1. bölüm

25 3 0
                                    

“QARA” (“Vantablack”)
Müəllif : Nəzrin Elçin Vəlizadə (Elyon)
(Hörmətli oxuyucular, “...........” uzun nöqtələrlə işarə olunan başlIqlar – növbəti səhnəyə keçid deməkdir. Müəllif hüquqları qorunur.)
Ön söz.
Oxunursa – oxuyun,
anlaşılırsa – anlayın,
hiss edilirsə - hiss edin,
sevilirsə - sevin.
Hormətlə, Elyon.
Proloq.
“Vantablack"- vertically aligned nanotube arrays (şaquli hizalanmış nanotub dizileri) - dünyanın en qara maddesi hesab olunur. İşığın 99,965 % - ni, mikrodalğa ve radiodalğaları udur. İnsan gözü bu maddeni sadece qara reng kimi qebul etmir, onu bir "heçne","boşluq" olaraq bilir ve "Qara delik" kimi hesab edir. Vantablack ucsuz bucaqsız bir kosmosu, boşluğu da ifade edir.
"Qara" paradoksal olaraq sonsuzluğu, sakitliyi, gücü, sirri de ifade edir. Çoxmenalı ifadel…er, cümleler qaranın qüvvetini göstererek, onun evezolunmaz ve ideal olduğunu bildirir. Qara metal, qara cengaver, qara qelb, qara paxıllıq, qara yumor, qara kitab, qara komediya, qara sehife, qara qızıl, qara emel, qara inam, qara leke, qara insan, qara bazar, qara qüvve...
Özümü yaxşı tanıda bildim?

Bölüm 1.

1. “- Toxunma! Toxunma mənə...sənə dedim ki, əlini çək!
- A-a...ну что ты так...
- Да ударь эту с*ку уже, чё ты играешься?!
- Gəlmə-ə-ə! Öldürəcəm!
- Чё?!
- Чё она несёт, бл*ть?!
- Да чё-то на своём...давай лучше другую...
- Dəyməyin ona!
- Да, лучше эту...Она и так уже не в себе...
....................................................................
- La...
- Чё Ла?
- Кажись это имя вон той...
- La...Lam...Lamiyə...”
2. ............................................................................
Səkkiz min beş yüz otuz beşinci sabahdır  ki, eyni kabusla oyanıram. Havasızlığımı aradan qaldıran eyvanım tək çıxışımdır.
- Pomi-do-o-or, karto-o-of, bibə-ə-ər...
- Yenə səsin aləmi valeh edir, Gülarə xala-a-a!
Saat daha 09:00-ı keçməmişdi.
- Hə-ə-ə, qızım, gərək muğama gedərdim...
Cavab vermədən eyvanın pəncərəsini bağlayıb, yataq otağıma geri dönmüşdüm.
- Dövlət İmtahan Mərkəzi 2015\2016-cı tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün 1 və 3 ixtisas qrupları üzrə qəbul imtahanı keçirib...(Lider Tv)
Yerli televiziya kanalları ilə hər sabahı açmaq zövq deyil, vərdişə çevrilmiş, səkkiz mini aşmış hər gecənin beyində həkk etdiyi səhnəcikləri operativ yaddaşa bənzər, cuzi miqdarda informasiyanı silməyə çalışırdı.
- Bəli, şübhəsiz ki, bir çox psixoloji amillərlə rastlaşırıq. İndiki dövrümüzdə ailələr daha çox karyeraya üstünlük verir, mənəvi dəyərləri axsadırlar...(ANS)
Nəzərə alsaq ki, həftə içi hər gün 09:00-da ölkənin 2015- ci ilə olan 231,000 iqdisadi fəal əhalisinin çoxu bu vaxtı iş yerinə tələsir, demək ki, bu psixoloji, zənnimcə isə mənasız hesab edilən, proqrammlara yalnız işsiz-gücsüz ve bekar adamlar baxır. Psixologiyanı bir elm olaraq heç vaxt görə bilməmişəm, bəlkə də dərinliklə özümü bu “elmə” həsr etmədiyimdən, bir çox anlayışların mənə zidd olduğundan irəli gəlir. Ümumiləşdirilmiş, eynə bucaq altında baxılan və elə o bucaqdan görülən hər növ informasiya mənə hər zaman dar düşüncə mənzərəsini bəxş edir. Insan beyni eyni struktura malik olsa belə, fərqli tezliyə və emal etməyə malikdir. Yeddi milliard (və daha çox) dünya əhalisinin beyni eyni ölçü altına alınaraq, eyni məhsulu və ideyanı, davranış və düşüncəni icra edə bilməz. Üçbucaqın yalnız bir tərəfi ola bilmədiyi kimi, beyinin də fərqli istiqamətdə hərəkət edən impulslari və eləcə də onların təsiri altına düşən, orqanizmdəki hormonları vardır. Psixologiya söz ilə ifadə edilmiş Microsoft Corporation-un Excel Proqramına bənzəyir. Beyin hesablayır, düsturlar qurur, siz isə hesablamaları sözlə ifadə edir, sanki A4 formatlı imtahan vərəqini tamlıqla doldurmağa çalışan bir tələbə kimi düsturu açıqlamağa çalışırsınız. Söz yığını nə qədər çox olsa, vizual olaraq vərəqiniz doldurulmuş, “bilikli” təsüratı yaratdığı kimi, psixologiya da kimyəvi və bioloji prosesləri o cür təsürat yaradaraq bizə çatdırır. Psixoloq sanki bir idarəçi, bağlayıcı, tranzit rolunu oynayaraq, məntiqi cəhətdən anlaya bilmədiklərinizi sizə uyğun bir dildə ötürür. Elmi elm kimi qəbul etməməyimə baxmayaraq, psixoloqları hər zaman istedadli diplomat kimi görmüşəm. Hər qarışıq beyini və vəziyyəti düzəltməyə malik olan, sehirli bir söz kimi ifadə olunan “psixoloq”, manipulyator kimi də beynimdə həkk edilmişdir. Nə isə...Dərin mövzudur, sonra müzakirə edərik...
Sabahları heç sevmirəm. Bu qədər. Səbəbini tam olaraq anlamadığımdan, sizə də doğru-düzgün bir açıqlama verə bilmədiyimə görə, susacam.
3. .................................................................................................................
Bu otaq, bu kvartal mənim üçün doğmalaşmışdı. Əşyalarımı səliqəliklə yerləşdirdiyim çantamın kilidini bağlayaraq, hisslərimin oyanacağının fərqində idim. Bağlılıq yaradan hər bir yerdən müvəqqəti deyil, geriyə dönüşü olmayan ayrılığin acı dadını damağımda hiss etməyə başlamış, hətta gözlərimə dolan yaşların süzülməməsi üçün daxili mübarizə aparırıdım. Qadın olmaq bu olsa gərək...Yaradılış günündən etibarən göz yaşları və əziyyətə dücar edilən varlıqlar siyahısında ilk gələn qadındır.
Saat 10:24. Çiyinlərimə düşən saçlarımın nəmliyi bu isti yay günündə məni uşütməyə salmış, durduğum açıq pəncərə önündən aralanmağa məcbur etmişdi. Rəngini itirərək sarımtıl çalar alan bədən desmalına bürünmüş, gün işığına həssas olan derimi, hər səhər və gecələri küləkdə uçuşan nəm qara saçlarımı özləyəcək qədər sevilən bu eyvanla paylaşdığım sıxıntılardan ötrü  belə darıxacam. Bu ev mənə bir yerləri xatırladırdı...Dördkünc...Divar kağızları bəzi yerlərində qopmuş...Otağa sanki nəmlik qoxusu ilə qarışıq yenice bişmiş şorbanın iysi hopmuş, sağında enli bir pəncərə ilə eyvanı açmış bir ev var idi oralarda. Taxtadan hazırlanan kiçik dairəvi masanın ətrafına yastıqlar, oyuncaqlar dağılmışdı. Onun daha boyu çatmadığından, daşla hörülən eyvan fasadından baxmaq üçün qucağıma gələrdi. 21 kiloqramlıq bədəni incə qollarıma alaraq, tənginəfəs şəkildə qaldırıb, eyvanın xaricində olanları göstərməyə çalışardım. “Tez bax, ağırsan, yıxılacam!” dediyim kəlmələrin biçaq kimi sarpmasını illərlə hiss etdim. “Gördü-ü-ün? Nə var orda? İndi qoy mən baxım!” dediyimdə, heyran , təəccüblü, sehirli bir mənzərəyə şahid olmuş səsi ilə “Oralarda duman var!!!” cavabını verərdi.
Bəli. Oralarda duman var idi.
4. ..........................................................................................
- Mən gedirəm, bunu da alın zəhmət olmasa, üzərimdə haqqınız çoxdur.
- Hara gedirsən? Harda qalacaqsan? Niyə gedirsən, qızım?
- Belə lazım idi...
Son ayın kirayəsinin üzərinə daha bir az pul məbləği qoyaraq binadan çıxmışdım. Bir anlıq ayaq saxlayıb geriyə çevrilərək baxdığım eyvana vida etmə mərasimim çox uzun çəkməmişdi. Mərkəz küçələrə yaxın olmasına baxmayaraq, bu küçə köhnə, inkişafdan geri qalmış, dağınıq bir məkana bənzədilirdi. Daşlarla örtülmüş, düz olmayan yolların üzərində ayaq izlərimin möhürlənəcəyinə inanaraq, addımlarımı daha da yavaşlatmışdım. Çiynimdəki musigi alətinə aid çantanın 70 faizi Amerika dolları ilə doldurulmuş, lakin bunları biruzə verməyən sıradan bir “mən”in üzərində idi. Hər gün eyni trayektoriya ilə gedən insanlar toplusunun bir dəfə də diqqətini cəlb etməyən, musigiçi-qız adını verdikləri Mən, artıq tərk etdiyim əraziləri də özümlə məhv etmək istəyirdim. Hər addımımda absurd fikirlərə qapanaraq, “Ya indi üzlüyümü atıb, onlara gerçəyi göstərsəm?!”düşünürdüm. Ən dərində gizlənilən sərvət ən qiymətli hesab olunar. Qızılın nə xəbəri qızıl olduğundan? Mən qızılı seçmədim, platini seçdim. Gizlənən sərvət kimi, faydası çox, özünə isə yox deyə fəaliyyət göstərənlərdən olan kim? O, mən.
5. .........................................................................
- Sənin üçün artıq yer hazırdı. Otelə çatdığından etibarən server qoşulacaq. Siqnal verildikdən iki dəqiqə sonra yox olmalısan. Kameralar yandığından etibarən sən artıq insanlara qarışaraq, getməlisən. Pulun qalanı hesabına oturacaq.
- Anladım.
Günortan xeyir, Bakı. Bu gün Sahib Şirəliyevin masasında əyləşənlərin heç birisi onu sonuncu dəfə görəcəklərini texmin belə etməzdilər. Fin ağacından hazırlanmış, istehsala daha yeni buraxılan PONJAHMAAN fabrikasının məhsulu olan masanın ətrafında işgüzar təsuratı yarada bilən insanlar əyləşmiş, qeydlər apararaq vacib bir mövzunu müzakirə edirdilər. Konsentrasiyasını pozmayaraq onları izləməyə davam edən, SVLK-14 S “Twilight” snayperinə əllərini bərk sıxmış birisi var. Hələ bu qədər asan bir tuşlama olmamışdı. Tətiyə barmağını sıxaraq basıb, adamın mərkəzi beyin sistemini darmadağın etmiş və eyni soyuqqanlıqla alətini yerinə qoyaraq getmişdi.
- Kameraları söndürməyə ehtiyac yox idi. İş bitdi.
Binanın üst qatından baxmaq mənə zövq hissi bəxş edirdi. Yenidən doğulan körpə kimi çantalarımı alıb, oranı tərk etmişdim.
6. ..............................................................................
“- Luna...Lu-u-una-a-a...
- Yox, vermirəm, dişlərin ağrayacaq!
- Luna, v-e-e-er!
- Ana, eşidirsən? Lemi əl çəkmir!
- Qızım, adam çox şirniyyat yeməz...
“Mm...m ana, dur...oyan..gəldilər...”
- Ana, o nə səslərdi?
- Atan...atanı çağır...
- Ana...nə oldu? Niyə hamı qaçır?
- Atanı oyat...ay Qara! Qara, oyan!
“Oyanın...gəldilər...gəldilər...”,- mən artıq oyanmaq istəyirdim. “Dəymə!!!!!”,- qışqıraraq oyanmış, yenə eyni kabusumla baş-başa qalmışdım.
7. .....................................................................................
Bu gun mənim doğum günüm. “Oralarda duman var” dediyimiz eyvanın köhnə dairəvi masasında əyləşərək, gözlərimi yumub anamın şirniyyatının üzərinə qoyulan şamı üfürdüyümdən 24 il keçdi. Başımın ətrafında dolanaraq üfürə-üfürə fırladığı üzəriyin qoxusu hələ də burnumdadı.
8. .....................................................................................
- Xanım, qeydiyyat bölməsinə yaxınlaşın zəhmət olmasa.
Girişin sağ tərəfində yerləşən qeydiyyat bölməsində növbə tutaraq gözləyir, sənədləşdirmə proseslərindən bezər hala gəlmişdim.
- Adınız...Soyadınız ve ata adı...
- Ləman...Məhərrəmova Ləman Qara qızı.
- Doğum tarixi...
- 17 iyul 1984.
- Zəhmət olmasa bu blankı axiradək doldurun.
Deyirlər xətti səliqəsiz insanların beyni daha tez emal edərək ,cəld qerarlar çıxarır. Bu informasiyadan sonra xəttimi sevməyə başladım.
- Doldurdunuz?
- Bəli.
- Statusunuz var?
- Var.
- Aha, anladım...bu sənədləri də doldurun, müraciətiniz qəbul olunacaq.
Buranın insanlarla dolu olması mənə xaosu xatırladaraq, fobiyalarımı üzə çıxarırdı. Daxilimdəki sıxıntının bir neçə saniyə deyil, illərlə çəkməsi astmatik duyğu yaradaraq canıma hopan qorxuları oyadırdı.
- Buyurun, doldurdum.
- Təşəkkür edirik, hazır olduqda , sizə xəbər ediləcək, sağolun.
Gözlərimi gizlədən eynəkləri taxıb, məkanı daha tez tərk etmək üçün əlimdən gələni edirdim.
- Xidmətimizdən razı qaldınızmı?
Üzürlu say, balaca qız, sənə cavab verməyəcəm.
9. ....................................................................................................................................................
“Toxunma...əl dəymə...ona toxunma! Öldürəcəm!”,- səslərini yenidən eşidərək kabusumdan qopmuşdum. Hər oyandığım kabusdan sonra qaranlığa bürünmüş otaqda havasızlığın əzabını çəkirdim. Aqoniyaya düşmüş varlığın hiss etdiklərini kiçik hissəciklərlə birləşdirib, nəhəng bir ağrının təsvirini sözlərlə ifadə etməyin dəhşətini gündən-günə, gecədən-gecəyə yaşayaraq, 5 dəqiqə 34 saniyə 2 bisaniyə müddətində bütün bədənimdə sanki atrofiyanı keçirirdim.
Otelin eyvanından gecənin görüntüsünün füsünkar olmağına baxmayaraq, “buralarda duman yox idi”. Bütün şəhər ovucumda imiş kimi, yolların çəkdiyi ilanabənzər çizgilər, göydələnlərin ucaldığı, əslində alçaqlıqdan buludlaradək əlçatmaz görünən, yüksəklikdən isə bu vizual effekti yox olan, balaca bir dairəyə bənzər şeytan çarxının dövr etdiyi mənzərədən ibarət şəhərin ən yüksək binasının ən yüksək mərtəbəsindən əlimi horizontal şəkildə uzadaraq, gözlərimi bağlayıb, enerjini hiss etməyə çalışırdım. Barmaq uclarıma toxunan nəm havanın molekullarını kaş görə bilsəm deyə absurd fikirlərə qərq olurdum. Onlar molekul...mən – bir nəhəng molekul, yaxud molekullar toplusu...Günəşin üfüqdən çıxmasına az qalmış, alatoranlıq sakitliyini dünyanın, kosmosun bizə ismarıc göndərə biləcəyi ən uyğun vaxt hesab edirəm. Lakin Günəşin doğmasını sevmirəm. İşığın yaratdığı aydınlıq dünyanın qaranlıq tərəfini örtərək bizdən həqiqətləri gizlədir. Məhz nağıl olmayıb, nağıl kimi təsvir olunanların doğruları gizlətmə üsulunu tədbiq edən dünyanı heç sevmirəm.
10. ..............................................................................................................................................
- Anladım. Mənə izləmə üçün iki gün vaxt. Gerisini bilirsiniz.
Əmrləri icra etmək əvəzinə bir çoxları onları verməyi sevir. İcra etməyin üstünlüyü verilənləri yerinə yetirmək, əmr verməyin isə mənfi cəhəti – idarəçiliyin və məsuliyyətin artmasıdır. Hər bir əmri icra edənin gözləntiləri və qorxuları varsa, bu işə girməməlidir. İcra olunanların təhlükəsizliyini yalnız yaşayanlar ölçər. Yaşamır, sadecə  mövcudsansa – itirəcəyin bir şey yoxdur.
11. ....................................................................
Boynunun arxasındakı xal nişana alınan nöqtə kimi çox əlverişli idi. Hər dəfə tətiyi basmadan öncə əsən barmaqlarımın tərləməsi, hələ də bu işdə qeyri-professional olduğumu bildirirdi. Dəqiqliyi ilə işimi gördükdən sonra rahatlama əvəzinə beynim qaynar qazan kimi qaynayaraq, durmadan keçmişin görüntülərini irəliyə sürürdü. Daxili mübarizənin sonu bir tək cumlə ilə bitirdi: “Müqəddəslər mən günahkar üçün dua etsin.”
12. ...........................................................................................................
Qaranlıq. Otel otağının küncündə atlas ilə örtülmüş yatağın üzərindəki kompyuteri işə salaraq, axtarışlara başlamış, okean içində itmiş üzüyü axtaran axmaqlar kimi gözlərimi ekrana zilləmişdim.
“Müdafiə nazirliyi...Milli Təhlükəsizlik xidməti...tarix portalları...keçidlər...Daxili işlər Nazirliyi...”saysız-hesabsız məqalələr arasına qərq olaraq sabahı açmışdım. Mən onu tapacam. Mən onu bir gün mütləq tapacam.
13. ................................................................................
27 gün sonra.
- Salam, xoş gəlmisiniz! Mən artıq sizin yeni qonşunuzam!,- bu ölkədə yaşamağıma baxmayaraq, ilk dəfədir ki, türklərə xas olan qonşuluq münasibətinin tətbiqini özümüzdə görürəm,- sizə paxlava gətirmişəm!,- əllərində saxladığı şirniyyat qabını uzadaraq israrla evimə dəvət olunmağı gözləyir ve istəyinə çatmışdı.
Maraq ve narahatlığı əks etdirən ala gözləri ilə ətrafa boylanaraq sanki qeyri-adi bir şeylər axtarırmış kimi danışır, lakin fikrinin əslində başqa bir yerlərdə olduğu aydın görünürdü.
- Hm-m-m...belə...nə işlə məşğulsunuz?,- yeni evimə yoxlama gəlmiş kimi özümü hiss edər, sıxılmağa başlamışdım. Görəsən bu istehza ilə verilən sualın qarşılığında doğru cavabı eşitsə hansı reaksiya baş verər?
- Kim? Mən nə iş görürəm? Mən adam öldürürəm.,- bir anlıq şok almış gözlər, qıyılaraq zarafat olduğunu düşünmüşdü.
- A-ha-ha-ha! Siz çox zarafatcılsınız!
- Hm-m-m...
Soyuqqanlılığın yarada biləcəyi müsbət effektlərdən biri də lazımsız insanları özünüzdən uzaqlaşdırçmaqdı.
- Gözləriniz...linzadir?
- Yox.
- Hələ belə zil qara gözlər görməmişəm!,- təəccüb və heyran dolu baxışlarla üzümə baxırdı.
Genlərimə bir gün təşəkkür edəcəyim ağlıma gəlməzdi. Qaranlığı xaricimdə əks etdirən hər amilə görə dünyaya təşəkkür edirəm.
14. ................................................................
- İş var. Miqdarı böyükdü.
- Mən bu işlərlə məşğul olmuram.
- Sənə böyük məbləğ var deyirəm.
- Dedim axı, yalnız seçilmiş.
- Qərarını düşün.
- Sən onları tapacaqdın! Hanı?
- Söz verirəm, tapacam.
Yay günü olmasına baxmayaraq yağan yağışdan gizlənmək üçün mərkəzdə yerləşən telefon məntəqəsində dəstəyi əsəbimdən asaraq oranı tərk etmişdim.
Sonuncu dayanacaqda sonuncu sərnişin kimi  damlalardan islanmış şüşənin əks tərəfində əyləşərək başımı pəncərəyə dirəmış, göy gurultusundan çaxan ildırımı izləyirdim.
- Hər zamankindən? Kofe və-ə kruassan?
- Bəli.
Buranı sevirdim. Sakitlik və hüzüru ilə seçilən restoranın en pis müştərisi idim. İslanmış yerə sevinclə ayaqlarını basan , daha yenicə yeriməyi öyrənən körpənin addımlarını izləmək həyatın periodik dövr etdiyini anlamaqdır. Her şey bir nöqtəyə qayıdır, hər başlanğıc bir sona bağlanır.
15. ...........................................................................
“Qapılar bağlanır, növbəti stansiya *Elmlər Akademiyası*”.
Daha bir absurd fikir: eyni qatarda neçə həyat var? Hər kəsin tutunacağı, yaşama səbəbi olan nədir? Yoxsa hər kəs daxilən ölü, xaricən diridir? Bax, o, qıvrım saçlı qız. Millimetr məsafəsində yanında əyləşən oğlanın əlinə əllərini tutmuş deyil, keçirmiş, onun gedəcəyinin fobiyasını yaşayır, lakin qarşı cinsin əli qızın barmaqlarını sıxmadığından , bu kiçik nüansdan münasibətin əvvəl-axır sona yetəcəyi məlumdur. Hər şeyin bir sonu var. Bax, o, son üç oturacağın birində sıxılaraq oturan yaşlı birisi. Titrəyən ovucunu açmış mis rəngli xırda qəpikləri gözlərini qıyaraq sayıb, arada bir başındakı köhnə, kənarı yeyilmiş papağını düzəldərək “ah” çəkir. Yanındakı kiçik aptek salafanının bir-iki hissəsində dəliklər və ondan sonra gözəçarpan burnu yeyilmiş, illərin ağırlığını daşımış ayaqqabılar...Bax, o, başını kənara söykəyərək, əlindəki kağız parçasını yelləyərək sərinləməyə çalışan, taqətsiz bədənindən bezən ,bətnindəki səkkiz aylığın ağırlığını daşıması yetməmiş kimi, birdə (müəllif Elyon) yanına bətnindəkindən daha böyük bir çanta qoyan qadın. Biz dözmüşük. Dözürük. Ve dözməliyik.
“Elmlər Akademiyası stansiyası”
Oxuyurmuş kimi təsurat yaradanlara nifrət edirəm. Minlərlə tələbə axını tələsərək vaxta qalib gəlməyə çalışır.  17 yaşlı üzünüzdə məsumluq və təbəssüm. Naməlum gələcəyinizə ümidlə qollarınızı  açıb, bilmədiyiniz, keçmədiyiniz yolları artıq ağlınızda çəhrayı budaqlarla çizmiş kimi görünürsünüz. Sizin gözləriniz rəngi rəngdən seçir, mənim gözlərim yalnız qaranı seçir.
16. ................................................................................
“...və beləliklə, külli miqdarda valyutanın Azerbaycandan çıxarılmasının qarşısı alınıb. İndi isə keçək son kriminal xəbərlərinə...Dünən, 25 avqust saat 10:30 radələrində *** rayon baş polis idarəsinin sahə inspektoru Kazımov Rüfət Allahyar oğlu qətlə yetirilmişdir...”
- Qapida çox duracaqsan?
Massiv qapının önündə dayanaraq izlədiyim kriminal xəbərləri söndürüb qalın ve xırıltılı səsi ilə mənə sual vermişdi. Dəri örtüklü oturacağın sağ tərəfinə əyilmiş vəziyyətdə, ayağını ayağının üstünə qoyaraq, sol əlindəki oniks daşlı, pentaqramm şəklində, kənarları xırda almazlarla incələnmiş üzüyünü fırladaraq, xırda (müəllif Elyon) qəhvəyi gözlərini qıyaraq məndən cavab gözləyirdi.
- Nəyə görə o? ,- söndürülmüş ekrana işarə edərək, son 10 saniyə öncə qətl xəbəri verilən birisini nəzərdə tutaraq soruşmuşdum.
- Eh...,- ayağını aşağı salıb, bədənini biraz qabağa vermişdi,- başından böyük işlər gördüyü üçün,- cavabını heçə saymış kimi qarşısındakı oturacağa əyləşərək üzünə baxmışdım. Baxışlarını aşağıdan yuxarıya doğru gəzdirib,üzərimdəkilərə baxaraq gülümsəmişdi, - qadın kimi görünürsən,- dediklərinə əhəmiyyət verməyib gözlərimi süzdürmüşdüm.
- Məni niyə çağırmısan?
- Könlüm belə istədi...,- hələ də gülümsəyərək baxışlarını üzərimdə gəzdirirdi. Qrasiyalı duruşu ilə yerindən qalxıb, mənə doğru yaxınlaşıb, əlini dizimdən saçlarıma kimi çəkmiş, nəfəsini boynuma verərək “Darıxmışdım” deyərək, öpmüşdü.
- Mən getməliyəm.,- onun əlini kənara çəkərək ayağa qalxmış, vakuumlu havada oksigen axtarırmış kimi dərindən nəfəs alırdım. Gülümsəyərək bir addım qabağa gəlib yenə yaxınlaşmağa çalışdığında, reflektor olaraq onu biraz kənara itmiş, getmək istəyirdim.
- Nə olub sənə? Biz belə razılaşmamışdıq...
- Sənə dedim ki, getməliyəm.
- Hara tələsirsən...
- Yox-yox, toxunma!,- əsərək ondan aralanmış, gülümsədiyini görərək daxilimdəki partlayıcı maddə misali olan əsəbimi cilovlamağa çalışırdım,- Bəli! Biz belə razılaşmamışdıq! Sən onları tapacaqdın!
- Axı sənə söz verdim ki, tapacam.
- Neçə il? Neçə gün? Yeddi il keçib...yeddi il!
- Sən elə bilirsən asandı? Yeddi ildə yeddi milliard insan içində onları tapmaq asandı?
- Mənə bax!,- hədə-qorxu gələrək onunla üz-üzə, göz-gözə dayanmaq, həm nifrət həm anlamadığım, onun qarşısında durduğumda heç cürə çözə bilmədiyim, bataqliğa batmış, ancaq sanki özüm bu bataqlığı seçmiş kimi duyğularımla baş-başa idim,- sözünü tutmasan, növbəti sən olacaqsan!
- Yaxşı da?!,- istehzalı gülüşlə, bir həmlə ilə ona qarşıdurmanın nə olduğunu anlatmağa çalışan bədənimi özünə çəkmiş, önündəki zəyifliyimi başa salmağa çalışırdı.
- Əlini çək!,- hormonlarıma nifrət edər, hər zaman onun qarşısında məni ələ verdikləri üçün özümü məhv etmək istəyirdim,- dediyimi et, dediyini edəcəm!,- söyləyərək, enli qapını sinirlə çırpmış və oradan ayrılmışdım.
17. .........................................................................................
“ – Yox, bu mənimdi, bu da sənin.
- Ikisində də *L* hərfi yazılıb, bax, bu da *L* bu da*L*
- Onda bu mənəm , bu da sən. Sən yaza bilirsən?
- Hə, bax, *L* belə yazılır.
- Ver mən yazım.
- Yox, sən hələ balacasan.
- Bəs mən nə vaxt yazacam?
- Məktəbə gedəndə.
- Bəs mən nə vaxt gedəcəm?
- Bax, indi mən dördüncü sinifdə oxuyanda, sən məktəbə gedəcəksən.
- Onda sən yaz bura *Lemi*
- Yox  , Lemi mənəm.
- Yox, mənəm!
- Ana, qızına de ki, Lemi mənəm!
- Dalaşmayın, sən Ləmansan, o da Lamiyə.
- Yox, mən Lamiyə deyiləm , Lemiyəm!
- Onda Ləman da olsun, Luna.
- Hə-hə, sən Luna, mən də Lemi...”
Rus dilindən tərcüməsi “Ay” deməkdir “Luna”-nın. Əslində hər zaman qara olan, qaranlığa hökmdarlıq yaradan təsuratı bağışlayan Ay, Günəşin şüalarını əks edərək gecəyə aydınlıq verər. Aya səslənən canavarların hüzuru gecələr gəldiyi kimi mənim də gerçəyi əks etdirən, keçmişi ayna kimi önümə gətirən doğrularım gecələr qonaq olurdu.
Bu evin eyvanından günlərdir ağaclığa baxaraq dumanın gələcəyini gözlədiyim kimi heç nəyi gözləmirdim. Keçmişin qorxusunu verə biləcəyini bilərəkdən, ağacların başındakı kiçik hündürlüklərdən enəcək olan, “oralara” dumanı gətirən hava kütləsinə yalvara bilməzdim. Mən göy üzünə hər zaman diqqətlə baxdım. Bilimsizlik və inamsızlıq deyil, şübhə üzündən qərar verə bilmədiyim, cavabını tapmadığım bir sual var: bəs orada kimsə var? Hey, Göydəki...sən varsan? Səni nə var, nə də yox bildim. Bütün bu molekulları birləşdirərək, səbirlə, dözümlə Yaradansan? Onları kim götürdü? Onlar haradadır? Mən sənin var olmağını istəyirəm, ancaq sən çox güman ki, yoxsan.
18. .............................................................................
27 avqust.
Bu rakursdan baxdığım mənzərəni sevirəm. Səni bu gün öldürməyəcəm, yox. Böyüdücü şüşələrdən iki göz sənə baxır, sənin isə heç xəbərin yox. Binanın əks tərəfindəki, qara bir ruha bənzər məxluq, mən, hal-hazırda səni izləyir. Saçlarını sanki saga doğru darasan daha yaraşıqlı görünəcəyini düşünürəm. Gözlərinin rəngini seçə bilmirəm, sol əlinin barmaqlarından dirsəyinə kimi uzanan naməlum yazılar, qarışıq döymə rəsmlər görürəm. Vərəqləri masana tökmüş, yanındakı böyük xəritəyə nəzər yetirib, düşüncəli-düşüncəli əlini saçlarında gəzdirib, qələmini dişlərin arasına almağın doğrusu çox cazibədar görünür. Başını qaldırıb önünə baxırsan...Hara? Mənə baxırsan? Yox-yox, məni görməyin mümkünsüzdür, istiqamətin eyni olsa da, diqqətini başqa bir şey çəkib demək ki...Sabah Ezrailinlə görüşərsən.
19. ..............................................................................
28 avqust.
Bu rakursu çox bəyəndim. Hətta sənə heyifim gəldiyini də bəyan edə bilərəm, lakin bu mənim işimdir. Neçə-neçə can bir cana dəyməzmiş. Gün işığı qızıl rəngli saçlarına parlaqlıq verdiyi saniyələri sevdim. Sənin kim olduğunu dərindən araşdırmadım, (müəllif Elyon) bu mənə heç lazım da deyil. Ancaq qolundaki döymələri oxumaq istəyərdim. Deyəsən sən də qara rəngini çox sevirsən, iki gündür qarğa kimi dolanırsan. Sənin kimi yaraşıqlı qurbandan üzr istəyərdim, lakin ölmək vaxtındır.
- Zibil!!!, - Günəşin şüası alətimin sağ tərəfindəki kiçik alüminium nöqtəyə dəyərək, əks olunmuş və onun gözünə düşmüşdü. Pəncərəni açdığı nəzərimdən yayınmış, şüanın qırılmasının qarşılığını alan heç bir şey yox idi. Atış gerçəkləşmiş, lakin o, cəld davranaraq atışdan öncə güllədən yayınmışdı. Bu qədər professional olacağını bilməzdim. Qarşı binaya qalxıb baxdığını təxmin edərək gözucu ona nəzər yetirmək istədiyimdə bir saniyəlik göz-gözə gəlmiş, bədənim əsərək məhv olduğumu düşünmüşdüm. Axı o məni görməməli idi, bunu hesablamamışdım. Məni axtaracağını və izləyəcəyini anlayır, lakin qaçışın çıxış yolu olmadığını bilirdim. Onu yox etməli idim.
20. ...........................................................................................
29 avqust.
Məni tapmayacağına əmin olmağım üçün məni görməməsi lazım idi. Lakin o, mənim üzümü bir saniyəlik belə olsa görmüşdü.
Minlərlə insanın toplandığı stadionda futbol oyununu izləyənlərdən biri idim. Kütlə olan yerdə iynə tapılmaz.
- Səni görmürəm.
- Görməsən də olar.,- mən isə onu görürdüm. Əlini xamar başına çəkərək, gün işığında işıldayan oniks üzüyünü görürdüm.
-  Dünənin işini bitirməmisən.
- Bilirəm...səhvlik oldu.
- Sənə səhvlərini bağışlamayacağımı bildirmişdim...
- Bu gün işimi bitirəcəm,əmin ol.
- Bəs dünənki səhvin? O , səni artıq görüb, bu gün bacaracağın nə məlum?
- Sənə dedim ki, bu gün bitirəcəm.,- ətrafa boylanıb məni axtarır, narahat şəkildə üzüyünü oynadırdı.
- Məni görürsən?
- Görürəm.
- Bilirsən dünənki günahını nə ilə yuya bilərsən?,- uzaqdan onu yaxşı görməsəm də, gülümsədiyinin fərqində idim.
- Yox, bilmirəm.
- Özün ilə...gecə gözləyəcəm...
- Sağol.,- sözlərinə əhəmiyyət verməyib yerimdən qalxaraq, azarkeşlər arasında gizlənərək oranı tərk etmişdim.
Artıq özümə nifrət deyil, heyfslənirdim. Bəzən nə hallara düşdüyümü dərk edərək dəhşətə gəlir, lakin bir an öncə özümü ələ alırdım. Stadionu tərk edib, səssizcə çıxırdım ki, arxadan kürəyimə dirənən tapançanı hiss edib ayaq saxladım.
- Səsini çıxarma və irəli get.
- Sən kimsən?
- Yaxşı tanıdığın birisi.,- üzümü ona doğru çevirmək istədiyimdə nəfəsini boynuma verərək, saçlarımı kənara cəkmiş, pıçıltı ilə “Geriyə dönmə, önünə bax, Qara. Səni daha çox şey gözləyir...” deyərək qollarımı sıxmışdı.
.........................................................................
BÖLÜM SONU.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Sep 06, 2017 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

"Qara" (Vantablack) by Elyon (Nazrin Elchin Veli-zade)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin