Leyla iş bitəndən sonra evə qayıtdı demək olar ki, tək qalırdı hə bir də Sima arada gəlirdi. Sima Leylayla çoxdan tanış idi. Demək olar çətin günləri bir keçmişdi lap orduda sona kimi döyüşən iki əsgər yoldaşı kimi.. Simanın həyat hekayəsi Leyladakı kimi qarışıq idi. Yəni ən azından o belə hesab edirdi.
Hər şey 3 il bundan qabaqkı hadisələrlə başladı.. Nə biləydi axı belə olar.. sevərək evləndiyi insanın ona inanmaması onu incidirdi. Nə qədər nifrət eləsə də bəlkə də hələ də sevirdi onu..
Leyla özün həmişə tək hesab eliyirdi. Demək olar tanıdıqlarına”ailəm yoxdu” deyirdi . Bir tək Sima hər şeyi bilirdi. Leyla ailə üzvləri ilə atası bacısı qardaşı ilə küs idi. Sadəcə bacısı qızı ilə arada görüşürdü o da arabir gizlin.. Ailə üzvləri ilə danışmamağının səbəbi isə çox idi. Ümumiyyətlə bu barədə danışmazdı..
İki gün keçdi. İşdən çıxan kimi Simagilə getdi. Simayla dərdləşib söhbətləşmək ona yaxşı gəlirdi. Ən azından üzünü güldürəcək yeganə şəxs o sayılırdı. Baxmayaraq ki aralarında olan yaş fərqi onlara mane olmurdu.
Simanın başına gələnlər isə daha ürəkağrıdıcı idi. Sima yaşadığı qəzadan sonra oğlunu və həyat yoldaşını eyni vaxtda itirmişdi. Elə buna görə də əsəb sistemi psixologiyası alt üst olmuşdu. İçki içir siqaret belə çəkirdi arada.. Leyla nə qədər təkid eləsə də ata bilmirdi həmişə ona belə cavab verirdi:
-Leyla bunları da eləməsəm dəli olaram. Başa düşürsən?! Bilirəm heç yaxşı deyil amma özümü belə ovuduram.
Əslində Sima çox şən optimist həyat dolu qadın idi. Yəni əvvəllər.. ailəsini itirənə qədər ... 9 dekabrlara qədər... Leyla ilə Sima keçmiş iş yerində tanış olmuşdular. Simanın işdən qovulmasına səbəb də içki olmuşdu. Psixoloji dispanserdə müalicə alsa da xeyri olmamışdı. Dediyinə görə isə bir az içki və tütün onun sakitləşdiricisi idi..

YOU ARE READING
PAYIZ GECƏSİ
ChickLitGənc qadının başına gələnlər... Yanlış anlaşılma.. Kədər ayrılıqlar..