MÜQƏDDİMƏ

78 3 1
                                    

  İslam dininin təməl əqidələri "Üsuliddin" adlanır və aşağıdakılardan ibarətdir:
  Tövhid, Nübüvvət və Məad.
  İslam məzhəblərindən Cəfəri məzhəbinin təməl əqidələrinə isə bunlar da əlavə olunur:
   Ədalət və İmamət.
  Deməli, Cəfəri məzhəbinin təməl əqidələri aşağıdakılardır:
  Tövhid, Ədalət, Nübüvvət, İmamət və Məad.
  Hər bir müsəlman dini inanclarını tutarlı dəlil-sübutlarla əsaslandıra bilməlidir ki, yad və yanlış inancların, şeytani vəsvəsələrin basqısına məruz qaldıqda əqidəsi və düşüncələri sarsılmasın.
  Məşhur bir rəvayətdə deyilir ki, ip əyirməklə məşğul olan qoca qarıdan soruşdular: "Allahın varlığına dair sənin sübutun nədir?" Bu vaxt qarı yubanmadan əlini cəhrədən çəkir və cəhrənin çarxı dayanır. O deyir: "Əgər mən bu balaca çarxı hərəkətə gətirməsəm, hərəkət etmirsə, onda bu böyüklükdə kainatın idarə edəni və hərəkətə gətirəni olmasa, hərəkət edə bilərmi?"
  Bu dəlil çox sadə olsa da, tutarlı dəlil olub qarının dərin düşüncəsinə və imanına dəlalət edir.
  Beləliklə, hər bir müsəlman dini inanclarını belə tutarlı və aydın dəlillərlə əsaslandıraraq öyrənməli, onları əql və məntiqlə qəbul etməlidir.
  Dini inancları öyrənməklə yanaşı, dinin əməli göstərişlərini öyrənib onlara əməl etmək lazımdır. Dinin əməli göstərişləri "Füruddin" adlanır. Dinin əməli göstərişləri arasından 10-u əsas və mühümdür. Həmin göstərişlər aşağıdakılardan ibarətdir:
  Namaz, oruc, xüms, zəkat, həcc, cihad, əmr bil-məruf (yaxşı işlərə dəvət), nəhy ənil-munkər (pis işlərdən çəkindirmə), təvəlla (Allah dostlarını dost tutmaq) və təbərra (Allah düşmənlərini düşmən bilmək).
  Bilməlisiniz ki, dini göstərişlərin icrası qaydaları xüsusunda təqlid etmək lazımdır. Yəni, bir müsəlman özü müctəhid olmadığı təqdirdə dini göstərişləri müctəhidin fətvalarına uyğun qaydada yerinə yetirməlidir. Müctəhid, şəriət hökmlərini dini mənbələrdən əxz etmək bacarığına yiyələnmiş din alimidir.

Hər Müsəlman bilməlidirWhere stories live. Discover now