YarımADAm

256 7 1
                                    

Mən qapının önündə yarım qalmış bir adamam artıq.
Kipriklərim boğulmaq üzrə, biraz ağlamış kimiyəm.
Yorğunluğum gözlərimdən oxunur.
Canım çıxır lakin səsim çıxmır mənim.
Sanki soyuqluyub qəlbim. Biraz dərmansızam amma bunu özümə deyə bilmirəm.

Gözlərimə yığılmış göz yaşım, damlayır kipriklərimə.
Bəzən ölür, bəzən öldüyümə gülürəm.
Hər gecə intihar edib oyanıram sabahlara.
Çünki yağmayacaq yağışlarda islandım mən.
Zamansız doğulmuş, zamansız ölmüş biri kimiyəm.

İndi intihar kəndirlərim səpələnib otağıma.
Ölmək üçün bağıraraq yalvaran lalam mən.
Amma əlim getmir sonumuzdakı vidalara.
Zira əvvəlimiz sonumuz,
sonumuz əlvidalardır.

You've reached the end of published parts.

⏰ Last updated: Jan 15, 2017 ⏰

Add this story to your Library to get notified about new parts!

YarımADAmWhere stories live. Discover now