin qaranlığıyla sükuta vurular.
Mənim sözlərim şeirlərim kimidir:
Azdırsa səbrimdən,çoxdursa səni sevdiyimdəndir.
Mənim suallarım ümmanlar kimidir:
Başlanğıcı bilinsə də sonu xəyallar ölkəsindədir.
Mənim hislərim fəsillərim kimidir:
Əvvəli yaz olar sevgimin,sonu həmişə qış.
Mənim bağlanmağım çiçəklərim kimidir:
Torpağının eşqindən ətri bihuş edən çiçəklərim kimi.
Mənim bugünlərim dünənlərim kimidir:
Bir-birinə bənzəsə də,xatirələri fərqlənər,
Keçmişi sən qoxar,ağlayar,gülər.
Mənim həyatım sularında boğulduğum qara gözlərin kimidir:
Uzaqdan sakit görünsə də,sahilləri də dərindi.
Mənim sənsizliyim sənin vədlərin kimidir:
Nə doğrusu bilinir,yalanı söylənməyə deyildi.
Nə qədər son olar?
Artıq neçə şeirə sığar?
Çünki,çünki...
Mənim sənsizliyim səmazən kimidir:
Dörsə də eşqindən dönər,
Ruhuna dönər,
Bəlkə də,zülmətə və yenə də sənə dönər...
24.12.16
İmza:Kitabqoxusu
YOU ARE READING
Yorğun sətirlər
Non-FictionArxa-arxaya düzülmüş bu hərflər zamanın yorduğu sətirləri yaratdılar... Hər biri bir ayrı zamandan qonaq,hər biri bir ayrı yorğun.Sadəcə dinlə onları-mənim yorğun sətirlərimi.Dinlədikcə özündən nələrisə tapacaqsan,bir sətirlikdə olsa var olacaqsan...