Bölüm 1

6 0 0
                                    

Hüseyn-Zeynəbin atası 56 yaşında
Səlimə- Zeynəbin anası 49 yaşında
Aqil-Zeynəbin böyük qardaşı 24 yaşında
Yaqub- Kiçik qardaş 20 yaşında
Zeynəb- 17 yaşında
Xalidə- kiçik bacı 15 yaşında

Adım Zeynəbdir...17 yaşım var.Atam həkim anam isə aptekdə çalışırdı.Ailədə 2 bacı və 2 qardaşıq.Atamın ailədə sevdiyi övladı mən idim.Digərlərini də əlbəttə atam çox sevirdi.Lakin mənə daha çox dəyər verərdi.Böyük qardaşım Aqil evli idi.2 il öncə artıq ailə qurmuşdu.Digər qardaşım subay idi.Təhsilini davam etdirmək istəyirdi lakin onun da sevdiyi var idi.Mən isə ailə qurmaq barədə düşünmürdüm.Amma ailəm artıq məni istəməyə gələn Əmirovlar ailəsinə vermək istəyirdi.Atam yaxşı ailə olduğunu deyirdi anam isə razı deyildi.Bu insanlar qardaşımın həyat yoldaşının qohumları idi.Bir neçə dəfə istəməyə gəlmişdilər mən isə evdən çıxıb getmişdim xalamın evinə.Xalam isə istəmədiyimi açıq bir şəkildə deməyimi məsləhət görürdü.Mən də buna əməl etdim.Evə qayıtdım və mən gəldikdə artıq getmişdilər.O insanla ailə qurmaq istəmədiyimi atama bildirdim.Atam heçnə deməyib otağına keçdi.Anam da atamın yanına getdi.Mən isə göz yaşlarımı artıq saxlaya bilmirdim.Sanki boşluqda idim...Sevmədiyim bir insanla necə evlənə bilərdim? Axı bu mənim həyatımdır.Nə üçün müdaxilə edirlər.Məgər mənim xoşbəxt olmamı istəmirlərmi? Və ya yaxşı ailə olduğunu fikirləşərək xoşbəxt olacağımımı düşünürlər? Nə olursa olsun bu mənim həyatımdır...
15 dəqiqə sonra anamın otaqdan çıxdığını gördüm.Anam məyus bir halda gözlərimə baxdı.Gəldi və yanıma əyləşdi. Dedi:
Qızım, atan ilə danışdım.Lakin bir nəticə olmadı.Atan mənə Fikrət çox yaxşı bir insan, ailəsi də tanınan sayılan bir ailə olduğunu və sənin xoşbəxt olacağını dedi.
Mən artıq düşünə bilmirdim.Axı atam məni çox sevirdi.Necə mənə bunu layiq görürdü.Həyatım barədə qərar verə bilirdi.Üstümə paltomu geyindim və evdən dərhal çıxdım.Nə edəcəyimi hara gedəcəyimi bilmirdim.Həyat sanki mənim üçün dayanmışdı.Havanın soyuq olmasına baxmayaraq daşın üzərində oturdum.Soyuğu hiss etmirdim.Anidən çiynimdə birinin əlini hiss etdim.Ona tərəf baxdığımda bu o idi...Fikrət ....
Yanımda oturdu.Soyuqdan onun da üzü qızarmışdı.Bir neçə dəqiqə səssizcə yanımda oturdu.Bir kəlmə söz demədi.Mən də demədim..Sonra isə əlini soyuqdan donmuş əlimin üstünə qoydu.Gözlərimə baxdı və hər şeyin yaxşı olacağını dedi.Fikrət əslində atamın dediyi kimi idi.Mənfi fikir eşitməmişdim o və ailəsi haqqında.Heç bir söz demədən ayağa qalxaraq çıxıb getdim.Axşam olduğundan hava qaralmağa başlayırdı.Artıq evə getmək vaxtı idi.Sakit bir şəkildə evə daxil oldum.Hamı evdə idi.Bacım harda olduğumu soruşduqda biraz hava almaq istədiyimi deyərək otağıma doğru getdim.Güzgüyə baxdığımda soyuqdan göyərmiş dodaqlarım və ağlamaqdan qızarmış gözlərimi gördüm.Fikir vermədən üstümü dəyişdim.İşığı söndürdüm və yatağıma uzandım.Bəlkə də hər şey atamın dediyi kimi daha yaxşı olacaqdı....

You've reached the end of published parts.

⏰ Last updated: Aug 03, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

*Son Söz*Where stories live. Discover now