Qusmuq dadlı

129 19 34
                                    


Qollarımı  çırmalayıb yazmağa başlayıram. Həyatın işıltıları qarşısında gözləri qamaşanlardan,nifrət edtiyim doğma  insan cinslərindən ,müxtəlif mənlərdən . Ümumiyyətlə məni qusmağa vadar edən hər şeydən  az bir az yazacam. Burdan  bu yazımı həsr etdiyim  axmaqlara səslənirəm(düzü o qədər axmaqsınızkı və o qədər boşsunuz ki , burdan səsimi eşidəcəyinizə də inanmiram ,sadəcə şansımı sınayıram  )
Split deyə bir kino var. İzləmisiniz ya yox bilmirəm  . Yeni filmlərdən sayılar. O filmin mənim üçün ayrı yeri var. Və o filmin  sonluğunda bir fraqment var ki, mənim ölənə qədər yadımdan çıxmaz. Qısa özət keçim.  Baş qəhrəmanın müəyyən sağlıq problemləri var (psixoloji)  və o 3 qız oğurlayır. Bunların ikisini öldürür. Növbə üçüncüyə çatır.Qız nə qədər çıxış yolları axtarır,əlindən gələni edir ,lakin   baş qəhrəman onu haqlayır. Və qız  ölümlə burun –buruna qalır. Lakin qatil  qızın   bədənini görür və onu öldürməkdən vaz geçir. Yox,yox  ağlınıza başqa şey gəlməsin. Qızın bədənində,daha doğrusu qollarındakı yaraları görür və  ona deyir ki:"sən digərləri kimi deyilsən, sən aydınlanmısan ,sən də bizim kimisən ,yaşamağa layiqsən." Yəni tərcümədə müxtəliflik ola bilər,lakin ana fikir bu idi.Çox təfərrüata girmək istəmirəm.  Bu  səhnə məni sarsıtdı. Və  digər qızlar üçün təssüf hissi keçirmədim.Əksinə sevindim, o qatilə rəğbət hissi duydum və sayının artmasını arzuladım. Bəzi şeylərə dəqiqlik gətirim. Qızın qollarındakı yaraların səbəbi hansısa aşkitosundan ayrılıq acısı və ya valideynlərinin üzərinə bağırması,zaradan ala bilmədiyi şalvar və ya eqosu doydura bilməmənin  yaratdığı məmnuniyyətsizlik deyildi.  Qızın pox günündə həyatı və ciddi travmaları var idi.  Bözümkösüdə ciddidə deyə üstümə bozarmayın . Sizə bir sirr açım ciddi deyil. Sizin probleminiz sadəcə olaraq insanlığa təhqir  , üz qarasıdı . Öz qıtlığınız və kasadlığınızla , böyük hesab etdiyiniz kiçik qələbələrinizlə bir heçsiniz .Bunu başa düşməyəcək qədərdə şanslısınız,eyni zamanda qul.  O qızın o travmaları ki, var  o ona bu dünyada cəhənnəmi yaşadıb ,bir çox şeydən məhrum   buraxıb və buraxacaqdıda. Amma bir möcüzə , bir xilaskar  gəldi və   onun üçün bir şey etdi. Heç vaxt mükafatlandırılmayacağı ,əksinə xor görüləcəyi ,itələnəcəyi  o zibil şeylərə görə onun həyatı bağışlandı.İlk dəfə bunu kimsə gördü,anladı və onu mükafatlandırdı.Canınız cəhənnəmə  gəbərən sürtüklər…  İndi mövzunu bir azda açım.
O deyirləre çox düşünmək, çox bilmək insana xöşbəxtlik gətirməz .  Çünki bəzi insanlar düşünməyə başlayıb ,içindəki o müqəddəs ,üstün ,möhtəşəm varlığı üzə çıxarıb ,şəkilləndirməyə çalışarkən,digər axmaqlar  həyatın gözlərini qamaşdıran işıltıları ilə yaşamaq üçün gözlərini kor etməklə , beyinlərini uyuşdurmaqla və öz cılız qələbələri,problemləri ilə  düşünən insanları sıxışdırmaqla məşğuldular. Və o qədər dərinlərdə kök salıblar ki, onlarla mübarizə aparmaq sadəcə mümkünsüz görünür.  Bilirsiz onlara niyə nifrət edirəm. Zibil axı niyə etməyim. Bu qədər at gözlüklü ,göt beyinli olacaq nə vardı.Niyə . Səfihqulu şirkət qurub özünə . Hər şey əla ,gözəl . Görün bu şirkəti qurarkən yaşadığı çətinliklər deyə nəyi sinəsinə vura –vura danışır ,nəyi dramatizə edir. Yox mən demirəm Səfehxanımın dərdini qoyaq kənara ,Məlikməmmədin dərdinə ağlayaq .Yox sadəcə və sadəcə bu qədər cılız olmağa haqımız yoxdur .Mənim demək istədiyim bi qədər cılız ,qıt olubda insanam ,uğurluyam ,buyam- oyam deyə ortalarda fırlanmağa haqqımızın olmamasıdır. Yoxsa kinoda da, olsa o canavar gələr ,səni bu pırılıtılı həyatından alar və pox kimi əzər. O əzməsədə narahat olmayın ,qabağıma çıxıdqca mən əlimdən  gələni edib, sizə gedib ,ağlayıb ,zırlamağınız və irəlidə qarnınıza döyərək ,həyatın mənə vurduği zərbələr deyə  danışa biləcəyiniz  pisliklər edərəm . Harda qalmışdıq .Hə səfehxanımın şirkətində. Qızımızn ilk tarvması ,həyatın onu üz-üzə qoyduğu ilk çətin an. Qızımız universitetini atmalı olur. Niyə? Çünki  bunun  onun  ixtisası olmadığını və  bu mənasız universitetin   onu böyük uğurlardan məhrum qoyacağını anlayır. "Aydınlanıyoor" Bla bla..Dızz yalnış cavab. Bu əslində bu deməkdi, mənim beynim gij-gij  makyaj videoları çəkib ,mıx və qıylı  brendləri ilə üz gözümü boyamağa güclə  yetir, ömrümdə tanıdığım yeganə yazar Rowlingdi oda Harry Potter filmləri sağ olsun.Universitet mənim nəyimə? De obayda  facebooku yaradan universitet oxumayıb.(Biri bu qıza desini Mark senin kimi qıy beyin deyildi,dersleri elaydı və universiteti atmamışdı ,qovulmuşdu) . Gerçəklik budu. Hələ utanmaz –utanmaz bunu özümü tapmaq yolunda  verdiyim qurban adı ilə camaata soxuşdurmağa çalışır.Kapitalizmin göyverənliklərindən biridə budu. Heç olmayacaq şeylər həyatının mərkəzi olur, yalanlar həqiqət donu geyir.( İçindəki mükəmməlliyə hörmətin varsa olmur) . Keçək ikinci böyük travmaya. Qızımı sefehxanım öz cında  şirkətini açarkən,sənəd –sünəd işləri onu o qədər yorub ki, qız bezib, hər şeydən usanıb. HehheH  gör bu nəyi çətinlik bilir, görün bunu nə usandırır .Amma yeri gələndə həqiqtən problemləri olan birinin şikayətlənməsinə elə qıy çəkib, kiçik görər ki. Özü bu qədər çəhrayı həyat yaşayarkən kiçik problemləri belə qarşıladığı və həvəsdən düşdüyü halda  həqiqitən alın təri ilə nəyisə qazanmağa çalışan və üzləşdiyi  çətinliklər qarşısında taqətdən düşən adamları şiddətlə qınayar. Onları motivasiya etmək üçün yekə başları boyda  yazılar yazmaqdan və öz möhtəşəm həyatlarından misal çəkməyədə utanmazlar. Utanmalısınız amma. Utanıb ölməlisiniz.   Üçüncü böyük çətinlik isə  bunun işçisinin kobud davranması, hətta əşyasını yerə tullamasıdı.Oy mama nə böyük dəhşət.Edilərmi bu bir pürensesə ? .Bizim bu pürensesimizi bu hadisə o qədər sarsır ki , qızımız hönkürur .Bu arada  özünü videoaya çəkməyidə unutmur.Əlləri ayaqları əsir. Düşünür- düşünür,amma bir cavab tapa bilmir o cuppulu beyinciyi. Düşünür ki, necə ola bilər həyatda hər kəs bu qədər mükəmməl həyat yaşayarkən,niyə əssəbləşsin ,kobudluq etsin?
Onu başa düşməyə çalışmır pureness sadəcə düşünürkü o pis qəlbli insanı necə cəzalandırsın, ona necə ders versin ki , o pis qəlbli adam birdə özü kimi  pürenseslərə zərər verə bilməsin.Hə birdə dramatizə etməklə məşğuldu .Öz keşməkeşli  uğur hekayəsinin  ssenarisini yazmaqla məşğuldu. Sadəcə gülürəm birdə qusuram .Üzünüzə qusmaqda qismət olar .Birdə ən mırt olan hissəsini deyim .Səfehxanım  ağlayır özünü ələ ala bilmir , kameradan özünə deyir ki,sakit ola  küt beyin sakit ol.Sən güclüsən, sən güclü olmalısan.Ühhühü . Bu güclü olmalıdı ki ,pis  adamları ak eləyib öz kakaş həyatına davam etsin. Ən pisi bilirsiz nədi .Mən  ilk dəfə bunu görəndə sanmışdı ki ,həqiqətən pis nəsə olub .Sonra əsl səbəbini anlayanda sadəcə şok   düşdüm . Kənan demiş caart deyə güləsim gəldi.Bu qız bir model idi və deməyə ehtiyac olmasada , məlum olanı birdə elan edim .Belə bir insan modeli reallıqda var və sayları milyardlarladı.
Bilirsiz nə düşünürəm .  Xeyr ola niyə belə adamların aşıladığı sözdə  ədalət adı altında əzilməlidir həqiqi problemləri olan adamlar. Onlar bəlkədə bərabərlik yaradırlar,amma bərabərlik heç də həmişə  ədalət demək deyil.  Bərabərlik günümüzdə üç:  uzun,orta və kiçik boylu uşağın eyni ölçülü    kürsülərdən həyata baxmalarından başqa bir şeylə təmin etmir  insanlığı.Nəticədə yenə qeyri-bərabərlik yaranır. Onda həmin adamlar da öz ədalətlərini yaratmalıdırlar.Hövsələsi və  az –çox mərhəməti qalanlar bunu daha mülayim qaydada edə bilərlər. Zərrə qədərdə səbri qalmayanlarla  isə öz türkürpədici  ideyalarımı paylaşa bilərəm. Misal üçün belə  cırtbeyinləri müəyyən etmək üçün bir komanda yaradılsın onlar müəəyən edilsin və heç sinsiliyə ehtiyac olmadan , hazırlanmış  əsl həyat düşərgələrində həqiqi problemləri yaşasınlar və beyinlərinin cuppululuq səiyyələrinə uyğun olaraq işgəncə görsünlər.
Belə quş beyinlər o qədərdiki.Onları cəzalandırmağın yeganə yolu   layiq olmadıqları mükəmməl həyatı zibilə döndərməkdi. Çünki o qədər  mükəmməlliyin içərisində çox zibil bir xarakter formalaşdırıllar özlərinə.Eqoist ,yerdə qalanlara,zəiflərə ,fərqlilərə empatiya duymayan bir xarakter.  Əllərini ,əllərinin üzərinə qoyullar ,başlayırlar artistlik etməyə. Əllərində latteləri afrikadakı ac uşaqlar üçün pis olallar uzağı .Yada kimisə qınayallar. Saxta nəciblik,nəzakət  sərgiləməkdi tək dərdləri. O afrikadakı ac uşaqlarda bunlara ən böyük dərd olar. Niyə dərd edirsiniz. Onların orada ac  qalıb, bütün dünya üçün qorxu , sizin kimi  insancıqlar üçündə  günahlarını yuyacaqlarını sandıqları bir savab vasitəsi olmaları üçün sizin parçası olduğunuz  və belədə qalmaq üçün əlinizdən gələni etdiyiniz  kapitalizm sistemi əlindən gələni edib axı.
Mənim davam belə saxta mərhəmət teatırlarının tamaşaçısı olub ,olmamağımızla,olamamğınızla deyil.Söhbət daha böyük şeylərdən gedir. Yeni özünüzə rəva bilmədiyiniz şeyləri ,anlamadan başqalarına rəva görməkdən gedir. Olmaz, gözünüzü yumaraq,  üzünüzu həyatın işılıtılarına doğru çevirib yaşamaq o-l-m-a-z. Sui-istiafdə etmək olmaz.İnsanlığı çeynəyib ucuz saqqız kimi yerə tüpürmək olmaz. Anlamaq ,kömək etmək ,paylaşmaq lazımdı.Bizim yaşıdlarımız var.Təhsil ala bilmirlər,bizim normal hesab etdiyimiz yaşayış tərzindən xəbərsizdilər. Biz onları  müxtəlif yerlərdə ,müxtəlif vəziyyətlərdə görürük. Gənc ana kimi,maşının qabağına qaçıb  şüşə təmizləyən uşaqlar kimi,bəzən cibgirlər,oğrular ,qatillər,fahişələr kimi görürük. İndi ağız büzüb ,nə o son saydıqlarına mərhəmət göstərməyimizi gözləmirsən deyə hikkələnməyin.  Birdə təkrar edirəm məsələ mərhəmət deyil əgər biz bu gün insanlığın nirvanasına çatmış olsaydıq,insanlığımızn fərqinə varmış olsaydıq  bizim leksikonumuzda mərhəmət ,savab bu kimi  ifadələr olmazdı.Çünki biz çoxdan  boğazımızda  düyüm yaradacaq hadisələrə müharibə elan edərək qalib olmuş olardıq. O vicdan deyirlər o  həqiqətdə olmalı olduğumuz insanın,müqəddəsliyin sıxışdırılmış halıdır. Hərdən bir quyudan gələn səs kimi əks səda verərək  ,dünyanı şeytanın krallığına çevrilməsindən bir addım qalmış  qurtarır. Bizim etməli olduğumuz başa düşməkdi ,anlamaq,  öz dünyagörüşümüzdən kənara çıxıb başqa insanların dünyasıyla tanış olmaqdı .Həyat hər kəsə eyni fürsət vermir.Ən kiçik şeylərdə belə fürsət tanımır. O  maşının qabağına qaçıb təkər qaraldan,bir yerdə  xidmətçilik edən adamları ağlınızın əsdiyi kimi təhqir və qınaya bilməzsiniz.Niyə vaxtında oxumayıb ,nə bilim bu mükəmməl imkanlar yaradan həyatın  bəxş etdiklərindən istifadə etməyib, filankəs çətin həyat müəllim kimi uğur qazanmayıb deyə onların üstünə düşüb ,onlardan gülərüz, nəzakətli bla-bla şeylər tələb edə bilməzsiniz.  O qədər yaxşı  şəraitləri olub həyatlarını pox gününə qoyan  adamlar var, ərköyünlük edərək dərslərini oxumayıb univesritetə girə bilməyənlər ,iş sahibi ola bilməyənlər.Onların üzərinə niyə düşmürsüz.Hardadı bəs o pozitiv həyat baxışı,yüksək motivasiya  ilə yeri –yerindən oynadaram ssenarisi.   İşləmir.Niyə çünki cılız problemləriniz buna mane olur. Amma onların böyük çətinliklərini heç sayaraq onlardan , əsl uğur hekayəsi yazmalarını istəyirsiniz,nə bilim 100 yerə bölünərək həm oxumalarını ,həm işləmələrini,həm xəstə valideynlərinə baxmağı,eyni zamanda nəzakətli vı gülərüz olmalarını .Gedin bir zəhmət özünüzə baxın. Cındır xarakterinizi düzəltməklə  məşğul olun. Ürəyimi bulandırırsınız.

Qusmuq dadlı Where stories live. Discover now