Fri kartofun 3 hazirlanma qaydasi Klassik fri

50 1 0
                                    

Fri kartofun 3 hazirlanma qaydasi
Klassik fri
Fast-fud fri kartofunu sevənlər üçün resept. Bu, məhz məşhur ayaqüstü yemək xidməti göstərən restoranlarda olduğu kimi alınır.
Tərkibi:
7 ortaboy kartof
300 q bitki yağı
duz
Kartofu təmizləyib yuyun, sonra barmaqdan bir az nazik qalınlıqda uzunasına doğrayın. Salfetlə qurudun.
Dərin qazana və ya tavaya bitki yağı töküb onu qızdırın.
Kartofu isti-isti yağa töküb hərtərəfli qızardın, kəfkirlə çıxarıb xırda gözlü aşsüzənə yığın.
Yağı süzüləndən sonra boşqablara yığın, yalnız bundan sonra üzərinə duz səpin. Süfrəyə isti-isti verin.
Yumurta ağı ilə fri kartofu
Əgər fri kartofunu sevir, ancaq qızardılmış yeməklərdən uzaq durmağı üstün tutursunuzsa, əsl sizlikdir. Onu uşaqlarınıza da çəkinmədən yedirə bilərsiniz. belə kartof qıpqırmızı və xırt-xırt alınır.
Tərkibi:
7 kartof
2 yumurtanın ağı
duz və paprika
Kartofu yuyub qabığını soyun, 1 sm qalınlıqda uzun-uzun doğrayın.
Yumurta ağlarını duzla çalın. Bunu doğranmış kartofun üzərinə tökün, yaxşıca qarışdırın, elə edin ki, hər kartof dilimi tamamilə yumurta ağına bulaşsın.
Sobanı yaxşıca qızdırın. Siniyə perqament döşəyin. Kartofu üzərinə yayın, paprika səpin. Kartofu sobada qızıranadək bişirin. Süfrəyə isti-isti verin.
Dietik fri kartofu
Kalorilərdən qorxanlar üçün resept. Bunun yağı az olur, üstəlik, ədviyyatı da dili yandırır.
Tərkibi:
1 kq kartof
50 q bitki yağı
50 q narın suxarı
1 ç.q. şirin paprika
1 ç.q. zirə tozu
1 çimdik qırmızı istiot
duz
qara istiot
Kartofu yuyub təmizləyin, 8 yerə bölün. Salfetlə yaxşıca qurulayın. Bir ləyənə yığın, üzərinə yağ gəzdirin, elə qarışdırın ki, hər bir dilim yağla tamam örtülsün.
Başqa qabda narın suxarı, paprika, qırmızı istiot, qara istiot, zirə və duzu qarışdırın. Kartofu bu qarışığa batırın.
Sobanı yaxşıca qızdırın. Siniyə perqament döşəyin. Kartofu bir lay üstünə düzün. Arada qarışdıraraq yarım saat, qızaranadək bişirin.
Süfrəyə isti-isti verin.
Faydalı məsləhətlər:
Kartofu yağa batırmazdan əvvəl salfetlə tamamilə qurutmağınız yaxşıdır. Əks halda su ilə təmasa girən yağ qızdıqca çırtlayıb sizi yandıra bilər.
Fri kartofunu hazırlayarkən rafinə edilmiş bitki yağlarına üstünlük verin. Bu zaman günəbaxan, zeytun, pambıq, qarğıdalı yağlarından istifadə edə bilərsiniz. Unutmayın ki, kartofda bu yağların dadını hiss edəcəksiniz.
Yağın lazımi temperaturadək qızdığını təyin etmək üçün 1 dilim kartofu tavadakı yağa salın. Əgər dərhal üzə çıxır, kənarlarında da qovuqcuqlar yaranırsa, deməli, əsl vaxtıdır. Ancaq belə olmursa, demək ki, yağın qızmasını bir qədər də gözləmək lazımdır.
Fri kartofunu hazır olduqdan sonra duzlamaq lazımdır, əks halda o, xırt-xırt olmaz. Yaxşı olar ki, kartofu boşqaba çəkib süfrəyə verərkən duzlayasınız.
Nuş olsun

Yemək reseptləriHikayelerin yaşadığı yer. Şimdi keşfedin