DÜNƏNKİ BTS NECƏ İDİ? (2010-2015)

184 24 8
                                    


BTS bu gün dünyaya səs salan, öz fəaliyyətləri ilə rekordlar qıran və bütün dünyada sevilən bir qrupdur. Nəzdində fəaliyyət göstərdikləri BigHit şirkəti hazırda Cənubi Koreyanın ən gəlirli şirkətlərindən biridir. Hər il 100 milyon dollardan çox gəlir əldə edən BTS Cənubi Koreyanın turizm sənayesinin əsaslı şəkildə inkişafına da təkan vermişdir. 2018-ci il oktyabr ayında Koreya dili və mədəniyyətini bütün dünyaya layiqincə tanıtdıqları üçün Cənubi Koreya Prezidenti tərəfindən "Mədəni Ləyaqət Nişanı" ilə təltif olunmuşlar.

 2018-ci il oktyabr ayında Koreya dili və mədəniyyətini bütün dünyaya layiqincə tanıtdıqları üçün Cənubi Koreya Prezidenti tərəfindən "Mədəni Ləyaqət Nişanı" ilə təltif olunmuşlar

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Bütün bunlar qarşısında ağıllarda bir sual doğur:


"Dünənki BTS necə idi?"

2010-2012

BTS qrupu 2010-cu ildə BigHit şirkətinin CEO-su Bang Shi-hyuk (Banq Şi-hyuk) tərəfindən formalaşdırılmışdır. BTS qrupunun adının mənası Koreya dilində Bangtan Sonyeondan (Banqtan Sonyondan), tərcüməsi isə "Gülləkeçirməz Oğlan Kəşfiyyatçıları" deməkdir. Bang Shi-hyuk bu qrupun yalnız hip-hop üslubunda fəaliyyət göstərməsini və 2011-ci ildə çıxış etməsini nəzərdə tutduğu halda, 2010-2012-cü illərdə qrup tərkibinin tez-tez dəyişməsi, bəzi üzvlərin qrupdan ayrılması kimi səbəblərdən fikrini dəyişməli olmuşdur. O, müasir gəncliyin "söykənə biləcəyi etibarlı çiyinə sahib bir qəhrəmana" ehtiyacı olduğunu düşünərək indiki BTS qrupunu formalaşdırmaq üçün səy göstərməyə başlamışdır və 2012-ci ildə möcüzəvi təsadüflər nəticəsində qrupun tərkibi artıq 7 üzvdən ibarət idi: Jin, Suga, J-Hope, RM, Jimin, V və Jungkook. Çıxışlarından təxminən 6 ay əvvəl diqqət çəkmək üçün müxtəlif sosial şəbəkə hesabları açmış və burada öz səsləndirdikləri mahnıları, rəqsləri nümayiş etdirmişlər. Buna görə də hələ çıxışlarından əvvəl bir çoxlarının diqqət mərkəzində olmağı bacarmış və özlərinin ilk fanlarını qazanmışlar.

2013

Çətin stajerlik, ağır şəraitlərdə işləmə, yoxsulluq dolu zamanlarda 13 iyun 2013-cü ildə BTS başlıq mahnısı "No More Dream" olan "2 Cool 4 Skool" adlı ilk albomları ilə çıxış etdilər.

Çətin stajerlik, ağır şəraitlərdə işləmə, yoxsulluq dolu zamanlarda 13 iyun 2013-cü ildə BTS başlıq mahnısı "No More Dream" olan "2 Cool 4 Skool" adlı ilk albomları ilə çıxış etdilər

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.
ARMY'nin Kainatı BTSHikayelerin yaşadığı yer. Şimdi keşfedin