Salam 🤚Saturna uzun zamandır bir cümlə yazmışlığım yox ilham pərilərimi kim qovmuş anlamıram?
-Desəmdə
İnanmayın sadəcə özüm yazmırdım.
Niyə başqa cümlələrin ardına sığınım ki?
O hazırlıqdan çıxıb bu hazırlığa qaçarkən .
Dərsdə testin altında belə wattpadda grupda uşaqlarla danışıb gülmüş biriyəm və o dərəcə rahat.
Bu gün özlü duyğulu sözlər yazmaq yerinə belə bir şey etmək istədim.Dedim bir gündə kiminsə qəlbinin sarı siminə toxunma(çoxmu iddialı oldu bu nəysə)
Yazar falan deyiləm 🤚sadəcə arada bir qaralama edirəm .
Mən sadəcə kimya fənninə aşiq ama jurnalist olan qızam .
Kimya və jurnalistika nə əlaqə dediyiniz eşidər kimiyəm .
Siz heç zidd planetlər falan eşidməmisiz ? Mən o ziddin tam özüyəm planeti boş verin😁
Niyə kimisə xoşbəxt etmək üçün öz xoşbəxtliyinizdən olasız ki? Deyimdən yola çıxaraq .Məndə öz həyat teorimi qurmağa başladım .
Mən kimyaçı olsa idim anam sevinəcəkdi və qohumlarım .
.Ama allah eşqinə məni 5 dəqiqəlik tanıyan insan belə anlayar bu qızdan müəllimə olmaz! olarmı?
Olmazdı olmadıda 10 cu sinifin sonu qərarımı tam bəyan etdim ,mən Jurnalist olacağam .Azərbaycanda jurnalist olmaq demək çətin bir iş olsa gərəkki bunu 11 ci sinifdə oxuyarkən daha aydın anladım hər sənətə bir sifət icad etmişik Jurnalistlərə isə sırtıq həyasız ləqəbi vermişlər.
Bunu söyləyənlərin ciddən beyni var idimi? İsveçrə alimləri təcilən bu cəmiyyət denilən bəlaya çarə tapmalı.
Jurnalistikanı qazandımmı qazandım ✊onunlada yetinmədim Moskvaya gəldim oxumağa basmayın damarıma dedim ama deyilmi 😁
mən instagram və səhifə jurnalisti olmayacağam ,bu qəti qərarımdır.
Bir gün bəlkə bir qəzetdə və ya jurnal redaktor ola bilərəm .
Qələmimlə vura bilərəm beyinsizləri .
Niyəmi bunları danışıram bir səbəbi yox 😏
Səbəbsiz danışmaq ayıb deyildir,sizdə danışın fikrinizi bildirin kiməsə xoş görünəcəm deyə özünüzdən nələrsə itirməyin.
Güclü olun qızlar .Siz zərif varlıqsız zəif olmaq niyə?
Heç bir şeyin ardına sığınmayın saxta isimlər almayın üzərinizə kiminsə sevgilisi olmaqda brend geyinməkdə vacib ünsur deyil inanın .
Niyə rahat yaşamaq varkən özünüzə problem yaradırsız? (Ya Allahım sən bunları yaradarkən nəzərindən qaçırdınmı ?)Yoxsa belə olmaları normal deyil.
Əgər öz istəklərinizi pərdə arxasında gizləsəz .Həvəsləriniz xəyallarınız teatrda tamaşaya bilet satan kassir kimi olacaq necəmi?
Hər zaman biletiniz olacaq ama o səhnədə ola bilməyəcəksiz .Yıxılaram deyə qorxub geri çəkilməyin yıxılın dizləriniz qanasın.Qolunuz qıçınızda sına bilər ama ən azından cəsurca etdim deyə biləcəksiz .
Qəlbinizdə onu etsə idim nə olardı düşüncəsi yox olacaq və həyatınızdan bir kaşki azalacaq .
Emircan İğrek bir mahnsında "Ağzımı burnumu kırdı düşüşlərim"deyir
İndi deyəcəksiz hansı mahnıdı o?
Aç bağrınıdı mahnının adı 😁Sizə biri bunu etmə incinərsən desə geri çəkilməniz normal olar ama
Onlar mən dedim etməyəcksən fso deyirlər
Normal adam balası kimi demək var kən niyə özünüzü klas göstərirsiz ki?Seriallardanmı öyrənirsiz belə davranışları?Öz fikri olmayan insan bir ruha belə sahib deyildir.Buraxın başqası olmağı özünüz olun 👌
Çıxın bağlı qapı arxalarından göy üzünə baxın,sonra dönün ayağınızın altındakı torpağa baxın.
Cahilliyin diz boyu olduğu dövürdə sizdə bu sıraya özünüzü qoşmayın .
Sizə cahilliyin rəsmini buraya buraxacam.Əgər bir ölkədə kitablar zibil qutularının yanına qoyulursa o ölkənin insanlarında şübhə edin .
Fahreinheit 451.kitabında belə bir cümlə var .Kitab yandırmaqdan daha qorxunc günahlarda vardır ; bunlardan biridə kitab oxumamaqdır .
Nə isə öyrənməyin yaşı yoxdur kitab oxumaqda günah deyildir .Oxuyub öyrənməkdən qaçmayın.Daha çox bilmək kimi gözəl bir şey varmı ? Mənim üçün gözəl bir şey şəxsən.
Nəysə çoxda yormayın zehninizi ama mümkünsə bir az tez oyanın sabahlar bol olsada sizin vaxtınız azdır ;)
Son olaraq özlü bir cümlə yazımmı ? Yazım məncə ."Mənim səni sevməyim üçün cismin lazım deyildi"👇
(Zira beyninin olmadığını cisminə baxmadan anlamışdım )
YOU ARE READING
Saturn 🌙
SpiritualSaturunda bir gün qarşılaşmaq diləyi ilə ") ki 1 gün 5,825 günə bərabərdir galaktikada...