nico_teen_love - Записки на стекле hekayəsinin orjinal versiyasının yazarının profilidir.*Müəllifdən - Bu hekayə anqlo –sakson və alman –skandinaviya mənşəli əfsanə olan - Buzdan Cekin qışın ruhu haqqındakı əfsanəsi əsasında yazılmışdır.
Music- Joshua Radin –Winter
Milad möcüzələrinə inanmağı hələ beş yaşındaykən- Santa Klaus tərəfindən gizlicə qoyulmalı olan hədiyyələrin ,valideynlərim tərəfindən gizlincə parlaq Yeni il ağacının altına necə qoyulduğunu gördüyüm an kəsmişdim. O zaman mən, o qədər də, güclü xəyalqırıqlığı yaşamamışdım. Özümü elə göstərirdim ki,guya heç nə görməmişəm və hər iki tərəfin hədiyyələrini almağa davam edirdim - ilk olaraq Santa Klausun , ikinci olaraq isə valideylərimin. Lakin necədə kədərlidir ki, artıq sehr hiss olunmurdu.
Mən bayramı sevinc hissi ilə gözləmirdim , qar yağışı məni xöşbəxt etmirdi, küçəyə çıxmaq, qar adamı düzəltmək, skeytbordlarla sürüşmək, qartopu oynamaq istəmirdim. Səkkiz yaşındakı bir qıza görə qəribədir,deyilmi? Bütün məsələ onda idi ki,qonşuluqda heç bir uşaq yox idi. Oyun oynayacaq heç kim yox idi . Bizim küçəmiz ümümiyyətlə sakit bir yer idi,burada az insan yaşayırdı.
Evimizlə üzbəüz mənzildə bayram vaxtları evinə çox gözəl bər-bəzəklər vuran yaşlı bir cütlük yaşayır .Soldakı evdə isə rəssamın dul arvadı qalır ,o , artıq beş ildir evini bəzəmir. Sağımızdakı ev isə. Sağımızdakı ev həmişə boş olması ilə məşhur idi. Evin içərisində heç kim yaşamamışdı. Mənim otağımın pənəcərəsi həmin evin pəncərəsinə açılırdı. Gecələr,çarpayıma uzananda,mən həmin "xəyalət" evi izləyərək öz-özümə həmin evdə kimin yaşadığı və nə ilə məşğul olduğu haqqında müxtəlif nağıllar uydururdum. Mənim sakit həyatım bax beləcə davam edirdi. Amma bir gün hər şey dəyişdi.
Başqa bir Yeni il axşamı idi. 25 dekabr ,1965-ci il. O vaxt mən doqquz yaşındaydım.
Ev darçınla bişirilmiş alma , zəncəfil, şokolad, xəmir məhsulları və Milad naharının qoxuları ilə bürünmüşdü. Çöldı qış küləyinin səs küylü melodiyası səslənirdi, şam ağacının altında artıq 12 yaşında olan oyuncaq - Şelkunçik sakitcə dayanmışdı , işıqlarla bəzədilmiş buxarı isə evə dinc bir istilik yayırdı.
- Blubell Rouz , sən artıq arzu tutmusan?- deyə soruşdu babam ,qarşıma başqa bir kiçik hədiyyə qutusunu qoyaraq.
- Mən arzu tutmuram,onlar həyata keçmir-mən cavab verdim.
- Bu necə olur Blubell Rouz? Sən Santaya inanırsan ,amma diləklərinin reallaşmasına yox?- anam gülümsəyərək, fincanın içərisinə çəhrayı zefirli isti şokolad tökdü.
- Amma mən heç vaxt heç nə istəməmişəm .Mən heç vaxt dilək tutmamışam,buna görədə onların gerçəkləşməsinə inana bilmirəm-mən çiyinlərimi çəkərək cavab verdim.
- Onda sən bunu götür və yoxla.Bu Milad gecəsidir- möcüzələr gecəsi,- babam hekayətçi ədası ilə dedi. Mən isə cavab olaraq yalnız gülümsədim,amma onun dediklərini də,ciddi qəbul etməmişdim.
Bir saat sonra , mən artıq yatmağım üçün otağıma göndərilmişdim. Amma mənim yuxum gəlmirdi. Məni qəflətən əzabverici melanxoliya və qəzəb dalğası bürüdü.
Pəncərədən çöldə, böyük ləkə formasınd qar topaları yavaş –yavaş yerə düşdü, göy üzündə ulduz yox idi, lakin böyük buludlar var idi, hansılar ki, qış səmasında tünd – bənövşəyi rəngə çalırdılar.
Pəncərənin şüşəsinə yaxından baxdıqda isə ,qəribə izlər görünürdü, mən aypara formasındakı qızılı gecə lampasını söndürməli oldum. Adətən mən otağımda işıq yanmadan dura bilmirdim, ,amma bayram atmosferi bu gecə məni sakit hiss etdirirdi və məndə elə bir təsir oyadırdı ki, sanki bu gecə heç bir pis şey baş verə bilməz.
Otaq qaranlığa qərq olan zaman ,mən yenidən çarpayımdan dikəlib pəncərəyə yaxınlaşdım. Bayram möcüzələri haqqındakı fikirlər məni sakit buraxmırdı.
Mən demək olar ki həyatım boyunca bütün qışları tək keçirmişəm. Mənim yanımda gəzib dolaşmaq, söhbət etmək,hədiyyələr vermək və bayram təssüratlarımı bölüşmək üçün heç kim yox idi.
1965 -ci ilin Yeni il gecəsində mən etinasızca , elə - belə bir dilək tutdum.
1965-ci ilin Yeni il gecəsində qonşu evin pəncərəsinin şüşəsində belə bir yazı peydə oldu
<<Xoş bayramlar.>>
ŞİMDİ OKUDUĞUN
Buz bağlamış məktublar.
General FictionMəndən soruşanda ki, o kim idi -mənim ağlıma ilk olaraq gələn, Milad bayramının yeknəsaq zəng səsi, yaşıl alma, xışıltılı hədiyyə paketləri,ədviyyatlı mulled şərabı,soyuqdan donmuş barmaqlar, uşaqların qulaqbatıran gülüş səsləri, qara qarağatın qox...