taverna

60 1 3
                                    

Qocanın arxasınca, -bir pivə daha, Molli, Alfreddən, - deyə fahişə bağırdı. O, bilirdi ki, fahişənin dediyi pivə nə Alfredin sifraşi idi, nə də onun olsa belə pivənin pulunun ona gəlib çatması haqqında ümidi yox idi. Ona görə də bəzən bir az vecsiz qalaraq yoluna davam etməyin yaxşı olduğunu özünə xatırlatdı. Elə də etdi, Moltred onun dediklərini eşitməmiş kimi axsayaraq kapitana doğru hərəkət etdi.
İnsan hər cür əzab-əziyyətə dözə bilər, amma beləsinə yox, - Moltred üzünü qoca kapitan Ralhofa tutub deyindi. Davamında tavernanın ilk günlərində bura gələn qonaqların dolub daşmasından və onların yalnızca zənginlərdən ibarət olmasından uzun-uzadı danışdı.
Hətta o zamanlarda bir dəfə mərhum kral, əlahəzrət 3-cü Aron Veldora ziyarəti zamanı burada nahar yeməsini də vurğuladı. Sonra dönüb tavernaya və içindəki məxluqatlara baxıb utandı. Keçmişinin gözəl günlərindən utandı. Bu utanma hissindən qaçmağın tək yolunu həmin günləri xəyalında təkrar canlandırmaqda gördü.
Canlandırdı, boş stollarin üstü yeməklərlə dolub-daşdı, köhnə stullar yenisi kimi ceyran dərsinə büründü və onların üzərində oturan zadəganları gördü. Ən əsasda insanlar xoşbəxt idilər.
Ancaq içəridən burnuna gələn qusuntu ilə qarşıq sidik qoxusu onu diksinti ilə reallığa geri qaytardı. Gözlərinin önündən iştahla yeyib-içən elfi gördü.
Taverna sahibi qoca Moltred axsayaraq belində incə qanada bənzər iki metal olan elfin başında dayanıb, saymağa başladı, - 2 donuz budu, 1 quzu qabırğası, 1 toyuq, 1 sup, 6 pivə.
Bunları sayarkən bir ailənin bir neçə günlük yeməyini tək oturuşda yeyən geniş iştahlı qonaqları nə qədər çox sevdiyini xatırladı. Bunların hamısı 78 bürünc sikkə edirdi. Amma biraz artığını almaqda problem görmədi və, - 90 bürünc, amma sizin kimi dəyərli qonağı qəbul etmək şərəfinə nail olduğum üçün endirimlə 85 bürünc, - deyib biraz da yaltaqlıq etdi.
- Həmçinin yuxarıda, ikinci və üçüncü mərtəbədə geniş otaqlarımız var. İstəsəniz gecəsi 1 gümüşə olan taverna kənarında, xüsusi otağımız da var, səs küydən uzaq, tam rahat ola biləcəyiniz yer, - dedi, amma o bir anlıq bu xüsusi otağın qapısı sonuncu dəfə nə vaxt açdığını xatırlamaq istəmədi. Əgər elf təklifi qəbul etsə ən azı bir neçə saat oranın təmizlənməsini gözləməli idi.
- Gözəl şəhərimizdə uzun müddət qalmaq fikriniz varsa, - Veldor adlanan bu iyrənc şəhərdə bir gündən artıq qalmaq fikrinə heç özü də inanmırdı, - sizə onun qiymətin üçün də endirim edərəm, - deyib gözlədi. Amma bu gözləmə biraz uzun çəkdi. Bu müddətdə elfi başdan ayağa gözdən keçirdi. Elfin heyran edici gözəliyi belindəki metal qanadlar kimi kəskin idi. Qoca Moltred bir anlıq kəsin metalın soyuqluğunun hiss ilə elfdən pul ala bilməyəcəyini düşündü. Elf yeməklə məşğul idi, zərif və incə belli olsa da, bu qədər yeməyi necə yediyini Moltred təəccüblə qarşıladı. Elfin belindəki metallar onun yemək haqqında olan fikrini dağıb, təkrar özünə cəzb etdi. Bunun metaldan sehirli qanad, silah və ya elflərə məxsus rütbə nişanı olması haqqında düşündü. Hətta bu metal druidlərin yaşadığı meşədəki dünya ağacını bir dəfəyə ortadan ikiyə böləcək kəskinliyə və sərtliyə sahib kimi görünürdü.
Zaman keçirdi və elf hələ də ona qarşı hər hansı bir reaksiya verməmişdi. Gözləməkdən yorulmuşdu, elfin vecsizliyi onu əsəbləşdirdi və artıq pis və yaxşı hansı yolla olursa-olsun bu pulu almaq istəyirdi. İçəridəki oğrulardan bir neçəsinə göz-qaş edib pulu almaq üçün yardım siqnalı verdi.
Arxa masalardan birində oturan, arıq, uzun və siçan surətli biri mesajı aldığını bildirdi. O, belindəki bıçağını sıxıb gözləməyə başladı, əgər elf pulu vermədən tavernanı tərk edərsə bıçağı onun boynunu üzəmək üçün hazırda idi. Bu anda elf qalan pivəsini də başına çəkib, belindəki xurcununa əl atdı. Pul kisəsinin üzərindəki qızılı işləmələr qocanın görən gözlərini üzərinə alıb sevindirdi. Elf kisəsindən çıxartdığı bir qızıl sikkəni stolun üstünə atdı.
Taverna sahibi qızıl pulu görəndə heytərtini gizlədə bilmədi. Qızılın parıltısı ilə onun tavernada 40 ildə itirdiyi həyat eşqi təkrar qayıtdı. Həmçinin kök və yavaş olmasına rəğmən, heç kəs görməsin deyə ondan gözlənilməz bir cəldliklə əlini atıb pulu cibinə soxdu. Moltredin əli sanki, onun şüurundan azad olub cibindəki qızıl qəpiyi bərk-bərk sıxdı, qızılın sahibi özü imiş kimi. Hətta o qədər sıxdı ki, az qaladı sümükləri qırılsın. Moltred bir tərəfdən əlinin hakimiyyətini almağa çalışır, digər tərəfdən isə ağrı ilə qarışıq qızıla sahib olmağın hədsiz zövqünü yaşayırdı. Təkrar elfə dönüb baxdı, onu təxəyyülündə qızıl yumurta verən ördək kimi formalaşdırdı. Əgər bu elfə yaxşı qulluq etsə bütün borclarını bir neçə günə bağlaya bilərdi.
Qoca hər şeydən xəbərsiz, öz işində olan üzləri görmək ümidi ilə ətrafa baxındı, amma gördüyünndən dəhəşətə gəldi. Onun həyəcanı və qızılın sehrli parıltılısı artıq tavernada olan hər bir əclafın diqqətili baxışlarını elfə və ona doğru yönəltmişdi. Moltred o anda oğrulara verdiyi siqnala görə peşman oldu. Artıq ördək axşam yeməyi kimi aralarında bölünməli idi. Belə olduğu halda ona çatacaq xeyirsiz bir- iki qara qəpik olacaqdı.
Tavernanın içində ölüm səssizliyi çökmüşdü. Zaman gedirdi və Moltred yerində donub qalmış, digərləri isə sakit və səbrlə hücum çəkmək üçün düzgün anı gözləyirdi.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Jan 02, 2022 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Elə-belə, kayfa fantastikaHikayelerin yaşadığı yer. Şimdi keşfedin