Ah! Mən hardayam belə?Ya Rəbbim, niyə mənim başıma bu bəlalar gəlir?!"
Ayxan həm qəribə məkandakı gur işıqlara, həm də baş ağrısı və halsız olduğuna görə ətrafını tam olaraq görə bilmirdi. Həmin anda iki qəribə- az da olsa insana bənzər məxluqlar ona tərəf yaxınlaşdı.
-"Bismillah! Siz kimsiniz? Ayxan , yuxu görürsən. Qorxma . Real həyatda belə məxluqlar yoxdu."- deyərək özünü gördüklərinin həqiqi olmadığına inandırmağa çalışırdı.
- Siz yuxu görmürsünüz. Biz, sizin adlandırdığınız UNO-larıq.
-Nə UNO? Siz nə danışırsınız? Deyəsən, kimsə mənimlə çox pis zarafat edir. Məni dəli etmək istəyirlər. Belə şey ola bilməz . Siz ancaq bəzi alimlərin uydurduğu fərziyyələrdən ibarətsiniz. Siz yoxsunuz. Yox .Bir neçə saat bundan əvvəl...
-Teymur, yenə internetdə nə məlumatlar axtarırsan?
-Ayxan, bir neçə gün bunan əvvəl Azərbaycanda UNO görülüb. Hal - hazırda o videonu axtarmaqla məşğulam.
-Ay Teymur , belə mənasız şeylərə görə özünü yorma. "Yad planetli" deyilən varlıqlar yoxdu. Onlar sadəcə bir fərziyyədən ibarətdirlər. Hətta mən səndən əvvəl yad planetlilər haqqında araşdırmışdım. NASA mediaya yanlış məlumatlar ötürür. Mən inanıram ki, əsl həqiqətləri üzə çıxartmırlar. Yadındadırsa , 2012-ci il dekabrın 21-ində "Dünyanın sonu" ilə bağlı informasiyanı ictimaiyyətə yaymışdılar. Belə informasiya insanların bədbinləşməsinə səbəb oldu və bu işdə NASA başlıca rol oynamışdı. Yəni deməyim odur ki, hər gördüyünə inanma. Mən onların varlığına heç vaxt inanmamışam.
-Ayxan, Allahın işini bilmək olmur. Bəlkə də nə vaxtsa, inanmadığın varlıqlar qarşına çıxacaq. Bax, o zaman bu dediklərini xatırladacam sənə.
-ha, ha, ha... Əşi boş ver. Mən gedim evə. Hələlik-deyərək Teymurun qaldığı evdən çıxdı.Saat 00:00. Ayxan evə gedəcəyini dostuna desə də ,əslində, evinə getmək istəmirdi. Fikirləşirdi ki, dəniz sahilinə getsin və getdi də. Yerdə oturaraq dənizi seyr etməyə başladı. Fəqət, eşitdiyi qəribə səslər onu daldığı xəyallardan uzaqlaşdırdı. Oturduğu yerdən qalxaraq, səsin gəldiyi yerə doğru getdi. Hər addım atdıqca səsin artdığını eşidirdi. Uğultuya bənzəyən səs. Nə baş verdiyini anlaya bilmirdi. Gecənin bir yarısında , belə qəribə səslərin gəlməsi onu vahiməyə salırdı. Bir anda gördüklərindən şoka düşərək, elə yerindəcə huşunu itirdi.
Bir neçə saat sonra....
-Siz nə üçün bizim varlığımıza inanmırsınız?- deyə yad planetlilərdən biri soruşdu.
- Bu necə ola bilər axı. Mən sizin haqqınızda bir sıra araşdırmalar apardım. Tapdığım məlumatlar nəticəsində sizin var olmadığınız qənaətinə gəldim. Bir dəqiqə. Siz bizim dildə necə danışırsınız?
- Biz yer kürəsində nə qədər dil varsa, hamısını bilirik. Siz insanlar bəzən dahi olduğunuzu düşünürsünüz. Amma bir şeyi yaddan çıxardırsınız. Sizlər bizim sayəmizdə "dahi"ləşirsiniz.
-Siz nə üçün belə fikirləşirsiniz ki?
-Diqqət etsəniz bilərdiniz ki, biz yer kürəsini araşırmaq üçün müəyyən vaxt ərzində yerə enirik. Lakin bəzi səbəblərə görə geri qayıda bilmirik. Insanlar bizim mexanizmanı tapdığında araşdırmağa başlayırlar. Yeni texnoloji nəsə kəşf etmiş kimi yaratdığımız bir sıra aparatları özünküləşdirib, istifadə edirlər. Məsələn, istifadə etdiyiniz telefon, televizor və sair bizim texnologiyamıza aiddir.
- Yaxşı, bəs sizləri araşdırıblar?
- Bu haqqa danışmaq istəmirəm. Bir azda sizin planet haqqında araşdırdıqlarımızdan danışaq.
- Buyurun.
-Deməli, biz yer kürəsi haqqında bir çox araşdırmalar apardıq. Hətta orada yaşayan müxtəlif canlılar barəsində də. Gəlin sizi laboratoriyamıza aparaq. Orada sizə ətraflı şəkildə hər şeyi izah edəcəyik. ****
-Ayxan, sən hardasan axı?! Niyə zənglərimə cavab vermirsən? -deyə Teymur təlaşlı şəkildə dostunu axtarırdı. Ağlına gələn hər yerə baxdı. Amma Ayxanı tapa bilmədi. Birdən kimsə Teymuru qışqıra-qışqıra çağırdı.
-A bala, ay oğlum.
- Seymur əmi, nə olub?
-Dünən gecə getmişdim dəniz sahilinə. Evə qayıdanda gördüm ki, "tarelka"ya oxşuyan nəsə yerə düşdü. Bir az dayandılar. Sonra o tarelkadan iki nəfər əcaib məxluqlar çölə çıxdı. Bir də gördüm bəri tərəfdən də Ayxan onlara tərəf gedir. Elə bil, uşağı infarkt vurdu. Birdən birə yerə yıxıldı. Həmin iki əcaib məxluqlar Ayxanı özləri ilə götürüb apardılar. Indi kimə danışıram , heç biri mənə inanmır.
-Əmi, sən nə danışırsan? Yəni deyirsən naməlum məxluqlar Ayxanı apardı? Bu ola bilməz axı.
-A bala, vallah düz deyirəm. Qaçırtdılar uşağı.

VOUS LISEZ
UNO👽
Fantasy16 yaşımda yazdığım ilk elmi- fantastik hekayə ☺. Fikir bildirməyi unutmayın☺. Önəmlidir.