Kartof qızartmağın 7 sirri

20 0 0
                                    

Kartof qızartmağın 7 sirri
Kartofu ən yaxşısı qalın dibi olan dərin çuqun və ya mis tavada qızartmaqdır. Həmçinin bunun üçün frityurnitsa istifadə edirlər.
Kartofu dilim, halqa, çubuq şəklində doğramaq olar.
Qızartmaq üçün kraxmalı az olan kartof seçin. Bunun üçün kartofu 30 dəq- 1 saatlıq suda saxlayın ki, kraxmal suya çıxsın. Daha sonra suyu təkün və kartofları salfetka üzərində qurudun.
Kartofu salo, ərinmiş yağ, piy vasitəsilə qızartmaq olar.
Qızartmada yağın düzgün isidilməsi vacibdir. Kartof qızararkən yağ əlavə etmək düzgün deyil. Lakin sobada qızaran kartof istisna təşkil edir.
Həmçinin əvvəlcədən qaynadılmış kartof da qızarmağa yararlıdır.
Kartofu qızartma üsulları
Yağda qızardılmış kartof
3-5 mm qalınlıqda olan çuqun tavaya yağ tökün və yağın isinməsini gözləyin. Yağ isindikdən sonra 1 qat kartofu düzün tavanın dibinə. Kartof qızılı rəngdə olanda onu çevirin. Kartof hazır olduqdan sonra ona duz əlavə etmək olar.
İkinci üsul odur ki, kartof qızılı rəndə olana kimi qızardıqdan sonra odun dərəcəsini aşağı edəsiniz və kartofun tam hazır olmasını gözləyəsiniz.
Frityurda qızardılmış kartof
Bu halda yağ kartofdan 5 dəfə artıq olmalıdır. Frityurda kartofun qızarması bir neçə saniyədən bir neçə dəqiqəyə kimi vaxt apara bilər. Frityurdan kartofu setka ilə çıxarın və yağının sızması üçün salfetka üzərinə qoyun. Daha sonra kartoa duz əlavə edin.
Sobada qəzardılmış kartof.
Sobada kartofu çiy və qaynadılmış vəziyyətdə qızartmaq olar.

Yemək reseptləriHikayelerin yaşadığı yer. Şimdi keşfedin