Kədər

12 2 1
                                    

Kədər insanın ruhunun bir parçasıdır mı?
Kədərsiz insan var mı bu dünyada? Və ya o ağrını hiss etmədən böyümüş sayılmırıq mı?
Öz istəyimiz xaricində,bir növ məcburən göndərildiyimiz bu həyatı yaşamağımız bəs deyilmiş kimi bir də kədəri bizə yük etmələri haqsızlıq deyil mi sizcədə?
Kədər bir yükdürsə əgər insan ən çox nə qədərini qaldırar ki?
Həm bu yükün agırlığı necə ölçülür?
Gözlərimizdən axan yaşı toplasaq,içsək,durmadan içsək ürəyimizdəki yanğı sönər mi?
İnsanın təkcə gözlərindən mi yaş gələr?
İnsanın ürəyi qan ağlamaz mı?
Bunları qoyaq bir kənara.
İnsanın kədərini gizlətməyə çalışması bəs?
O insan ən güclüdür yoxsa ən zəif ?
Kədərini gördüyün bir insanı zəif mi sanarsan?
Bəs görmədiyinə hər zaman dərd mi yanarsan?
İnsana dərd danışılar mı heç?
Bu insanlığın başlatdığı ilk yarış deyil mi sizcə də?
Ancaq insanlığın bu yarışda qərar verə bilmədiyi bir şey var:
Qalib kədəri ən çox olandır yoxsa ən az olan?

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Feb 19, 2020 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

HissiyatHikayelerin yaşadığı yer. Şimdi keşfedin