26 yaşım var mənim,15 ilini sənsiz yaşamışam,ya da yaşamağa,böyüməyə çalışmışam...15 ilin necə keçdiyini necə danışım,necə yazım,bilmirəm,bircə bunu deyə bilərəm ki,sən olmadan kor-koranə,heç bir şey öyrənmədən,anlamadan böyümüşəm,yetim kimi...ətrafımızda olan doğma və yad insanların:-" Baxın,o filankəsin qızıdır,yetimdir"- baxışları altında...Həyat mənə yalnız bir şey öyrədib-SƏNSİZLİK....və yalnız bir şeyi alıb əlimdən-səninlə dolu anlar....