Ümid varmı!?

27 2 0
                                    

13 yaşım var idi. İki bacı idik. Bacım məndən 4 yaş böyük idi. Arıq, uzun qara saçlı, iri gözlü bir qız idi bacım. Ailəli idi. Atam altı il övladı olmadığından öz zənnicə "bir qızım olsun, onu nəzir edəcəm" deyəndən sonra bacım dünyaya gəlmişdi. Onu 14 yaşında özündən 18 yaş böyük bir kişiyə ərə vermişdilər. "Nəzir etmişdilər".
Övladı yox idi deyə qaynanası ona zülm verirdi.
Atam anam və mən qalmışdıq evdə. Dərslərimi həmişə ən yaxşı mən oxuyardım.
Kitab oxumaq üşün ölürdüm lap. Gecələr anam hirslənərdi işığı yanar qoyanda ağcaqanadlar evə dolur deyə. Məndə balaca gecə işığıyla adyalın altına girib oxiyardım kitablarımı, dərslərimi. Bacım kitabxanada işləyirdi. Bəzən onun yanına gedəndə yerdə oturub səssizcə ağladığını görürdüm. Bizim kənd çox ucqar bir kəntdi. Bir dənə məktəb və birdənə də kitabxana var idi. Təsəvvür edin ki, Leninin əsərləri hələdə bizim kitabxanadan yığışdırılmamışdı. Düşünürdüm ki bu kitabları oxuyub bitirsəm sonra nə oxuyacam. Sizin burdakı kimi yeni kitablar yox idi ki orda. Ancaq köhnə kitablar var idi. Dərsin vaxtından bir saat əvvəl evdən çıxıb kitabxanaya atırdım özümü. Bizim kəntdəki kitab oxuyan gənclərin hər biri oxuduqları kitablar haqqında balaca vərəqlərə yazılar və yaxud şeirlər yazıb qoyardılar kitabları qaytaranda vərəqlərin arasına. Bacıma yalvar yapış edib xoşum gələnləri özümdə saxlayırdım balaca bir dəftərçəm var idi onun arasına qoyurdum. Hətta aralarına ağac yarpaqları yada gül yarpaqları da qoyardım ki, açanda gözəl görünsün. Çox gözəl sevgi sözləri yazılmışdı. Çox şairin belə düşümədiyi qədər gözəl sözlər var idi. Beləcə davam edirdi həyatım. Oxuyaraq dünyadakı ən gözəl xəyalları mən qururdum sanki.
Bazar günü idi. Uzaq qonşulardan üzdən tanıdığım bir gəlin bizə qonaq gəlmişdi. Anamı küçəyə çağırdı. Nəsə uzun söhbət getdi aralarında. Qarışmadım heç maraqlıda gəlmirdi böyüklərin söhbəti mənə. Balaca sarı saçlı bir gəlinciyim var idi. Ona paltar tikirdim.
Axşam oldu. Atam evə gəldi. Yenə nəsə söhbət edirdi anamla atam. Yaman ciddi idilər. Sabaısı gün dərstən evə gələndə bacım bizdə idi. Bikef oldum. Əynimi dəyişib kitabxanaya gedəcəkdim güya. Bacım bizdədirsə kitabxana bağlıdır deməkdir.
Bacım məni yanına çağırdı əlində bir şəkil var id. Sevinc buna bax - dedi.
Bir kişi var idi şəkildə. Saqqallı bığlı. Saçındada biraz ağ var idi.
- Baxdım, kimdi bu?
- Sevinc bu oğlanın adı Cəvaddı. Səni istəyir. Sevir yəni.
Gülməyim tutdu.
- Bacı o qocadı. Saçıda ağdı onun. Mən onu sevmirəm axı - dedim.
Bacım doluxsundu. Əli ilə dizlərini ovuşdura ovuşdura
- O sənə həm ata həm ər olacaq - dedi.
- Mən istəmirəm - deyib şəkli bacıma uzatdım.
Sevmirəm mən onu.
Anamın səsi gəldi arxadan.
- Gedəndən sonra sevəcəksən. Daha gəlinciklə yox öz uşaqlarınla oynamaq vaxtın çatıb. Bəsdi kitab oxuyub, evcik oynadığın. Sabahdan məktəbədə getmirsən. Nişanlı qızın nə işi var məktəbdə.
Hələdə anlamırdım olanı bitəni. Ürəyimin guppultusunu sanki hamı eşidirdi deyə əlimlə sinəmi tutub dayanmışdım.
- Ana!
- Özüvü daha uşaqlığa qoyma Sevinc. Bəsti. Atan qərar veribsə sənə söz düşməz!
O gündən sonra dünya başıma yıxıldı. Müəllimim dəfələrlə evə gəlsədə dərsə getməyimə icazə vermədi atam. Gəlinciyimi və bütün oyuncaqlarımı qonşunun uşağına verdi anam gözümün yaşına baxmadan. Kitablarımı vermədim. Onları döşəyimin altında saxladm. Balaca dəftərçəmidə.
Cəvad 34 yaşında rusyadan  evlənmək üçün gələn bir kişi idi. Ailəsi məni ona almışdı. Onun iki bacısı iki qardaşı var idi. Hamısı ailəli idilər. Cəvadın anası mənə çox yaxşı davranırdı. 
14 yaşıma hələ 2 ay qalmışdı. Mən gəlinlik geyinib maşın gözləyirdim. Ər evinə gedirdim.
Darmadağı olmuşdum bir anda. Xəyallarım yıxılmışdı. Həyatım məhv olmuşdu.
Cəvad kim idi axı? Off Allahım məni qurtar - deyib hər gecə dua edirdim.
Toya qədər qaynanm mənə yaxşı davrandı toydan sonra başladı əsas işgəncə.
Səhər 6- da oyanıb mal qaranı sürüyə yola salırdm. Bütün evin işini mən idarə edirdim o balaca canımla. Bişirdiyim yeməklər dadlı olmurdu, yuduğum paltarların kiri getmirdi. Göz yaşımla böyüyürdüm ər evində. Anamla danışmırdım, bacım idi həmdəmim, biçarə bacım. Kitablarımı da gətirmişdim. Dəftərçəmidə gətirmişdim. Arada gecələr Cəvad yatandna sonra oxuyardım bir iki vərəq yenə saxlayardım sandığıma. Cəvadın məndən başqa ailəsi vat idi rusiyada. Bir oğlu bir qızı var idi. Qızı məndən böyük idi.
Bir gün səhər paltarları təmiz suda durulamaq üçün bulağa getdim. Bir iki saat sonra qayıtdım. Otağımın qapısı açıq idi. Yorğanm döşəym yerdə idi.
Təəccüblə otağa boylandm. Kitablarım yerdə vərəqləri  çırıq çırıq tökülmüşdü. Cəvad məni görəndə möhkəm bir sillə vurdu başım qapıya dəydi. Yenədə anlamadm.
- Nolub, nolub deyə ağladım üzümün ağrısndan. Elə bu dəmdə qaynanam saçımdan yapışıb məni otaqda yerə yıxdı. O divara bu divara vurmağa başladı. Üzümə dəyən  sillələr  gözümdə ildırım kimi çaxırdı.
Sən mənim evimin gəlinisən oğlanlarla oynaşırsan - deyib içində vərəqlər olan dəftərçəmi üzümə elə vurdu ki burnumun qanından gözüm heç nəyi görmürdü artıq. Eləcədə məni atamevinə qədər döyərək saçımdan sürüdü. Atamgilin astanasından məni üzüstə içəri atıb "qəhbənizə" sahib çıxın. Mənə belə gəlin lazm deyil dedi. Ağzına gələni də əlavə etdikdən sonra qanıma bulaşdırdığı dəftərçəmi anamın üzünə çırpıb getdi.
Atam heç nə başa düşməmişdi amma mənim pis bir şey etdiyimi düşünüb məni təpiklə yumruqla döyməyə davam etdi.
Gözümü açanda kəndin uçuq salxaq poliklinkasında idim. Yanımdakı tibb bacısı başıma toxunub "yazıq oyandın" dedi.
Hamilə imişəm. Hamiləliyin nə olduğunu bilmədən. Qarnımda uşağım var imiş. Döyülmənin təsirindən mən o uşağı itirdim. Həmişə hamilə qadınlara baxıb düşünərdim. İnsanın qarnnda necə uşaq qala bilər. Nəfəs almadan. Mən ana olmaq nədir bilmədən özüm uşaq ikən uşağımı itirdim.
Mən bulağa getdikdən sonra, qaynanam sandığımı açıb ordakı dəftərçəmi tapıb. Mənim başqa bir oğlanla danışdığımı, məktublaşdığımı sanıb. Ona görə məni bilmədən görmədən "****" adlandırıb atam evinə geri qaytarıb. Bacım özünü çatdırmasa imiş atam məni döyərək öldürəcəkmiş.  Bütün bədənim yaraqora içində idi. Burnum sınmışdı.
Bir həftə poliklnikada yatdım. Bacım səhər axşam hər gün gəldi. Anam  yanımda qalırdı. Yazıq balam - deyib hey ağlayırdı. Nə fayda..
İşin üstü açıldıqdan sonra isə artıq Cəvadgil  məni geri istəmədilər. Elə sevindim ki.
Cəvad rusyaya qayıtdı.
Bunun üstündən 4-5 ay keçmişdi. Qonşuda Zakir deyə bir kişi qeyriqanuni işlərlə məşğul olurdu. Evinə gələn gedən çox idi. Qaçaq yaşayırdı. Axtarışda idi.
Səhər anam nənəmin ölüm ili idi deyə qəbirstanlığa getmişdi. Ehsan verəcəkdilər dayımgildə. Atam da məndə yatmışdıq. Bir saat sonra gəlib kömək edərsən demişdi anam. Məndə biraz yatım gedətəm deyim elə yerimdə eşələnirdim.
Bir anda evimizin  qapısı  tappıtı ilə sanki təpiklənərək açıldı. Atamın yerindən qalxıb qapıya tərəf surətlə getdiyni gördüm, məndə üstümə nəysə geynim qalxım yəqin qonşudakı uşaqlardı - deyə düşünərək yerimdən qalxdım. Elə bu an atamın  dəhşətlə vay deməsinin ardından da yerə yıxılmasının səsini eşitdim. Elə əynimi geyinmədən atama tərəf qaçdm. Yerdə çapalayırdı atam. O qonşumizdakı Zakir idi. Üstümə atılıb qışqırmayım deyə ağzımı tutub məni yatdığım çarpayıda boğmağa başladı. Bu vaxt anam və yanında başqa qonşular qapıdan girdilər. Anamla gəlmişdilər ki qab qacaq aparsınlar yas yerinə. Kişini mənim üstümdə görən qonşular "Nə günlərə qaldıq" deyib evdən çıxıb qaçdılar. Anam irəli atılb qışqırdı. Zakir artıq bütün qonşuların bura yığılacağını başa düşüb anamı geri itələyib pəncərədən qaçtı.
Atamın başı divarın küncünə dəymişdi. İyirmi gün sonra dünyasını dəyişdi. Qonşular isə Zakirlə mənim sevgili olduğumu və atamın bunu görüb infakt keçirdiyini yaydılar. Dul idim axı. Mənim adıma hər ləkə yaraşardı. Ta ki Zakir tutulub atamı itələyərək başını divara vurduğunu məni isə boğaraq öldürmək istədiyini etiraf edənə qədər.
Bacımın uşağı olmadı deyə geri gətirdilər. Anamda çox çəkmədi bu dərdi. İki il sonra o da dünyadan köçdü.
Bacımla məndə gəldik Gəncə şəhərinə. İndi bacım gündüzlər kitabxanada gecələr isə şirniyyat evində işləyir. Onun 21 yaşı var. Mən isə gündüzlər dərsə axşamlar isə bacımla şirniyyat evində işləməyə gedirəm.
İndi deyin mənə
Ümid varmı?!

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Oct 23, 2019 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Kəpənək🦋Hikayelerin yaşadığı yer. Şimdi keşfedin