Mavi gözlü Mariya

510 19 14
                                    

     Parlaq günəşin şüaları pəncərədən özünü göstərib, səhərin açıldığına işarə edirdi

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

     Parlaq günəşin şüaları pəncərədən özünü göstərib, səhərin açıldığına işarə edirdi. Bu mənzilin sakinləri üçün saatın bir o qədər də önəmi qalmamışdı artıq. Bütün vücudu ilə qızına sarılmış ananın gözlərinə düşən günəş şüaları onu şirin yuxusundan oyanmağa vadar etdi. Bir işi olmasa da, qadın həmişə erkəndən oyanar, bütün varlığını həsr etdiyi qızı üçün növbənöv piroqlar hazırlayardı. Gecədən zəngli saatını qurmasına baxmayaraq, oyana bilməmişdi bu gün.
     Ağırlaşan göz qapaqlarını zorla açıb, ətrafına göz gəzdirməyə başladı. İsti nəfəsi ilə qadının varlığını ona hiss etdirən körpəsini görcək, sakitləşdi. Qızının uzun, qəhvəyi saçlarını qoxlamağa, boyun-boğazını öpməyə başladı. Necə də məsum-məsum yatmışdı, həyatın bütün çirkablarından uzaq və xəbərsiz olan bu qızcığaz. Bir an içində, Aygülün beynindən ildırım sürətilə bir fikir keçdi..

     Bu gün həyat yoldaşı Namiqin ili idi. Beş il, nə az, nə çox, tam beş il öncə itirmişdi evinin dirəyini. O vaxt, qızı Nigarın bir yaşı təzəcə tamam olmuşdu. Necə də xoşbəxt və firavan həyat yaşayırdılar. O zamanlar, Aygül insanların ölümünə belə inanmırdı..Gecələr həyat yoldaşı Namiqin evə gəlişini, Aygülü öpüb-qucaqlamasını, balaca Nigara etdiyi nəzavişləri xatırladı.. Qəhər tutdu boğazını, gözləri yaşardı, hıçqırığını içində boğdu..Beş il boğduğu kimi, hər Nigara baxdıqda yaşaran gözlərini gizlətdiyi kimi, hər dəfə uşaq "ana, ata haçan gələr ?" deyə soruşanda ürəyinin sancmasını gizlətdiyi kimi bu dəfə də gizlətdi hər şeyi..

     Aygül özünü bütün varlığı ilə həsr etmişdi qızına. Ərindən qalan yeganə xatirə, yaşamağa olan yeganə ümid və dayağı idi Nigar. Uzun kirpiklərindən qopan göz yaşları yanaqları ilə diyirlənib balıncı islatmağa başladı. Özünü birtəhər ələ alıb, yatağından çıxdı. Saat artıq 10-u göstərirdi.

     Bu gün qəbristanlığa gedəcəkdi, illər öncə yaş torpağa tapşırdığı Namiqi ilə doyunca danışacaq, ona Nigarının necə böyüdüyünü, necə ağıllı qız olduğunu deyəcəkdi..Ən əsası, öz sevgisinə sadiq qaldığını, ərinə xəyanət etmədiyini deyəcəkdi..Bu beş il ərzində çəkdiyi dərdlərdən ona danışmayacaqdı, gecələr yuxudan durub hönkür-hönkür ağladığını, qəlbindəki dağ boyda dərddən ona bəhs etməyəcəkdi. Keçmiş illərindən danışacaqdı Natiqə, qızının da onun kimi plovu necə sevdiyini, gözlərinin onunki tək qara olmasından danışacaqdı.

     Əl-üzünü yuyub, qara uzun donunu geyindi. Hələki Nigar yatırdı, yəqin, Aygül gedib-gələnədək yuxudan oyanmayacaqdı. Elə bu səbəbdən, səhər yeməyini hazırlamadan evdən çıxdı. Küçəyə çıxarkən qara ləçəyini örtdü başına.

     Çoxdan bəri əzbər bildiyi soyuq qəbir daşının kənarında oturmuşdu. Özünü ağlamaqdan güclə saxlayıb, əlilə yaş torpaqda bitmiş otları təmizləyirdi. Ovucunu "Əliyev Namiq Adıgözəl oğlu 1985-2012" yazısının üzərində gəzdirib, mərhum ərinin gözlərinə baxırdı, ona yaxşı tanış olan gözlərin dərinliyində artıq heç bir həyat işartısı yox idi..
 - Vəfasız çıxdın ay Namiq! – deyə pıçıltı ilə dedi. – Axı mənə söz vermişdin, qızımızı birlikdə böyüdəcəkdik.. – Birdən duruxdu, yox, bu gün pis şeylərdən danışmayacaqdı..Ərinin ruhunu incitməyəcəkdi, onsuz da bu qara torpaq onu üzüb, üzəcəyi qədər.. – Yaxşı, yaxşı pis şeylərdən danışmayacam. Bilirsən, sən gedəndən bəri – gözlərində yığılıb qalmış ikicə damla yaş nəm torpağa düşdü, - mənə heç kim "əzizim" deməyib..Hərdən xatırlıyıram, necə qapıdan girən kimi "əzizim" deyə gür səsinlə çağırardın məni. – Ani bir gülümsəmə yarandı dodaqlarında, tez də yox oldu. - Elə darıxıram o günlər üçün, burnumun ucu göynəyir. Yadındadır, bir dəfə mənə iyirmi bir dənə ağ qızıl gül almışdın..Hər dəfə ağ qızıl gül görəndə o günü xatırlayıram..Hələ Nigar təzəcə dünyaya göz açmışdı..Namiq, - boğazı tutuldu, güc-bəla ilə sözünə davam etməyə başladı – Namiqim, sənin qoxunu qızımızdan alıram. Bir görsən necə böyüyüb, necə gözəl-göyçək olub, lap məni də keçib gözəllikdə, eyni sənin gözlərindi onda..Hərdən səni soruşur.. – sözünün ardını demədi.. – Axırıncı axşam yuxuma gəlmişdin, qızımızı soruşdun, onun üçün necə darıxdığını dedin.. Kaş hər gün gəlsən yuxuma..Yadındadır, Nigar hələ lap balaca olanda üçümüz masa ətrafında oturardıq. Nigarı dizinin üstə otuzdurardın.. Kaş ki, yenə o günlər olsa.. Sən, mən, qızımız.. – Artıq dözməyib hönkürməyə başladı, iki qolu ilə baş daşını qucaqlayıb ağlayırdı çarəsiz qadın.. – İlk günki tək sadiqəm sənə, sevirəm səni, Namiq!

Ölən ÜmidlərWhere stories live. Discover now