prologen

94 5 5
                                    

Dazai qışın ən şaxtalı dönəmində, bayırda uğuldayan külək, və onun səbəb olduğu qar uçqununa baxmayaraq küçədə, incə bir köynək, şalvarla oturmuş, hər hansısa bir içki və narkotik istifadə etməməsinə baxmayaraq, təmamilə uyuşuq və özündən keçmiş bir vəziyyətdə idi.

Səfil gününə düşmüştü. Saçları çiyinlərinə qədər uzanmış, özü arıqlamış, gözləri yuxusuzluqdan qızarmış, görünən bandajları kirlənmiş idi. Təbii ki,o Dazai Osamu idi, bu vəziyyəti ilə belə diqqəti üzərinə cəlb edirdi. Lakin köhnə Osamu ilə bu Osamu arasındaki fərq bəlli idi.

Dazai bəs nəyə görə bu günlərə qalmışdı? Nə üçün özündən əmin Dazai Osamu bu günlərə düşmüş idi?

3 il əvvəl, bəlkə də özündən çox düşündüyü, özündən çox sevdiyi Chuuya, ətrafındaki hər şeyi atıb getmiş idi. Daha doğrusu itkin düşmüşdü, Osamu onu 1 ilə yaxın axtarmış, tapa bilməmişdi. Onun inadkarlığını bilən, bilir idi.Dazai axtarışı davam etdirərdi.Lakin Chuuya'dan gələn 5 kəliməlik, 2 cümlədən ibarət mesaj:"Məni axtarma.Ətrafımdan özüm qaçmışam." dünyasını başına yıxmış, bu zamana qədər yalanlarla yaşadığını düşündürtmüş idi ona.

Əlbəttə, buna baxmayaraq Dazai hələ də Nakahara'ya nifrət eləmir, ona haqq verirdi. Sadəcə dərindən sarsılmış idi. Yetərincə ağır həyatı olmuşdu, arxalandığı tək Chuuya idi. Onun da belə getməsi, Osamu'ya mənfi təsir eləmiş idi.

Soyuqdan donmasına baxmayaraq Dazai, üzündə xoş ama bir o qədərdə qəhər dolu təbəssümə sahib idi. Ətraftan gəlib keçən ona artıq qəribə baxmırdı, çünkü 2 ildi bu skamyada otururdu zərərsizcəsinə.

Lakin bugün fərqli bir şey olar. Qoca, ağsaqqal, ama səfil görünüşlü bir kişi Dazai'nin skamyasının boş hissəsinə ağ bir zərf qoyar. Dazai əvvəlcə fikir verməz, amma zərfin uçmaması diqqətini cəlb eləyər, buna görə zərfi əlinə alar. Zərfin içindən balaca bir sim kart və  kağız çıxar.

"Kartı telefonuna tax. Evdə bax."

Dazai təəccüblə qaşlarını qaldırdı. "Bu nədi belə?" deyə düşünər. "Bəlkədə səhvən qoydu yanıma..yəni məncə?" Əlindəki balaca kartla kağızı döndərib dururdu.Axırda kartın içindəkinin nə olduğunu fikirləşməktən başı ağrıdığı üçün, sualına cavab tapmaq məqsədiylə ayağa qalxdı və skamyanın qabağındaki köhnə beşmərtəbəli binalardan düz qabağındakinə yönəldi. Baxmayaraq ki kartın içindəkinin nə olduğunu öyrənməyə can atırdı, yenədə çox asta -asta hərəkər edirdi.

3.mərtəbədə ki balaca evinə axır ki girdikdə, səssiz və qaranlıq evdəki ağır havaya görə onu öskürək tutdu.Bacardığı qədər evi təmizləyirdi, amma Chuuya'nın təmizlədiyi evlə Osamunun təmizlədiyi ev arasında çox fərq olurdu.

Dazai hər evə girəndə: "Səni heyvan Osamu, harda qalmısan?" deyə Chuuya'nın yenə hər hansısa qırağdan onun kürəyinə atlanacağını düşünürdü. Amma hər dəfə evə girəndə səssizlik və qaranlıq onu qarşılayırdı.

İç çəkib 2 otaqlı evin yataq otağına keçdi. İş masasının üstündə qapağı açıq laptop'un qapağını bağladı və düz yanındaki, ancaq son 2 ildə yalnız işlə əlaqədər istifadə etdiyi telefonunu əlinə alıb, öz kartını çıxartdı və zərfdən çıxan kartı telefona taxdı.Gözlərini ovaraq yatağa oturdu və telefonunun yanmasını gözləməyə başladı. Ki telefondan gələn səslə Dazai dik atıldı ve gözlərini bərəldərək ekranda peyda olan videoya baxmağa başladı:

"Dazai,sənə bu mesaj gəlib çatacaq mı bilmirəm amma....UZAQ DUR.Sənə zərər gəlsin istəmirəm, amma mən səni atıb, getmədim inan mənə...Bu cəhənnəmə gələrkən heç belə şeylər olacağını düşünmürdüm, səndən məni burdan gəlib aparmağını istəyəcəktim...amma buraya gələn geri qayıtmır..." Chuuya nəm gözlərini kameraya dikmişti və Dazai də sanki onunla göz təması qururmuş kimi baxışlarını mavi, baxarkən içində boğulduğu gözlərə dikmişdi.Çənəsi titrəyirdi, gözləri dolmuşdu,2 ildən sonra, belə bir mesaj almışdı ondan. Necə ağlamaya bilərdi?

"Sadəcə özündən muğayat ol... 2 il bundan əvvəl göndərdiyim mesajın üzrxahlığını eləmək istədim sadəcə...Sadəcə özünə yaxşı bax...Səni sevirəm."

Chuuya hıçqırmağa başladığı an kamera bağlanmışdı. Dazai ekranın bu tərəfində ağlayırdı.Donmuştu amma ağlayırdı, gözyaşları öz özünə yanağlarından süzülürdü.

Daxilində bir çox duyğusu iç içə girmişti. Beyni, qəlbi, ruhu - təmamilə xaos içindəydi, bütün beyni bulanıqlaşmışdı.

Gözyaşlarını əlləriylə silib,ayağa qalxdı. Evin işıqlarını açıb, telefonuna yüklənən başqa bir şeylər varmı deyə baxmağa başladı. Və tapmışdı. Videonun haradan gəldiyi,ayın neçəsi çəkildiyi barəsində məlumatlar vardı, buna görədə Dazai qərarını vermişdi.

Hamı bilirdi ki Dazai qorxaq deyil, və olmayıb.Chuuya nə qədər 'gəlmə' desədə, Dazai onsuz heç kimə, əsasəndə belə məsələdə, heç kimə qulağ asmayan biri idi, və sevdiyi insanın arxasıyca gedəcək, ölsə belə gedib, ən azından geri qaytaramağa çalışacaqdı.

"Axır ki, bir ipucu tapdım, Chuuya. Gözlə məni, səni o cəhənnəmdən qurtaracam, özüm sağ çıxmasam belə."



AXIR Kİ PAYLAŞIRAM.sadəcə onu deyə bilərəm ki sırf oyunun sujet xəttiylə getmirəm, biraz dəyişdirmişəm. amma  əsasən mövzunu oradan götürmüşəm.KİMƏ DEYRƏMSƏƏƏƏ,ama nəysə, ümid edirəm bəyənəəərsiz♡

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Oct 03, 2019 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

mind control [skk! resident evil 7 biohazard]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin