Kəşf edilmiş yol

69 5 8
                                    

Ağlamaq gözdən gələn yaşla məhdudlaşmır. Xoşbəxtlikdən ağlamaqla bədbəxtlikdən ağlamaq arasında çox fərq var. Nəticə etibarilə ağlayırlar amma olduqları mövqe başqadır.
Qaranlıq göy qübbəsini işğal etmişdi. O yenə eynəyini və qulaqcığını taxaraq küçəyə çıxdı. Sakit bir halda aramla addımlayır, hara getdiyini fikirləşmir, düşüncələrin axımını izləyərək irəliləyirdi.
Yol uzandıqca həyat: "məndən daha çox həzz al" demək istəyirdi sanki.
Ətrafdakı insanların üzündəki "bədbəxtlik" obrazını görərək nə qədər xoşbəxt olduğunu bir daha anlayırdı. O qarşı tərəfi aydın şəkildə görə bilirdi. Bu bacarığı böyüklərin dilindən və yaxud hiyləgərlərdən öyrənməmişdi. Yaşadığı hislər bunu ona başa salırdı. Qarşısındakı insanın bədbəxtliyini ona görə görə bilirdiki xoşbəxtliklə bədbəxtlik qütbdürlər və bir-birlərini cəlb edirlər.
Bir bədbəxt insanı ən yaxşı halda xoşbəxt insan anlayar. İki bədbəxt insan söhbət etdikləri zaman ikisi də ən çox öz dərdlərini danışmaq istəyər. Bu səbəbdən də qarşısındakının danışığına laqeyd yanaşar, ən çox öz problemlərini ona danışmaq istəyər. İki bədbəxt insan danışdıqları zaman onların danışığı "dərdləşmək" adı ilə adlanar. Burada mövzu söhbət deyil. İki dərdli insanın daha çox danışıb öz dərdlərini qarşı tərəfə ötürməsidir. Bir növ öz yükünü o birisinə ötürərək onu daha çox yükləyib, özünü rahatlatmaq istəyir.
Xoşbəxt insanla danışıqda isə bədbəxt yenə öz "dərdləşmək" taktikasını işlətməyə çalışar, amma alınmaz. Xoşbəxt insanın dərdi olmadığı üçün xoşbəxtdir. Burada qarşılıqlı şəkildə dərdləşməkdən söz gedə bilməz. Bu söhbətdə bütünləşmə yaranır. Xoşbəxt öz hissini bədbəxtə, o isə öz yaşadıqlarını xoşbəxtə ötürərək ahəng yaratmış olurlar.

Havada nəsə boğuqluq var idi. Deyəsən yağış yağmaq istəyirdi. Göy üzündə parlayan Ay öz üzərində əks etdirdiyi işıqla xoşbəxtliyi Yer üzünə göndərir və bu estafeti yağışa vermək istəyirdi.
Sonunda bir skamya taparaq üzərində uzandı. Düz Ay ilə üzbəüz. İki parlayan məhfum gülərək bir-birinə baxırdılar. Heç nə haqda düşünmür, sadəcə yuxarı baxır və parlayan Ayın ona göndərdiyi xoşbəxtliyi qəbul edir, öz hislərini kulminasiya nöqtəsinə çatdırırdı.
Yağış artıq yağmağa başlamışdı. O, bunu eynəyinin şüşəsinə düşən damcılardan anladı. Yağış getdikcə şiddətlənir və yerə zərblə dəyərək xüsusi bir səs yaradırdı. Çox keçmədən yağışın torpaqla birləşib yaratdığı qoxu onun burnuna dəydi. Uzandığı yerdən qalxaraq o ecazkar qoxunu içinə çəkib yola qoyuldu.
Küçə lampalarının işıqlandırdığı küçələrlə hərəkət edir və arabir başını tutqun səmaya tərəf qaldırıb baxırdı. Sakitçilik idi. Bu səssizlik "küçədə heç kim səs salmır" anlamına gəlmir. Səs salan var idi, amma eşidən yox idi. Partlayışlar daxildə olduğu üçün səslər eşidilmirdi...
Cibindən telefonu çıxarıb saata baxanda artıq bir saat keçdiyini gördü. Bu bir saat ona bir dəqiqə kimi gəldi. Yuxuda da belə olur. Görürük ki, illər keçir, yaşlanırıq, fərqli zamanlarda insanlarla görüşürük, amma ayılanda bunun yuxu olduğunu anlayır və yuxudakı həyatımızda yaşadığımız mənfi hadisələrin nə yaxşı ki, yuxuda başımıza gəldiyini düşünüb rahatlanma əlaməti kimi "oh" çəkərək bir növ rahatlayırıq. Və saata baxanda da sadəcə on beş dəqiqə keçdiyini görüb, gördüyümüz on illik yuxunun yuxu olduğunu daha da dəqiqləşdiririk.
Dolayısıyla bu həyat da bir yuxudur. Olmayıbmı ki, yuxuda yuxu görmüşük? Olub. Yataqdan qalxıb günə başlamaq istəyərkən əslində yataqda olduğumuzu görmüşük. O yuxudan da ayılıb illüziyalara qapıldığımız həyata geri dönmüşük. Əsas məsələ yaşadığımız bu röyanın yuxu olduğunu dərk edib bu yuxunu anlayışlı şəkildə yaşamaqdır.
Gördüyümüz yuxular o qədər real görsənir ki, bizə orada yaşadığımız şeylər bizim şüuraltımıza iz buraxıb yaşadığımız həyatda belə bizə təsir edir. Yuxuda gördüklərimiz o qədər qəlibləşir ki, artıq yaşadığımız yuxudan nəyinki ayılmaq heç yataqda gözübağlı şəkildə gördüyümüz film parçalarına bənzər qısa epizodlardan qurtulmaqda çətinlik çəkirik.
Yuxuda gördüklərimiz real həyatımıza təsir etdiyi kimi real həyatımız da yuxulara təsir edir. Yəni yuxu görməyimizə səbəb; yaşadığımız həyatda qarşılaşdığımız hadisələrin şüuraltımıza yığılıb biz dinlənərkən belə bizə təsir etməsidir.
Bunların hamısı indi olduğumuz məkanın da yuxunun bir parçası olduğuna dəlalət edir. Bu ayılma yataqdan qalxıb "bu da yuxu imiş. Axır ki, ayıldım" anlamına gəlmir. Bu ayılma hər şeyin olduğu kimi olmadığını, davamlı olaraq metomorfoz keçirdiyini, əslində ağaca su verdikdə təkcə ağacın o sudan bəhrələndiyini yox, eyni zamanda ağacı dik saxlayan torpağın da rənginin dəyişib daha da gümrahlaşdığını(tündləşdiyini) görə bilməkdir.

Yağış zəifləmişdi. Nə isə onu təxminən yüz əlli metr aralıda olan stadiona getməyə sövq edirdi. Getdiyi məkana çatmağa az qalmış şimşək göydə qıvrılmış ilantək göründü. Torpağı sulamağa bir növ vasitəçilik edirdi. Ardından şiddətli göy gurultusu eşidildi. O artıq orada idi. Oval formada olan məkanda xeyli insan var idi.
Yağış şiddətlənməyə başladı. Şimşək çaxıb, göy guruldayıb, yağış çoxaldıqca insanlar təlaş içində evlərinə qaçmağa başladılar. Onlar bu gurultunu qorxunc hesab edir və öz qəfəslərində zəncirlənməyə tələsirdirlər. Az keçməmiş stadionda ondan başqa heç kəs görünmürdü. Yavaş addımlarla irəliləyir, islanmış saçlarını əli ilə arxaya aparırdı. Şimşəyin çaxıb göyü işıqlandırması və göy gurultusu onda baş verən hisləri əks etdirirdi.
Yağış damcıları onun üzündən süzülərək yerə düşürdü. Ətrafda heç kimi görmədikdə o son dəfə əli ilə saçlarını arxaya aparıb, qollarını yana açaraq eşidiləcək səslə: "İnsanlar öyrəşiblər mükəmməllikdən qaçmağa. Hal-hazırda onlar evdədirlər və sadəcə səhərin açılıb dərsə gedib müəllimlərdən söz götürməyi, işə gedib müdir tənbehi almağı gözləyirlər. Bəziləri də havadan gileylənir və sabah yolların bərbad olacağı ehtimalını irəli sürərək indidən sabah üçün bir ayaqqabı hazırlayırlar. İnsanların ümidi sabahadır, amma əllərində olan və hazırda dəyərləndirilməsini gözləyən mükafatı görməzdən gəlirlər. Onlar yağışı görürlər, amma onun gətirdiyini görmürlər. İnsanlar yaşamırlar sadəcə ev, dərs, iş alqoritmini bir həyat fəlsəfəsi kimi qəbul edib, haçansa sahilə yan alacaq öz gəmilərini gözləyirlər. Halbuki onların gəmilərinin bəziləri ya okeanın dibindədir ya da quldurlar tərəfindən ələ keçirilib. O gəmini özləri düzəltməlidirlər..."-dedi.

Göy guruldadıqca göz yaşları yağışla qucaqlaşıb yerə süzülürdü. O xoşbəxtlikdən ağlayırdı.

You've reached the end of published parts.

⏰ Last updated: May 18, 2019 ⏰

Add this story to your Library to get notified about new parts!

Kəşf edilmiş yolWhere stories live. Discover now