Parçalanmış hayatlar

962 277 539
                                    






İnsan ən çox özü ilə savaşar.Bu savaşlar müxtəlif səbəblərdən olsada hamsı eyni bədəndə baş verər.Yorğun olduğunu hiss edərsən,bəzənsə çarəsiz.Dünya mənə bir şeylər öyrətməyə çalışır.Artıq hazır olduqumu düşünürəm.Doğrularla yalanları aid etməkdə bəzən çətinlik çəkdiyimi gizlətməyəcəm.Kimsə boşu-boşuna çıxmadı qarşımıza.Bizi bu dünyada  çox yoran insanlari başa düşməkdir. Bir insanı başa düşmək üçün bəzən çox yoruluruq. Bəzən nə qədər vaxtımızı itirsəkdə sonda başa düşmədiyimizi və anlaya bilməyəcəyimizi dərk edirik.Mənə xoşbəxtlik barəsində sual verməyin, onsuz da cavabım "yox, deyiləm" olacaq. Heç bir zaman tək qalmaq istəmədim. Amma tək qaldım. Ətrafımda çox insan olsa da, tək olduğumu hiss etdim. Bu, insana çox acı verir. Həyata onu bağlayan bir bağı varsa xoşbəxtdir insan...
Vidalaşmaq... Bu hissi yaşamamışdım, necə bir hiss olduğunu bilmirdim, insan sevdiyi bir insanla vidalaşır, bir də onu nə vaxt görəcəyi barəsində düşünər, dayanmadan düşünər. Bir saat sonra? Bir gün sonra? Bir ay, bir il bəlkə də bir daha heç görməyəcək onu.Vidalaşmaqı sevmirəm... Arzularında yaşadacaq, beynində canlanacaq, gözünün qarşısında duracaq. Bunlar  sadəcə bir xəyal parçası kimi qalacaq. Dözülməz bir kədər... Bir dəqiqəlik də olsa sevdiyin bir insanı görə bilməyəcəyini bilmək,  bu kədərin ürəyini yeyib bitirməsinə gətirib çıxacağını hiss etmək... Xəyal qırıqlıqları, tükənən ümüdlər...  Kipriklərini yavaşca yumub açarkən  daxilində  keçirdiyin və o anda ürəyinin yerindən həyəcanla çıxacaq kimi atdığını bilə-bilə vidalaşmaq... Boynunu çevirib, üzündəki təbəssümdən bir iz qalmadığını görüb geriyə baxmadan getmək... İnsanlar bir şeyin sonunu gözləmək üçün dəyərli vaxtlarından keçərək  bəzən günlər, aylar, bəzənsə illərlə gözləyərlər. Amma ölüm gözləməz, bir dəqiqə də olsun gözləmir. Vaxt bitdiyi zaman alıb götürər səni. O, mənim həyatımın görünməz bir parçası, içimdə böyütdüyüm bir xəstəlik idi. Sevgidən yaranan və müalicəsi tapılmayan bir xəstəlik... Dünyada ölüm, gündüzdə axşam vardı, ürəyimdə sən, talehimdə sənsizlik vardı...Dünyamda başaqa sevə biləcəyim kimsı qalmadı artıq.Cavabsız suallara cavab axtaran düşüncələrim çətinlik çəkir.Məni sevmədi.Sevirmiş kimi göstərdi,sevgisi yarımçıq qaldı.Bir ailə ola bilmədik.Həyatda bundan önəmli nə ola bilər ki ?Bir ailə!İnsan həyatının ən bahalı hədiyyəsi.Bir neçə vaxt sonra sevərək evlilik sənədlərinin hazırlanması.Bu halı yaddaşlara qeyd etmək,ağ gəlinlik hər tərəfdə səni sevdiyini göstərən vədə gülümsəyən insanların əhatəsində sakit bir musiqinin sədasında ailə qurduqun insanın gözlərində ki o parıltıya baxaraq tərpənişini hiss etmək. Bir müddət sonra ailənin sevinc mənbəyi olan bu balaca körpəciyin dunyamıza göz açışı.Ailə!Bütün çətinliklərə dağ olub hər axşam eyni masa ətrafında əyləşib Tanrının bizə bəxş etdiyi neymətlərdən istfadə edib şükür etmək.Bir yerdə qurduğum xəyallar.Bilirsən əslində bir xəyalı öldürmək,bir doğrunu öldürməkdən dahada çətindir.Getməlidir bəzən insan.Çox yormadan,çox bezdirmədən,vaxtıdırsa geriyə dönüb baxmadan getməlidir.
Bir insanın üzünə baxdığın zaman onun hansı hislər keçirtdiyini azda olsa bilmək olar.Üz bir açardır ,o hər şeyi dilə gətirə bilər.Bu fərqli bir hiss idi,üzünə baxdıqca içimdə acı çəkməyə başaladım.Bərkədə uzun illərdir bu hissi yaşamamışdım.Üzündəki ifadə qorxudurdu məni.Sakit bir şəkildə onun danışmaqını gözləyirdim.Yenidən bir canlanma olsa ,nə bilim bunlar bir yuxu olasa ,yuxudan ayılb sadəcə qorxunc bir yuxu olduqunu bilsəm.Üzü gülsə.Sarılsam ona ,bərk bərk onu sevdiyimi dilə gətirsəm...Gözlərimi tez-tezyumub yenidən açıb ayılmaq istəyrəm.Artıq bunu bildim,yuxu deyildi.Yaşamaq,sevgi,acı,dostluq,siyasət hamsı bir birinə qarışmışdı.Yaşamaq çətin idi.Xəstəlik və ölüm....
***

İnsanın hər zaman bağlanacaqı bir şey vardır.Hər şey bir-birinə bağlıdır.Zamanı unutmayaq,bir sənət əsərin bitməsi üçün zaman lazımdır.Sənətin zamana ehtiyacı var.Kimsə bunun əksini deməz.Çalışmaq,düşünmək,mariflənmək üçün də zaman lazımdır.Birdə kitab oxumaq var...Bəzən bilmədiyin bir kitabı götürüb insanlaradan kənara çəkilib bütün vaxtını bir kitaba həsr edərsən.Eyniliklə indi etdiyin kimi.Bilimirəm nə hisllər keçirdirsən,bərkədə mənə əsəbisən,bərkədə yox .Məni başa düşməyə çaləşırsan,beynində mənə verəcəyin o qədər suallar var ki.Bərkədə yox sadəcə bu kitab əlinə keçib səndə problemlər içində boğulursan ,bir çıxış yolu axtarırsan kitab bəhanə.Yada sevirsən ,həmdə qarşılıqsız,cəsarətin yoxdur deməyə sevgini,üzləşmək yerinə qaçıb gizlənirsən.Nə vaxta kimi olduqunu özünə sual ver.Eyniliklə mənim kimi!!!Bir insanın həyatından yazacam bu kitabda,bəlkə tanıdıqın biridir bu,bəlkə bir yaxının ,bəlkədə sənsən bu.Yerini rahatlat,vədə hər şeyə hazırlıqlı ol çünki başlayırıq....

#ilk çalışmamHikayelerin yaşadığı yer. Şimdi keşfedin