1.Bölüm

23 3 5
                                    

Dunyayla aramda bir şey vardı...Sanki,bir divar ..şüşədən bir divar....O divarın arxasından mən hər şeyi görürdüm amma heç bir şey mənə təsir etmirdi..(Əsasən də keçmişdə yaşadığım olaylardan sonra)..Heç adrinalinim yüksəlməzdi...Kaşki,həyəcanlı və ya keyfli gəlsəydi mənə nələrsə...Bunu çox istəyirdim,amma istəmək belə necə olursa bilmirdim artıq.Unutmuşdum...Taki o günə kimi...Hə.."O Gün"..Bəlkə də həyatımın dönüş nöqtəsi idi..Bilmirəm...
Təzə ilin ilk günü idi...Yorğunca evə gəlib,sakitcə otağıma keçdim.Gödəkçəmi həmişə olduğu kimi yatağın bir küncünə səliqəsizcə atıb, uzandım..Artıq axşam idi.Bir müddət elə sakitcə uzandım..Gözlərimi tavana dikmiş,bütün olub bitənləri sanki, lanterne magique'də oldugu kimi, sanki səssiz bir film kimi izləyirdim..Elə bu vaxt dodaqlarımın susuzluqdan quruduğunu hissetdim.Səssizliyimi susuzluğum pozdu və birdən ayağa qalxıb özümə su süzdüm..Fikirli şəkildə birdə təkrar ayıldım ki,su artıq stəkandan yerə daşıb dağılır..o an elə bil refleks oldu və stəkanı yerə saldım...Şüşə qırıqları hərəsi otağın bir küncünə dağıldı...
Anam salondan mənə səsləndi:
-Həyat, orda hər şey yaxşıdır?
+Hə ana, narahat olma..

Sonra bir necə saniyə olduğum yerdə qaldım.İndiyə kimi heç vaxt intihar barədə düşünməmişdim.Qorxduğumçün deyil, sadecə hissiz biri üçün intihar çox sıradan, adi və anlamsız bir aktdı...Amma o an mənə nə olduğunu hələ də anlamış deyiləm...Sanki, bir anda nəsə hissetdim.Hissetdiyim, hissizliyim idi...Artıq nə vaxt ağladığımı və ya real olaraq güldüyümü belə unutmuşdum(Bəzən gülməyə məcbur oluruq,müəyyən məqamlarda,istəməsək də,gülürük, hətta üzümüzdə qırışlar yaradacaq dərəcədə yalançı gülüşlərimiz olur, sırf sevdiklərimizə pozitiv enerji bəxş etməkçün)...Və bir an hər şey, amma hərşey çox anlamsız gəldi, ölüm də təbii ki....Amma yenə də yaşamaqdan fərqli bir yol kimi görsəndi...Ən azından yaşamağın nə demək olduğunu bildiyimi düşünürdüm(hissizliyimi nəzərə almasaq).Fiziki ölüm isə əvvəllər dadmadığım, amma artıq dadmalı olduğum bir şey kimi görsəndi o an.Və bədənim sanki ruhuma darliq etdi...Özümü məhbus kimi hissetdim...azadlıq istədim..Sadecə "AZADLIQ"....,Hə!...İstədim.Ya da istədiyimi düşündüm..Axırki nəyisə istədiyimi fərq etdim.Və sanki istəyimi əldə etməkçün şüşə qırığına tərəf baxdım,bir parça aldım yerdən....Və bilək damarlarıma tuşladım..."BU ƏSARƏT BİTSİN ARTIQ"-deyə!..Elə bu vaxt telefonuma bir mesaj gəldiyini eşitdim..Əhəmiyyətsiz olduğunu düşündüm və reaksiya vermədim.Amma yenə də mesaj gəldi...saata baxdım(gecə saat 12:00 idi)..sonra bir mesaj daha...
Bilmirəm niyə amma içimdən bir səs,"O mesaja baxmalısan"-dedi..Öncə biraz eləcə yerimdə qaldım..Və sonra da şüşə qırığını yerə atıb telefonu açdım....


Saat gecənin 05:16 dı...Ona görə qırammatik səhvlər olsa üzrlü sayın, dostlar! Hekayənin davamı növbəti bölümdə olacaq.Bu ilk kitabım olmasa da whattpad üzərindən yayımladığım ilk kitabdı...Ona görə də rəylərinizi (və əgər varsa suallarınızı) gözləyəcəm:)

☆★Ulduzlar Altında★☆Hikayelerin yaşadığı yer. Şimdi keşfedin