Watty-2019

244 171 65
                                    

Mən Cavid...

Günlər əvvəl mağaranın çökməsi nəticəsində yer altında ölümə tərk edilmişəm.
Kim bilər bəlkə də öz dünyamızda artıq ölmüşəm?!
Yaxşısı budur hekayəmi ən başından danışım.

Hərşeyin baş verdiyi gün
Ölkənin bu kiçik şəhərində yalnızca bir universitet var idi. Uşaqlıqdan bu şəhərin sakinləri olan Adil, Zaur və mənim dostluğumuz o qədər möhkəm idi ki, ali məktəb sıraları belə bizi bir-birimizdən ayıra bilməmişdi. Təhsil aldığımız ixtisaslar fərqli olsa da, hər zamankı kimi birlikdəydik. Dostlarımla hər gün birlikdə vaxt keçirirdik, həm də eyni yataqxananın, eyni otağında qalırdıq.

Digərlərindən elə də fərqlənməyən dərs günlərimizdən biri idi. Nəysə ki bugün cümə idi. Dərsdən çıxıb gəzintiyə getmişdik. Vaxt o qədər maraqlı keçirdi ki, saatın necə gəlib keçdiyini, axşam düşdüyünü hiss etməmişdik. Hava təzəcə qaralmağa başlayırdı. Söhbətləşərək yataqxanaya tərəf istiqamət götürmüşdük. Yataqxana yaxınlığında yarım qalmış qəribə görünüşlü bir inşaat var idi. O yer haqqında hərdən qəribə sözlər eşidirdik. Bəziləri oradan əcaib səslər eşitdiyini deyir, kimisi qışqırıqlar, uğultular eşitdiyini iddia edirdi. Hətta təklikdə o yoldan keçəndə kiminsə kömək istədiyini, ağladığını iddia edən də olmuşdu.
Bir dəfə Zaur, kimdənsə eşitmişdi ki, orada gizli xəzinə xəritəsi var və bir gün o xəzinə kiməsə qismət olacaq. Bizdə hərdən o xəzinənin xəyallarını qurur, qarşımıza çıxarsa, o qədər pulla nə edəcəyimizi, daha doğrusu nələr edə bilməyəcəyimizi fikirləşib, axırda zarafata salıb üstündən keçirdik.
Dostlarımla axşamçağı inşaatın qarşısından keçərkən vahimələnmişdik. Addımlarımızı sürətləndirərək nəhayət yataqxanaya çatdıq. İçəri girdik. Cümə günü olduğundan dərsimiz yox idi. Bizdə vaxtımızı səmərəli keçirmək üçün oxuduğumuz bir kitabı müzakirə etməyi qərarlaşdırdıq. Otaqdakı digər yoldaşlar bizə qoşulmasa da müzakirələrimizə maraqla qulaq asırdılar. Nəhayət gecə yarısı yatmağa qərar verdik. Yataqlarımıza yenicə uzanmışdıq ki, qəfil gələn səslə üçümüz də yerimizdən dik atıldıq. Boğuq uğultuya bənzəyən səs bizi xeyli qorxutmuşdu. Zaur gözləri bərəlmiş halda "Bu o səsdi" dedi.

"Fərziyyədi o. Bəlkədə küləkdi nə bilirsiniz?" deyə Adil qorxaraq dostlarını sakitləşdirməyə çalışsa da özü də açıq-aşkar qorxmuşdu.

Lakin məni maraqlandıran səsin haradan gəldiyi deyil də, otaq yoldaşlarımızın bu səsdə necə belə rahat yata bilməsi idi. Yerimdən qalxdım.  Sərdara yaxınlaşıb, onu oyatmağa çalışdım. Bizdən əvvəl yatmağa qoyulan otaq yoldaşlarımız artıq yuxuya getmişdilər. Sərdar üzünü büzüşdürüb bir gözünü zorla  aralayaraq mənə baxdı.

"Nədi gecəni bu vaxtı?"
"Bu səsdə necə yatırsan sən?"
"Mən səs filan eşitmirəm zarafat üçün gec saatdı Cavid get yat" deyərək mənə arxasını döndü.

Onun sözlərindən heyrətə gəlmişdim. Adil və Zaura yaxınlaşdım. Onlar da ən az mənim qədər heyrətə düşmüşdü. Lakin gözlərində heyrətdən əlavə qorxu da var idi.

"Qalxın bu belə olmaz. Gedək ora baxaq" dedim.
Zaur "Gecə yarısı? Səhər gedərik" dedi.
"Gündüz vaxtı oradan səs gəlmir, Zaur. Cavid haqlıdır indi gedib baxaq" deyə Adil geyindi.

Hamımız geyinib çölə çıxdıq və səsin gəldiyi tərəfə baxdıq. Adil haqlıydı səs inşaatdan gəlirdi.
Ağır addımlarla binadan çıxdıq. Söz-söhbətlər və gecənin qaranlığının verdiyi vahiməylə gedib-getməmək arasında qalmışdıq  Nəhayət cəsarətimizi toplayıb tikintinin içinə addımımızı atdıq . Uğultu sanki içəridən deyildə qulağımızın içindən gəlirdi. Tikintinin içərisinə doğru  irəliləyərkən səs çıxarmamağa diqqət edirdik. Uğultu artıq dözülməz dərəcədə artmışdı. Nəhayət quyuya bənzər bir yerə çatdığımızda səs anidən kəsildi. Təəccüblü halda Adil və Zaurla bir-birimizə baxdıq . Torpaq yumşaq idi, sanki eşələnmişdi. Zaur yavaşca əyilib torpağı qurdaladı . Quru olmasına baxmayaraq Zaurun əli torpağa palçığa batar kimi batmışdı.
"Tapdım" deyərək əlini torpaqdan çıxararkən, əliylə birgə kağız parçası çıxartdı. Torpağın içində olmasına baxmayaraq tər-təmiz görünən kağız ilk başda ağappaq idi.
Üçümüzdə yaxınlaşıb kağıza baxaraq toxunduğumuzda kağız sirrlərini göstərməyə başlamışdı.
"Haqlıdırlar. Bu bir xəritədi" deyə Adil heyrətlə dedi.
"Bu xəritə dağın ətəyindəki meşəni göstərir" dedim.
Adil həyəcanla "Nə deyirsiniz macəraya varsınız?" deyəndə gözləri parıldayırdı.
"Yox yox məncə bunu atıb geri qayıtmalıyıq" deməsiylə birgə qulağımıza daha möhkəm, lakin qısa bir uğultu gəldi.
"Sirri tapmağa razı olanlar əl qaldırsın" deyərək əlimi qaldırdım.
Adil həmin an əlini qaldırdı. Zaur tərəddüd etsə də razılığını bildirdi.
Beləliklə xəritənin təpənin ətəyindəki meşəni göstərdiyini yarı hesablama, yarı intuisiya ilə qərarlaşdırıb yola çıxdıq. Yol çox uzun deyildi.  Bir saat sonra artıq meşənin başlanğıcına çatmışdıq .
"Gözlərinizi dörd açın, ən kiçik bir tərslikdə hamı kömək çağırmaq üçün ardına belə baxmadan qaçır. Razılaşdıq?" deyərək dostlarımı təmbehlədim.
Razılıqlarını bildirdikdən sonra hərəmiz əlimizə özümüzü qorumaq üçün möhkəm bir ağac budağı götürüb meşənin dərinliyinə doğru yola çıxdıq.
Bu meşəyə daha əvvəl çox gəlmişdik hər yerini əzbər bildiyim halda gecə yarısı bu qədər vahiməli olacağını bilməzdim.
Gedərək meşənin dərinliyinə çatmışdıq. Lakin nə bir canlıya rastlamışdıq, nə də ki bir səs eşitmişdik. Artıq gecə saat 4 idi. Açıq havanın verdiyi təəssüratla yuxumuz da qaçmışdı. Biraz oturub dincəlmək adına Adil bir kötüyün üstünə oturdu.

Çağırış #Waty_2019Where stories live. Discover now