ARMY KİMDİR?

440 70 21
                                    


ARMY'nin kim olduğunu bilmək üçün əvvəlcə BTS'i tanımaq lazımdır. BTS ilk dəfə 13 iyun 2013-cü ildə çıxış etmiş və 7 üzvdən ibarət Cənubi Koreyalı pop musiqi qrupudur. Öz mahnılarında əsasən insanın şəxsi təkamülü, gənclərin problemləri, xəyalları gerçəkləşdirmək və irəliyə doğru addımlamaq kimi gündəlik bir çoxumuzun qarşılaşdığımız və həyatımız boyu mübarizə apardığımız məsələlər öz əksini tapır. BTS qrupunun fəaliyyəti barədə irəliləyən bölümlərdə daha ətraflı məlumatlar oxuyacaqsınız. Hələlik isə mövzumuzun başlığına diqqətimizi yönəldək.

BigHit şirkəti nəzdində çıxış edən və hazırda da bu şirkətin nəzdində fəaliyyət göstərən BTS qrupu səhnəyə çıxdıqları andan bir çoxları tərəfindən kəskin nifrətlə qarşılansalar da, onları sevənlər də az olmamışdır. Məhz həmin sevənlər "ARMY" adlanır. İlk vaxtlar BTS'i sevən ARMY'lərin sayı bu günlə müqayisədə çox az idi doğrudur. Amma bu BTS'in və sayı az da olsa, onları sevən ARMY'lərin fəaliyyətinə heç bir mənfi təsir göstərə bilməmişdir. Aşağıdakı şəkil 2013-cü ilə aiddir və bu şəkil hələ o vaxtlardan ARMY'lər və BTS arasındakı isti münasibəti və sevgini izah edir.

 Aşağıdakı şəkil 2013-cü ilə aiddir və bu şəkil hələ o vaxtlardan ARMY'lər və BTS arasındakı isti münasibəti və sevgini izah edir

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.


Qrupun fəaliyyətinin bir ayının tamam olmasına çox az qalmış iyulun 9-u 2013-cü ildə BTS öz fandomu üçün ad seçir və adın "A.R.M.Y" olması qərara alınır. Yeni çıxış etmiş bu kiçik qrup fandomlarına verilən adın sevincini öz twitter paylaşımlarında belə qeyd edirlər.

 Yeni çıxış etmiş bu kiçik qrup fandomlarına verilən adın sevincini öz twitter paylaşımlarında belə qeyd edirlər

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

9 iyul 2013-cü il BTS'in twitter paylaşımı:

"Nəhayət!! Fanclub adımıza qərar verildi!!! A.R.M.Y
Bir çox namizəd arasından biz ən çox səs toplayan A.R.M.Y adını seçdik!! A.R.M.Y'lər, hamınız gözəlsiniz~ Bunu çox sevdim. Səbirsizliklə gözləyin!! @_@ "

Bəs "A.R.M.Y" mənası nədir? Bəziləri ilk dəfədən bunun ingilis dilindəki "army" (ordu) sözü ilə eyni olduğunu düşünsələr də, əslində bu adın özünəməxsus bir mənası var:

A - Adorable
R - Representative
M - MC
     for
Y - Youth

Yəni, "gənclik üçün ən gözəl təmsilçi", "gəncliyin sitayişə layiq təmsilçisi". Bəli, BTS'in öz ARMY'ləri üçün seçdiyi ad bu qədər gözəl və dərin mənaya sahib bir addır. Məhz buna görə də əsl ARMY'lər hər zaman qürurla "Mən ARMY'əm" deyə bilirlər.

BTS'in büdcəsi çox olmayan bir şirkətdən çıxış etməsinə, ilk başlarda öz tərzlərinə, musiqilərinə və mahnılarında vermək istədikləri mesajlarına görə bir çoxları tərəfindən nifrətlə qarşılanmasına, lağa qoyulmasına baxmayaraq ARMY hər zaman onların yanında olmuş, onları dəstəkləmiş və sevgisini göstərmişdir. Bəzən sadəcə bir məktubla, bəzən kiçik bir hədiyyə ilə BTS üzvlərinə həmişə onların yanında olduqlarını hiss etdirmişlər. İllər keçdikcə, BTS qarşısına qoyduğu hədəflərə və məqsədlərə çatmaq üçün çox çalışdıqca ARMY də BTS'lə birlikdə çalışmış və yenə də əllərindən gələn dəstəyi, köməyi göstərmişlər. Musiqi şoularındakı çıxışlarında iştirak edib onlara fanchant etmək, albomlarını almaq, konsertlərində iştirak etmək, səsvermələrdə aktiv şəkildə səs vermək, ən önəmlisi isə BTS'in məlum olan sadəcə bir sosial şəbəkə hesabına twitterə öz sevgi mesajlarını göndərmək ARMY'lərin həyatının bir parçasına çevrilmişdir.

Bu gün BTS'in dünyanın bütün bölgələrində təxminən 20 milyondan çox, hətta daha çox ARMY'si var, nə olursa olsun onların arxasında dayanan, dəstək olan və sevgisini göstərməkdən bir an belə yorulmayan. Bəzən BTS'ə mahnı sözləri yazmaqda ilham olan, bəzən də BTS'dən ilham alaraq öz həyatında müvəffəqiyyət qazanmış ARMY'lərin sayı heç də az deyil. Bəzən çox da məlumatı olmayanlar ARMY'ləri və onların bu sevgisini "uşaqca", "gəlib keçən bir həvəs", "7 oğlana dəli kimi aşiq olmuş azyaşlılar" adlandırsalar da, zaman keçdikcə daha yaxşı görürlər və başa düşürlər ki, bu sevgi nə yaşdan, nə rütbədən, nə də başqa amillərdən asılı olan bir sevgi deyil. Bu çox saf və məsum bir ehtiras, coşğu, xəyallara və arzulara işıq salan bir çiraq və çiçəkli bir yoldur. Aradakı məsafənin, dilin, dinin, irqin, cinsin, etnik-mədəni dəyərlərin heç amma heç rol oynamadığı bu əlaqədə BTS və ARMY bir-birini qarşılıqlı başa düşür, sevir və hörmətlə yanaşır. Buna görə də qarşılıqlı sevgidən yaranmış mahnılar ARMY olmayanlar tərəfindən də çox bəyənilir və sevilir. Və dünyanın hansı ölkəsinə gedirlərsə getsinlər, hansı verilişdə iştirak edirlərsə etsinlər, hansı mükafatı qazanırlarsa qazansınlar hamını təəccübləndirən və hamının ağlında olan bir sual var...

"Necə olur ki, ARMY BTS'i bu qədər çox sevir?"


                                                                            Aitadzh

ARMY'nin Kainatı BTSHikayelerin yaşadığı yer. Şimdi keşfedin