Pəncərəm

349 34 20
                                    

Artıq 3 cü gün idi ki, otağından çölə çıxmırdı. Yatağının üstündə oturuqlu vəziyyətə keçib gözlərini ovuşdurdu. İçkinin təsirindən başı çatlıyırdı. Son 3 gündə evdə nə qədər içki vardısa hamısını içmişdi.
Yenədə beyni uyuşmurdu. Olanları, ona olunan xəyanəti unuda bilmirdi. Axı onları necə unutsun axı? Kim unudardı ki?
14 ildi sevdiyi, ailəsinin hətta bütün nəsilinin bildiyi qız ona bir gündə necə xəyanət etmişdi? Pff olanları birdə xatırlamaq istəmirdi. Xatırladıqca dərinlərə batırdı. Ta Dərinlərə sancılan oxun acısını bütün bədənində hətta ruhunda hiss edirdi. Onun ruhu yaralanmışdı. Sağalmayacaq yaralar açılmışdı...
Dərin baxan O gözləri xatırıladı. Ona həyat, can verən o gözlər. Dərin və mənalı baxan bəbəklər. Onun sonuda , başlanğıcıda o gözlər idi.
Bəlkədə o gözlər Camalın intiharı olacaqdı.
ağlına gələn xatirə ilə gülümsədi xəfifcə.
Telefonda danışırdılar. Bu onların gecən xeyirə danışması idi. Hər axşam və hər səhərlərini belə açırdılar.
-Gözlərini görmək istəyirəm. Onlar mənə həyat verir.
-Camal istəyirsən çıxarım verim gözlərimi sənə. Tablo kimi asarsan otağından.
Camal gülərək cavablandırmışdı onu.
-Yox onları səndə görməyi sevirəm. Mən sənə aid ola hər şeyi sevirəm.
Onlar mənim yaşama səbəbimdi. Gələcəkdə kor bir həyat yoldaşıda istəmirəm.
Son cümləni yalandan ciddiyətlə demişdi. İki tərəfdə qəh qəhə ilə gülüşmüşdülər.
Axı niyə belə etmişdi Fidan?
Nə üçün? Nə səbəbə?
Axı onu ondan bezdirəcək nə etmişdi sevməkdən başqa?
Bu sualı artıq neçənci dəfə idi ki özünə verirdi.
Artıq nə edəcəyini bilirdi.
Buralardan gedəcəkdi. Çox uzaqlara uçacaq və heç geri dönməyəcəkdi. O artıq Fidanı unudacaq və onsuz gözəl bir həyata başlayacaqdı.
Bu düşüncə ilə ayağa qalxıb stulun üstündə duran güldanı alıb qapıya fırlatdı.
-LƏNƏTƏ GƏLSİN HƏR ŞEY. AXI MƏNİM HEÇ BİR XƏYALIM VƏ DÜŞÜNCƏM ONSUZ DEYİLDİ!!!
Fidan nə üçün ona xəyanət eləmişdi?
3 gün öncə ona sevgi ilə baxan gözlərini nifrət əvəzləmişdi.
Bu saniyə ona yalnız bir hisslə yanaşırdı. Oda NİFRƏT idi.
Camal Fidana Nifrət edirdi. Nəfəs ala bilməyəcək dərəcədə nifrət bəsləyirdi ona.
Əlini saçlarına keçirib qarışdırdı. Sevdiyi , bağışlanması çox çətin olan hətta ümumiyyətcə olmayan bir hərəkət etmişdi. O, Camala xəyanət etmişdi.
Halbuki, 14 illik sevgini hətta Fidanın anasıda bilirdi. Camal adlı sanlı bir oğlan idi. Varı dövləti var idi. Amma Fidan ondanda çoxunu istəmişdi. Son 3 aydı araları təmiz soyumuşdu. Fidan mesajlara zənglərə cavab vermir. Görüşlərdən qaçır. Onunla vaxt keçirmək istəmirdi. Ondan şüphələnmişdi. Fidanda bir qəribə hal vardı. Ayrılmaq istədiyini dilə gətirməmişdi. Üzgün kimi görünür lakin gülər üz olurdu. 14 ildə çox çətinliklər əzab əziyyətlər çəkmişdi hətta 1 il ayrı qalmışdılar Camal əsgərliyə gedəndə. Məsafələr, qarlı, dumanlı, yağışlı havalar belə aralarını soyutmamışdı. İndi nə olmuşdu axı?
Fidan Fəridi sevməyə başlamışdı. Ona xəyanət etmişdi. Bu BAĞIŞLANMAZDI!
Düz 14 yaşından Fidanı sevirdi Camal. Hətta elçilikləridə olmuşdu. Bir neçə aya nişan düşünürdülər. Hər birini zibil qutusuna atmışdı. Bütün xatirələri yandırmalı. Yanan ocağın istisində qovrulmalı idi.
Camal həyatını o qədər Fidanla təsəvvür etmişdi ki. İndi heç nəyi Fidansız təsvir edə bilmirdi.
Ürəyi parça parça olmuşdu. Hər parçanı toplamalı idi. Bir araya gətirdiyi parçalar indi sevgi deyil nifrət saçırdı. Fidan öz əlləri ilə canavar yaratmışdı Camaldan.
Sabah gedəcəkdi. Hər şeyə tüpürərək çıxacaqdı bu ölkədən. Onunla eyni şəhərdə hətta eyni ölkədə nəfəs almaq istəmirdi.
içkinin təsirindən ayaq üstə dura bilmirdi. Ağlamaq istəyirdi. 28 yaşlı oğlan ağlamaq ürəyini boşaltmaq istəyirdi. Bağırıb üsyan etmək istəyirdi. Bu qədər il heç ağlamamışdı. Son dəfə ağladığını xatırlamağa çalışdı. Fidanla olan illəri heç üzülməmişdi. Kədərli yada üzgün olsa da onun gözləri Camala hər şeyi unutdururdu. Ağlamayacaqdı. Elə bir qıza görə göz yaşı tökməyəcəkdi.
Kaş ki, elə bir iynə yada dərman ola ki, bir insanı təmiz unutdura. Heç olmamış kimi xatırlamayasan o adamı.
Yada xroniki amnezya xəstəsi olardı. Dünənlərı unudub ümidi sabahlara bağlaraydı.
Hər şey necə baş vermişdi ki?
Sevdiyi qız eşitsə inanmayacağı bir hərəkət etmişdi.
Fidan onu ilk dəfə Fəridlə tanış etdiyi vaxt ağlına gəldi. Onun sadəcə tələbə yoldaşı olduğunu eyni zamanda dost olduqlarını dilə gətirmişdi. Camal Fəridlə tanış olsa da ilk gündən gözü tutmamışdı Fəridi. Xoşuna gəlməmişdi və Fidana bunu açıqca bildirmişdi. Fidansa bunları təkid edib Fəridin yaxşı və ağlı başında bir oğlan olduğunu demişdi. Gərək o vaxtdan Fəridi yaxın qoymayardı.
Axı nə bilərdim ki, Fərid bizim sonumuz olacaq.
Otaqdan çıxıb vanna otağına getdim.
Anam, atam və bacım mənim üçün çox narahat olurdular. Olanları bilmirdilər. Tək bildikləri ayrıldığımız idi.
Otağımdan çıxan kimi anamla qarşılaşdım.
-Onsuzda sənə yaraşmırdı sənə onnanda qeşəng qız taparam oğlum. Dəyməz ona görə bu hallara düşməyinə. Üzmə özünü bu qədər.
Anamı belə tanıya bilmirdim. Mənim anam Fidanı çox sevərdi. İndi ifritə kimi danışırdı onun haqqında. Halbu ki , ona qızı kimi davranırdı.
Hər kəs dəyişmişdi. Heç kimə qulağ asmadan Vanna otağına keçdim. Qapınıda kilitlədim. Anamın səsini eşidirdim.
-Oğlum indidə özünü hamama kilitləyəcəksən?
3 gün öncə o hadisədən sonra mağazadan girib siqaret və içki almışdım. Evdədə nə qədər içki varsa otağıma yığıb qapını kilitləmişdim.
Sakitləşməyə və unutmağa ehtiyyacım vardı.
Olmurdu.
Mən sevdiyim qadını unuda bilmirdim.
Ona layiq olduğu nifrətlə yanaşırdım.
Axı mənim nəyim əskik idi ?
Pul? Var
Onun istədiyi həyat? Oda vardı
Sevgi? Onu ondan çox sevirdim.
Axı nə?
Sualların çoxluğundan başım ağrıyırdı. Yada içkinin təsirindən...
Əl üzümü yudum. Güzgüdən baxan adam belə mənim əksin deyildi. Üzümdəki tükləri təmizləmək üçün ülgücü əlimə aldım.
İçimdəki şeytan sürt qoluna kəs damarlarını qurtar bu ağrıdan özünü deyirdi.
Ona dəyməzdi!
O zibilçəyə dəyməzdi!!
Ağlına onu ilk dəfə gördüyü gün gəldi.
Hələ 14 yaşı vardı. Evləri Fidangilin məhləsindən 2 məhlə aralı idi.
Məktəbə getmək üçün ara yolları istifadə edirdi. Ona görədə bu yolları yeni yeni tanımağa başlamışdı. Anası onu çox aralı getməyə qoymurdu. Axşam vaxtı idi. Dərslərini öyrəndiyi üçün anası ona yarım saatlıq uşaqlar ilə dolanmağa icazə vermişdi.
Məhlə uşaqları ilə futbol oynamaq üçün küçəyə çıxmışdı. Qonşu Yavər uşaqların o biri məhlədə oynadığını dedi.
yazarın dili ilə.
Camal uşaqları tapmaq üçün o biri məhləyə getməyə başladı. Hava qararmağa təzə başlamışdı. Qaça qaça o biri məhləyə çatdı. Uşaqları tapıb gözəl gün keçirdi. Futbolda birinci idi. Hətta qapıda durmağı yaxşı bacarırdı.
Topu qapıya tərəf vuranda özünü topu tutmaq üçün sipər etdi. Yıxılmışdı dirsəyi və diz qapağı sızlayırdı. Topu tutmuşdu yenədə. Buna sevincli idi.
Yerdə oturub ayağını və qolunu ovuşdurmağa başladı. Dərisinə yapışan torpağı təmizlədi. Böyük oğlan idi artıq. Belə şeylərə ağlamırdı. Yıxılanda durmağıda bacarırdı.
Ayağa qalxıb topu dostuna tərəf atdı.
Ayağı sızladı əyilib dizini ovuşdurdu yenidən.
-Camal..?
Həsənin səsini eşidib başını qaldırdı.
Və o gözlərlə qarşılaşdı...
binanın pəncərəsindən ona baxan gözlərlə. Təlaşlı idi.
Görəsən ona görə təlaşlanmışdı?
Bu qız kim idi.
Aman Allah necədə gözəldi.
-Yaxşısan..?
Nə üçün cavab vermirsən? Nə isə olub?
Camal cavab ver.
Sanki yuxudan oyanmış kimi onu dürtmələyən Həsənə və başına yığışan uşaqlara baxdı.
-Yaxşıyam narahat olmayın. Kiçik sıyrıqdı sadəcə.
Gözləri o qızda idi. Şabalıdı saçları hörülmüşdü.
Sanki dediklərini dodaqlarını oxuymuş kimi ona gülümsündü.
Qaranlıq olsa da otağında yanan işıq sayəsində qızın üzünü tam seçə bilirdi.
Sonra deyəsən onu kimsə çağırdı. Çönüb arxaya baxdı.
Və son dəfə Camala baxaraq içəri keçdi.
-Hara baxırsan?
Başını çevirib Həsənə baxdı. Kəkələməsinə əngəl ola bilmədi.
-H.heç k.kimə.
O gündən bu qız üçün hər gün bu məhəlləyə gəlir saatlarla onun pəncərədən baxmasını gözləyirdi. Onu hər görəndə ürəyi yerindən çıxacaqmış kimi olurdu. O zamanlar bunu sevgi deyə adlandırmazdı. Zamanla onu görmədiyi günlər necə düşkün olduğunu xatırladı. Hər axşam onu pəncərədə izləməyi. Gözlərinə baxaraq məst olmağı.
Mən onu sevirdim. Hələdə ilk günkü kimi.
Amma Nifrətim sevgimin 3 qatına çıxmışdı.
Onu Fəridlə öpüşdüyü yerdə görmüşdü. Axı onun olan dodaqlar başqasını necə öpmüşdü? Ona Səni sevirəm deyən dodaqlar necə xəyanət etmişdi ona?
Hər şey bu qədər sadə idi? Axı Camal 14 illik xatirəni bir anda necə yandıra bilərdi? Heç olmamış kimi necə davrana bilərdi?
Çətindi...
Üzünü təmizləyəndə ülgüc səhfən üzünü kəsmişdi Camalın.
Ağrı? İnan mənə sol yanımdakı ağrının təsirindən heç nə hiss eləmirəm.
Üzünü yuyub vanna otağından çıxdı.
Anası qapıda durmuşdu. Tez tələsik gödəkçəsini alıb özünü çölə atmalı idi.
-Bala yaxşıda bu qədər özünü üzmə. Ona dəyməz inan ki...
Nəfəsini ciyərlərinə çəkib əsəblə geri verdi.
-Yaxşıda ana. Bu evdə bu söhbətin getməsini istəmirəm. Rahat buraxın məni! Rahat!
Son sözləri əsəblə demişdi.

Pəncərə(tamamlandı)Where stories live. Discover now